Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Moskvanın bitməyən Zəngəzur təlaşı

By Vüsal Rafiqoğlu
28.08.2025 3 Min Read

Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir – Kremlin nəbz yoxlaması

“Tramp adlanan marşrutu İranın maraqlarına xələl gətirmədən təşkil etmək imkanı var”. Bunu erməni mediasına rusiyalı politoloq Andrey Areşev deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı əvvəlki dialoqlar zamanı belə imkanlar müzakirə olunub və bu müzakirələrə bu və ya digər şəkildə Sünik (Zəngəzur) yolu da daxil edilib.

“Söhbət Zəngilan rayonundan Naxçıvanın Ordubad rayonuna 42 kilometr uzunluğunda körpünün tikintisindən gedir. Bu fikir söylənilib, bu gün də ifadə olunur. Bu körpü Ermənistan tərəfi ilə birbaşa təmas olmadan Naxçıvana və Türkiyəyə (və əks istiqamətdə) dəmir yolu və avtomobil əlaqəsini təmin edə bilər. Beləcə, Ermənistanla İran arasında quru əlaqəsi pozulmadan qalacaq. Bu, təkcə erməni tərəfinin narahatlığı baxımından deyil, həm də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü kontekstində vacibdir”, – Areşev əlavə edib.

Erməni politoloq Edqar Vardanyan isə deyib ki, İran ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etməsinə qarşı deyil. Ekspertin iddiasına görə, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərindən sonra Tehran bunda özünə qarşı bir təhlükə görmür:

Bəs görəsən, Areşev və ölkəsi Rusiya nə vaxtdan Zəngəzura görə İranın dərdini çəkməyə başlayıb? Yoxsa İran adı ilə öz maraqlarını gerçəkləşdirməyə çalışır? Dəhliz üstündə dəmir və avtomobil yolu olacaq. Bu, 42 km-lik körpü şəklində mümkündürmü?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Yeni Müsavat”a deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ Vaşinqtonda öz həllini tapıb və artıq layihənin həyata keçirilməsi üçün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər: “Bu baxımdan düşünürəm ki, İran, yaxud Rusiya tərəfindən verilən açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Məsələ ona görə Vaşinqtonda həll oldu ki, Rusiya 10 noyabr bəyanatının Zəngəzur dəhlizi ilə bağlı tələbinin yerinə yetirilməsi üçün heç bir addım atmadı. Yəni İranın Rusiyaya təzyiqləri nəticə verdi və Moskva Tehranın mövqeyini nəzərə aldı. Təbii ki, bu proses Azərbaycanın maraqlarına cavab vermirdi və Bakı konkret addımlar atmalı idi”.

Ə.Zülfüqaroğlunun fikrincə, proses dalana dirəndiyi üçün rəsmi Bakı bəyan etdi ki, digər ərazilərdən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması prinsipial mövqedir və nəyin bahasına olursa-olsun, Azərbaycan bunu reallaşdıracaq: “Təbii ki, prosesi mürəkkəbləşdirən həm də dəhlizə nəzarət uğrunda geosiyasi maraqların toqquşması idi. Rusiya ilə yanaşı Avropa İttifaqı və ABŞ dəhlizə nəzarət etmək istəyirdi. İran isə ümumiyyətlə, dəhlizin açılmasına qarşı idi və bunu sərhəd dəyişikliyi kimi qələmə verir və manipulyasiya ilə məşğul olurdu. Amma Vaşinqtonda imzalanan sənəd İranın bütün arqumentlərini əlindən aldı. İlk növbədə İranın uzun illər hər cür dəstək verdiyi Ermənistan ABŞ-ni öz ərazisinə gətirdi. Yəni İran bunu istəmirdisə, o zaman dəhlizin 10 noyabr bəyanatına uyğun olaraq açılmasına mane olmamalı idi. Digər tərəfdən, əgər Rusiya ABŞ-nin bölgəyə gəlməsinə qarşı idisə, prosesi yubatmadan üzərinə düşən öhdəliyi yerinə yetirməli idi. Göründüyü kimi, həm Rusiya, həm də İran hesab etdi ki, təzyiqləri nəticə verəcək və Azərbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirməyəcək. Amma həm Rusiya, həm də İran məsələyə 20 il öncəki geosiyasi vəziyyətin pəncərəsindən baxdığı üçün yanıldılar. Hesab etmədilər ki, həm dünyada, həm də bölgədə fərqli geosiyasi reallıqlar var, Azərbaycan müstəqil siyasət yürüdən güclü oyunçudur”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, Rusiya, yaxud İranın narahatlığının prosesə hansısa formada təsiri olmayacaq: “Proses elə aparılıb ki, Rusiya və İranın əks-arqumentlərinə yer qalmayıb. Digər tərəfdən, İran və Rusiya hansısa pozucu addım atmaq niyyətinə düşərsə, o zaman həm də ABŞ ilə üz-üzə qalacaqlar. Bu baxımdan düşünürəm ki, proses istənilən formada inkişaf edəcək. İranın Ermənistanla quru əlaqələrinin kəsilməsi və digər əsassız fikirlər reallığı özündə əks etdirmir. Digər tərəfdən, İran artıq reallığı qəbul edir və İsraillə problemlərinin həlli üçün Vaşinqtonla diplomatik kanalları açıq tutmağa və ona zərər verməməyə çalışır. Rusiyanın da Ukrayna məsələsinə görə ABŞ-yə ehtiyacı var. Yəni hər şey incəliyinə qədər hesablanıb. Ona görə də, proses istək və arzulara deyil, reallıqlara əsaslanır”.

qaynarinfo.az

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə körpü ideyasını reallıqdan uzaq görür: “Zəngəzur dəhlizinin 42 kilometrlik körpüdən təşkil edilməsi fantastik görünür. Çünki bunun üçün böyük xərc lazımdır və əsas məsələ odur ki, belə bir xərci kim üzərinə götürəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin təkcə avtomobil və dəmiryolundan ibarət olmayacağı bəllidir. Bu marşrut enerji resurslarının yeni keçidlərindən biri kimi də nəzərdən keçirilir, yəni kifayət qədər böyük layihədən söhbət gedir. Bu baxımdan, körpü iddiası reallıqdan uzaq görünür. Rusiyalı ekspertlərin İranın adı ilə belə bir ideyadan çıxış etməsi isə Moskvanın gedişidir. Kreml bir növ ictimai rəyə yeni ideya təqdim edir və bunu öncə ekspertlərin dili ilə gündəmə gətirməklə nəbzi yoxlayır. Digər tərəfdən, də belə bir fikri ortaya atmaqla bir növ İrana mesaj ötürürlər ki, quru yolunu özünə təhdid hesab edən Tehran da eyni fikri dəstəkləsin. İstisna deyil ki, körpü və buna bənzər qeyri-real ideyalar qarşıdakı dövrdə də ortaya atılacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda mənzildə PARTLAYIŞ: Xəsarət alan var

Next

Ölkədə “kamikadze” azyaşlılar artır – şok xəbərdarlıq

Xəbər lenti

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv