Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Çingiz Qənizadə Şeyxi tənqid etdi: “Nümunə göstərmir, belə olmaz” – SKANDAL

By Vüsal Rafiqoğlu
09.09.2025 2 Min Read

Ağdaşda artıq 1 ay əvvəl keçirilən yığıncaqdan sonra yas məclislərində ehsan verilməsi qadağan edilib.

Musavat.com-un xəbərinə görə, bu barədə Demokrat.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, çox böyük həvəslə rayon sakinləri və dəvət olunan qonaqlar bu tədbirdə iştirak ediblər:

“Tədbirdə rayonun bütün kəndlərini əhatə edən din xadimləri, bütün kəndlərimizin icra və bələdiyyə rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eyni zamanda şəhid ailələri, “Qarabağ qaziləri” təşkilatının, YAP rayon təşkilatının rəhbərləri və din xadimləri iştirak etdi. Bakıda yaşayan həryerlilərimizi mən təmsil edirdim. Bu təşəbbür mənim tərəfimdən ortaya atılmışdı. İlk öncə rayondakı vəzifələri şəxslərlə əlaqə saxlayaraq belə bir tədbirin keçirilməsi istəyində olduğumu bildirdim, hər tərəfdən mənə dəstək gəldi. Daha sonra rayonun Əfəndisi Əli Əfəndi ilə söhbət etdik, o da artıq bu məsələyə yox deməyin vaxtı olduğunu bildirdi, bizə kömək etdi. Əli Əfəndiyə, Ağdaşda olan bütün din xadimlərinə təşəkkür edirəm ki, səsimizə səs verdilər.

Vəfat edən şəxsi dəfnə hazırlayarkən din xadimlərimiz yas sahiblərinə və qohumlara müraciət edir ki, artıq Ağdaşda ehsan verilməsi qadağan olunub. Ehsan deyəndə biz isti yeməkləri, şirin çörəkləri nəzərdə tuturuq. Qərara alındığı kimi, çay, xurma, limon və qənddən başqa masada heç bir şey ola bilməz. Artıq yas məclislərinə nəzarət edilir. İndiyə qədər iki halda bu qaydaları pozmağa cəhd olub. Ağdaşın kəndlərindən bir nəfərlə maarifləndirici söhbət aparıldı. Qayda pozuntusu ilə bağlı molla Əli Əfəndiyə məlumat verilmişdi. Əli Əfəndi bizim 6 rayonu birləşdirən din xadimlərin Əfəndisidir, Dövlət Komitəsi tərəfindən təyin edilmiş rəsmi şəxsdir. Digər halda isə Ağdaşda bir Ağdam qaçqını cəhd etmişdi ki, dana kəsib yas məclisində ehsan versin. Onunla da söhbət apardıq, xahiş etdik ki, üç mərasimindən sonra kəsərək paylaya bilər. O da razılaşdı”.

Çingiz Qənizadə bildirib ki, onun təklifindən sonra İmişlidə də eyni qadağa tətbiq edilib:

“Daha bir sevindirici xəbəri İmişlidən aldım. 10 il mən İmişli-Beyləqan dairəsinin deputatı olmuşam. Orada mənim üçün əziz bir şəxs, keçmiş Mədəniyyət şöbəsinin müdiri Hasil müəllim vəfat edəndə onun qardaşı Səxavət bəydən xahiş etdim ki, ehsan verməyin, siz ziyalısınız, ailə də çətinlik çəkəcək. O məclisdə İmişlinin din xadimlərinin rəhbəri Mirdamət Ağa da var idi, ona da dedim. Bir neçə gün öncə isə onunla bir də söhbət edərkən dedi ki, sizin fikirlərinizi başqa yerlərdə də misal çəkərək bildirdik ki, ehsan yığışdırılmalıdır. İmişlinin kəndlərinin əksəriyyətində artıq ehsan verilməsi yığışdırılıb.

Bir neçə gün öncə Milli QHT Forumunun “İsrafçılığa yox deyək” adlı tədbiri keçirilib. Bu cür tədbirləri yığışdırmalıyıq. Hesab edirəm ki, həm toy, həm yasların bu cür keçirilməsində maraqlı olan şəxslər var. Mərasim evi, şadlıq evi sahibləri maraqlıdır ki, süfrəyə daha çox nemət qoyulsun, daha çox pul alsınlar. İslamda belə şey yoxdur ki, vəfat edən şəxs üçün yüzlərlə insana yemək verilsin. Mən çox təəssüf edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bu məsələdə öndə deyil, nümunə göstərmir. Çox istərdim ki, yüksək səviyyədə, dövlət səviyyəsində bu məsələyə reaksiya verilsin. İslama zidd olan bu cür hərəkətlərin qarşısı alınmalıdır. Bu israfçılıq ancaq və ancaq bəzi iş adamlarına, bəzi din xadimlərinə lazımdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Gallup”un Zəngəzur əleyhinə təbliğatı – arxasında kimlər var…

Next

Prezidentdən Zəngəzur mesajı: qitələri birləşdirəcək LAYİHƏ

Xəbər lenti

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv