Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngəzur layihəsi sürətlənir – ABŞ-də kritik görüş

By Vüsal Rafiqoğlu
23.09.2025 3 Min Read

Erməni nazirin Vaşinqton səfəri dəhlizin reallaşması üçün nə kimi tramplin rolunu oynaya bilər? – gözlənti 

Xəbər verildiyi kimi, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ABŞ-yə səfərə hazırlaşır. Ermənistan mediası bu xüsusda yazıb ki, Papoyan “Tramp Marşrutu Layihəsi”ni (TRIPP) müzakirə etmək üçün Vaşinqtona dəvət olunub. Nazir bildirib ki, yaxın günlərdə amerikalı tərəfdaşlarla investisiya məsələləri ətrafında danışıqlar aparılacaq. “Rəsmi dəvət var, mən gedəcəyəm”, – deyə Papoyan vurğulayıb. O həmçinin qeyd edib ki, layihə çərçivəsində artıq 145 milyon dollarlıq birinci tranş daxil olub. Əlavə edib ki, vəsait layihələndirmə işləri və sərhəd infrastrukturunun qurulmasına yönəldiləcək. 

Bu arada erməni politoloq Yervand Bozoyan deyib ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı təklifi Paşinyan hələ Bayden dönəmində verib. Onun sözlərinə görə, eyni danışıqlar vaxtilə Bayden administrasiyası ilə də aparılıb. “Əvvəlki administrasiyanın üzvü Obrayenin açıqlamalarında bu aydın şəkildə qeyd olunurdu. Azərbaycan bunu qəbul etmədi. Trampın dövründə isə Azərbaycanın istəklərinə uyğun variant üzrə razılaşma əldə edildi”, – Bozoyan iddia edib. 

Belədirmi? Tramp yolu “Bayden yolu” olacaqmış? Bakını qane etməyən nə olub? Bəs erməni nazirin ABŞ səfəri Zəngəzur dəhlizi layihəsinin sürətləndirəcəkmi? Ermənistanda dəhlizlə bağlı praktik işlərə nə vaxt başlana bilər? Rusiya imkan verəcəkmi? 

Qabil Hüseynli səhhətindən danışdı: Yoldaşım müalicə edir

 Qabil Hüseynli

Professor Qabil Hüseynli inanmır ki, Bayden dövründə dəhlizlə bağlı fikir ayrılığı olub. Onun fikrincə, problem ABŞ şirkətinin regiona yerləşməsində ola bilərdi. İndi bu məsələnin həll edildiyini deyən politoloq hesab edir ki, dəhliz Rusiyasız açılır və onun kontrolundan kənar reallaşır: “Sadəcə, Ermənistan dəhliz statusunun əleyhinə idi. Azərbaycan isə maneəsiz gediş-gəliş tələb edirdi. Bütün hallarda tələbimiz qəbul olundu, yəni erməni gömrükçüsü yüklərimizi yoxlamayacaq. Amma ABŞ şirkəti tərəfindən müəyyən nəzarət mexanizmi həyata keçiriləcək. Paşinyan da bunun anonsunu verib ki, rentgen müayinə ola bilər. Yəni gömrükçü ilə sürücü üzbəüz gəlmir, yüklər onlayn yoxlanılır və keçir. Həmçinin koridorun təhlükəsizliyinə qarant Ermənistan dövlətidir. Çünki onun yurisdiksiyasında olan ərazidən yüklər daşınacaq”.  

Bu mənada, Q.Hüseynlinin qənaətinə görə, ABŞ-də keçirilən danışıqlar prosesin sürətlənməsinin əlamətidir: “Az əvvəl də amerikalılar Bakıda və İrəvanda oldular. İndi erməni tərəfi müzakirələrdə iştirak üçün səfər edir. Bu da təbiidir. “Tramp marşrutu” ABŞ ilə Ermənistan arasında razılaşdırılan layihədir. Burada Azərbaycana aid bir detal yoxdur. Bizim yüklərimiz oradan keçəcək, vəssalam. Amma işin texniki tərəflərini Vaşinqtonla İrəvan danışaraq həll etməlidirlər. Odur ki, erməni nazirin səfəri Zəngəzur layihəsinin işə düşməsində atılan növbəti addım sayıla bilər”. 

Professor bu logistikanın beynəlxalq əhəmiyyət daşıdığı üçün reallaşmasını qaçılmaz sayır: “Ermənistanın 5 il prosesi yubatması Rusiya ilə olan problemlər idi. İrəvan yola nəzarəti FTX-yə vermək istəmirdi. Bu gün də Kreml bəyan edir ki, üçtərəfli razılaşmada Ermənistanın öhdəliyi var. Lakin Paşinyan prosesi uzatdı və Rusiyasız gerçəkləşməsi üçün Tramp hakimiyyəti dövründə ABŞ ilə anlaşdı. Maraqlıdır ki, nə Rusiya ona ciddi təzyiq edə bildi, nə də Paşinyan iqtidarını açıq müdafiə edən Bayden hakimiyyəti dəhlizin reallaşmasında yardım əlini uzatdı. Tramp isə Baydendən fərqli olaraq, 6 ay içində möcüzə yaratdı. Mənə elə gəlir ki, erməni nazir ABŞ ilə işin texniki tərəflərini müzakirə edəcək. Həmçinin hansı şirkətin yolda fəaliyyət göstərəcəyi dəqiqləşməlidir. Əslində qısa zamanda həllini tapan məsələlər sayıla bilməz. Azərbaycan özünə aid hissədə yolu gələn il tamamlayır. Ermənistan isə kritik seçki dövrünə qədəm qoyub. Ona görə də dəhlizin işə düşməsi bir qədər zaman tələb edir”.  

Bundan əlavə, professor hesab edir ki, bu istiqamətdə delimitasiya işləri sürətlənməlidir: “Bu da Zəngəzur üçün vacib elementdir. Biz sərhədləri sözügedən ərazilərdə dəqiqləşdirməliyik ki, yüklərin daşınmasında çətinliklər meydana gəlməsin. Artıq Rusiyanın da xəbərdarlıqları eşidilir. Ötən həftələrdə Zaxarova dedi ki, logistikanın keçdiyi ərazidə rus sərhədçiləri var.  

Bununla hərbi mövcudluğa işarə vururdu. Deməli, Rusiya Ermənistanı təhdid edir. Eyni zamanda prosesə mane olmaq imkanlarına eyham vurur. Bu baxımdan, ABŞ Zəngəzurla bağlı iri və sürətli addımlar atmalıdır. Amerika şirkəti regiona yerləşməlidir ki, Rusiya destruktiv və pozucu hərəkətlərə yol verə bilməsin. Hazırda ruslar münaqişə içindədir və strateji mövqelərini itirirlər. Xüsusən də Cənubi Qafqazda əvvəlki dominantlıq yoxdur. Biz də vəziyyətdən istifadə edərək yolun açılmasına tezliklə müvəffəq olmalıyıq. Düşünürəm ki, Rusiya təxribatlara əl atsa belə, nəticəsi olmayacaq. Bu yolda Çin kimi müttəfiqin maraqları mövcuddur. Habelə Rusiya özü də dəhlizin imkanlarından yararlana bilər. İran isə donquldanmağı bilir. Onun “qardaş” dediyi Ermənistan gözü qabağında ABŞ ilə anlaşdı və indi də naziri Vaşinqtona gedir. Tehran da Moskva kimi reallıqla barışmaq məcburiyyətindədir”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Next

Pensiyaçılara ŞAD XƏBƏR

Xəbər lenti

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv