Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gümrüdən 3 ölkənin müstəqilliyinə “atəş”

By Vüsal Rafiqoğlu
08.11.2025 4 Min Read

Cənubi Qafqaz rus asılılığından necə qurtulacaq? – rəy

Bu günlərdə Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında “Xalq Birliyi Günü” adı ilə geniş bayram tədbiri keçirilib. Tədbirdə Rusiyanın Ermənistandakı baş konsulu İqor Titov, hərbi baza rəhbərliyi, yerli məmurlar və Rusiyadan gəlmiş qonaqlar iştirak ediblər.

Məlumata görə, tədbirdə xidmət fərqlərinə görə bir sıra hərbçilər mükafat, fəxri fərman və təşəkkür məktubları ilə təltif olunublar. Bəzi zabitlərə növbəti hərbi rütbələr təqdim edilib. Rusiya tərəfi bu mərasimi “iki xalqın dostluğunun simvolu” adlandırıb.

İqor Titov çıxışında bu xüsusda deyib: “Bu gün birlik təkcə hiss olunmur, o, Ermənistan torpağında daha da möhkəmlənir. Biz burada, qardaş ölkədə özümüzü evimizdə kimi hiss edirik”.

Bundan öncə Gümrüdəki hərbi şəhərciklərdən birində “Açıq qapı günü” təşkil olunub. Qonaqlar “Patriot” parkında nümayiş etdirilən hərbi texnika ilə tanış olub, orkestrin çıxışını izləyib, həmçinin Rusiya və Ermənistan mətbəxlərinə aid yeməklərdən dadıblar.

Bu cür tədbirlər şübhə yox ki, Rusiyanın Ermənistandakı hərbi varlığını bundan sonra da legitimləşdirməyə, onu “dostluq və birlik” çərçivəsində təqdim etməyə yönəlib. Halbuki faktiki olaraq Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə, özəlliklə də Paşinyan hökumətinə ciddi təhdiddir. 

Rusiya ordusu təkcə Ermənistan ərazisində mövcud olmaqla kifayətlənmir, həm də bu ölkənin Cənubi Qafqazdakı balans siyasətini öz xeyrinə yönəltməyə çalışır. Moskva üçün bu baza əslində regionda hərbi-siyasi təzyiq alətidir – həm Türkiyə, həm Azərbaycan, həm də Qərblə əlaqə qurmaq istəyən Ermənistan üçün.

Xatırladaq ki, 102-ci hərbi baza Türkiyə sərhədinə yaxın məsafədə yerləşir və təxminən 5000 hərbçi burada xidmət edir. Rusiya bu bazanı formal olaraq KTMT çərçivəsində “sülh və təhlükəsizlik təminatı” kimi təqdim etsə də, reallıqda o, Moskvanın bölgədə qalıcı təsirini qorumaq məqsədi daşıyır. Ekspertlərə görə, Rusiya bu baza vasitəsilə İrəvanı Cənubi Qafqazda müstəqil qərarlar verməkdən çəkindirir. “Ermənistanda rus birliyi hiss olunur” ifadəsi, faktiki olaraq, Ermənistanın öz milli kimliyinin və qərarvermə azadlığının təhdid altında olması mənasına gəlir.

Məlumdur ki, Azərbaycan ərazisində rus hərbçiləri yoxdur. Gürcüstanda da legitim Rusiya bazası mövcud deyil, yalnız işğal altındakı Abxaziya və Cənubi Osetiyada var.

Bəs Ermənistan rus asılılığından nə vaxt qurtulacaq, qurtula biləcəkmi və necə? Azərbaycan bundan necə təsirlənə bilər, hansı ön tədbirləri görməliyik?

Abutalıb Səmədov: Azərbaycanın paytaxtı Kürdəmir olsun

Abutalıb Səmədov 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a yada saldı ki, Rusiya prezidenti Vladimir Putin “bizim missiyamız Rusiya torpaqlarını toparlamaq və möhkəmləndirməkdir” deyib. Onun fikrincə, Ukraynaya qarşı işğalçı müharibə bu istiqamətdə atılan ilk addımdır: “Ukraynanı nəzarətə götürdükdən sonra Putin digər keçmiş sovet respublikalarında da daha da möhkəmlənmək və onları mümkün olsa qısa müddətdə bir vahid dövlət halında birləşdirmək istəyirdi. Ukraynada müəyyən uğurlar var, ancaq digər keçmiş sovet respublikaları Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən yararlanaraq ondan uzaqlaşmağa başladılar. Rusiya Azərbaycandan, demək olar ki, çıxdı və bu gün Azərbaycan Rusiyanın ən az təsir etdiyi müstəqil dövlət sayılır. Mərkəzi Asiya dövlətləri həm Çinə daha çox yaxınlaşdılar, həm də ABŞ və Avropa ilə əlaqələri gücləndirdilər. Ukrayna müharibəsi Rusiyanın bu addımlara qarşı çıxmaq imkanlarını xeyli məhdudlaşdırdı. Ermənistanda durum bir qədər fərqlidir. Ermənistanla Rusiya arasında 1995-ci ildə imzalanmış 102-ci hərbi bazanın Ermənistanda fəaliyyəti haqqında müqavilə var. Bu müqaviləyə görə hərbi baza 49 il ərzində, yəni 2044-cü ilə qədər Ermənistanda qalmalıdır. Vaxtından əvvəl çıxması üçün mütləq Rusiyanın razılığı olmalıdır. Bu, müqavilədə öz əksini tapıb”.

Mütəxəssisin sözlərinə görə, sərhədlərin birgə qorunması haqqında 1992-ci ilin 30 sentyabrında imzalanmış müqaviləyə əsasən, müddətsiz olaraq Ermənistanın İran və Türkiyə sərhədləri Rusiyanın nəzarətinə verilib: “Burada da Rusiyanın razılığı olmadan hansısa addımı atmaq çox çətindir. Ancaq Ermənistanda bu proseslər gedir. Rusiya da bunun qarşısını almaq üçün hələlik bütün ümidlərini gələn il keçiriləcək parlament seçkilərinə bağlayıb. Parlament seçkilərində öz tərəfdarlarının blok halında iştirak etməsinə cəhd göstərir, Ermənistanda az-çox nüfuzu olan bütün qüvvələri birləşdirməyə çalışır. Rusiya bununla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Lakin Paşinyan mütləq qalib gəlməlidir və Rusiyanın planı pozulmalıdır”.

Abutalıb Səmədov qeyd etdi ki, əgər Paşinyan seçkini udarsa Rusiyanı bölgədən çıxarmaq, 102-ci Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmaq üçün Ermənistan  real addımlar ata bilər: “Baxmayaraq ki, iqtisadi cəhətdən Ermənistanın Rusiyadan asılılığı çox böyükdür. Bu da Ermənistan hakimiyyəti qarşısında çox ciddi problemlər yaradır. Ermənistandakı əsas müəssisələr Rusiyanın tabeliyində və rus sahibkarlarının mülkiyyətindədir. Bunları tədricən geri qaytarmaq lazımdır. İstiqamət götürülüb, Paşinyan Qərbə yaxınlaşmaq istəyini açıq şəkildə elan edib və bu yöndə fəaliyyətini davam etdirir. Rusiya isə başı Ukraynada qarışdığından hələlik bu addımlara adekvat reaksiya verə bilmir. Bu məqamda Azərbaycan neyləməlidir? Azərbaycan Rusiyanın təsirini minimuma endirib. Bundan sonra da həm Çinlə, həm ABŞ ilə əlaqələr daha da inkişaf etdirilməlidir. Türkiyə ilə birgə fəaliyyətimizi genişləndirməliyik. Türk Dövlətləri Təşkilatının güclənməsi üçün əlimizdən gələni edirik və bundan sonra da etməliyik. Bütün bu addımlar, eyni zamanda ordumuzun daha da güclənməsi, iqtisadi islahatların aparılması gələcəkdə imkan verəcək ki, Rusiyanın yenidən bölgədə möhkəmlənməsinin qarşısını almaq mümkün olsun. Təbiidir ki, burada Gürcüstan hakimiyyətinin tutduğu mövqe kifayət qədər problemlər yaradır və Rusiya Ermənistanda Gürcüstan variantını tətbiq etməyə çalışır. Ümid edək ki, bu plan pozulacaq və ”İvanişvili-2 layihəsi” boşa çıxacaq və Rusiyanın Cənubi Qafqazda qalmaq cəhdləri nəticə verməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan regionun lider dövlətinə belə çevrildi – Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMALAR

Next

Zəfər Günü hərbi paradın başlama saatı məlum oldu

Xəbər lenti

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Son Yazılar

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv