Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan Trampın diqqətində – 44 günlük müharibə, 43 km-lik yol, bir də…

By Vüsal Rafiqoğlu
18.11.2025 3 Min Read

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr intensivləşib. ABŞ dövlət katibinin müavini Elison Huker artıq iki gündür bölgədədir. Diplomat öz ziyarətinə Ermənistandan başlayıb. Bu da təsadüfi sayılmaz. Əsas müzakirə mövzularından biri məhz TRIPP layihəsi ilə bağlıdır. O da ki, qonşu ölkədən keçir.

Bakı və Ankara üçün isə əsas olan marşrutun maksimum tez işə düşməsidir. Azərbaycan artıq öz üzərinə düşən işləri yekunlaşdırmaq üzrədir. Qardaş Türkiyə də ona aid, Böyük Orta Dəhlizə daxil yolların daha modern vəziyyətə gətirməyə qərar verib. 43 km-lik dəhliz isə Ermənistanda inşa olunmalıdır. Bundan ötrü ABŞ İrəvana ilkin məbləğ də ayırıb.

O da bəlli ki, Ağ Evdə ötən avqustda imzalanan üçtərəfli Birgə Bəyannaməyə əsasən Ermənistan Azərbaycanın materik hissəsini eksklav Naxçıvanla birləşdirəcək yoldan maneəsiz keçid öhdəliyi götürüb (Başqa ölkələr üçün belə güzəşt rejimi olmaya bilər). Öhdəliyin altında prezident Donald Trampın imzası da var – əsas qarant kimi. Odur ki, problem böyük ölçüdə Nikol Paşinyan hökumətinindir.

Ümid edək ki, xanım Hukerin çoxgünlük səfəri layihənin icrasını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Noyabrın 6-da Ağ Evdə Birləşmiş Ştatlar prezidenti ilə Mərkəzi Asiya dövlətlərinin liderləri arasında baş tutmuş 5+1 formatında ikinci sammiti, toplantıda Orta Dəhliz layihəsi və onun tərkib hissəsi kimi TRIPP-in müzakirəsi bu yöndə ümidləri xeyli artırıb. Hər halda 1 nömrəli qlobal güc kimi ABŞ-ın pulu da, siyasi iradəsi və imkanları da yetərincədir…

Bu arada Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan və hökumətin tövsiyələri ilə hesablaşdığı Atlantik Şuranın Avrasiya şöbəsinin direktoru Con E.Herbst Bakıda jurnalistlərlə söhbətdə “Azərbaycan ABŞ prezidentinin diqqət mərkəzindədir” deyib.

“Bu, sizin üçün də, bizim üçün də yaxşıdır. Vaşinqton rəhbərliyinin Cənubi Qafqaza, Azərbaycana və Mərkəzi Asiyaya müsbət və yüksək keyfiyyətli diqqət göstərməsini görmək xoşdur. Əgər ABŞ tranzit dəhlizinə görə məsuliyyəti öz üzərinə götürərsə və onun fəaliyyətinə nəzarət edərsə, ekstraterritoriallıqla bağlı mürəkkəb məsələlər ikinci dərəcəli məsələyə çevrilir”, – Herbst əlavə edib.

Ekstraterritoriallıq, yəni dəhliz məntiqi…

Şübhəsiz, yolun necə adlandırılması ikinci-üçüncü dərəcəli məsələlərdəndir. Mühüm olan 44 + 1 günlük müharibədən, Dağlıq Qarabağ konflikti tarixin arxivinə veriləndən və sülh müqaviləsi ratifikasiya ediləndən sonra böyük barışıq prosesi dayanmasın, daima irəli getsin, bağışlanmaz gecikmə olmasın. Bu proses fonunda sərhədlər, kommunikasiyalar açılsın, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında, nəhayət, siyasi-diplomatik əlaqələr qurulsun. Yekun etibarilə Rusiyanın bölgədə ənənəvi pozucu rolu minimuma ensin. Onun Ermənistanda hərbi baza, Türkiyə ilə sərhəddə hərbçilər saxlamasına lüzum qalmasın.

Çünki Kremlin zaman-zaman bölgəni qarışdırıb konfliktlər hesabına onu idarə etmək kimi çox yaramaz ənənəsi var. Onu da tarixin qəbiristanlığına göndərmək zamanı çatıb. Bu isə böyük ölçüdə Ermənistan rəhbərliyindən çox, erməni xalqının iradəsindən asılı olacaq. Məhz o qərar verməlidir ki, yenə Moskvanın əlində qonşulara qarşı maşa olaq, ya yox? Ötən bazar Vaqarşapatdakı bələdiyyə seçkilərində hakim Paşinyan partiyasının inamlı qələbəsi bu xüsusda nikbin pozitiv anons hesab edilə bilər…

Təbii ki, Ağ Evin Kreml kimi Güney Qafqazla bağlı bəd niyyətləri yoxdur. Özəlliklə də Trampın. Aydındır ki, Rusiya region ölkələrinə qarşı şantaj siyasətini davam etdirdikcə, yandırılan körpüləri bərpa eləmək əvəzinə, olan-qalanını da dağıtmaq kursundan əl çəkmədikcə, qonşu ölkələrə hələ də yuxarıdan aşağı baxdıqca, bölgə dövlətləri də gərəkən əlavə ön tədbirləri görəcək – özü də ortaq səylərlə. Ukraynadakı səfirliyimiz ətrafında son baş verənlər bu yöndə fəaliyyəti gücləndirmək üçün əlavə siqnaldır.

Qısası, Trampın regiona uzunmüddətli barışıq, əməkdaşlıq, rifah gətirmək istəyi qat-qat səmimi görünür, nəinki Rusiya rəsmilərinin, o sırada Sergey Lavrovun Vaşinqtonun səylərini şübhə altına alan quru və ikibaşlı “sülh” bəyanatları, hətta hədələyici tonu…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çökdü

Next

Gələn ay 30 manat yardım veriləcək

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv