Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

AXCP-nin ləğvi üçün tam hüquqi əsaslar yaranıb – ÇAĞIRIŞ

By Vüsal Rafiqoğlu
03.12.2025 3 Min Read

Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması barədə çağırışlar səslənməkdədir. Xüsusilə, ötən həftənin şənbə günü AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunması bu çağırışların sayını durmadan artırıb.

Milli Məclisin son plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bu barədə danışıb.

Sitat: “Əslində postsovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar”.

MİRZEBEY.jpeg (77 KB)

Milli Məclisin deputatı Elçin Mirzəbəyli məsələ ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:

“Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” qanunu siyasi təşkilatların fəaliyyətinin demokratik prinsiplərə, konstitusion çərçivəyə, milli təhlükəsizliyə və dövlət suverenliyinə uyğunluğunu təmin edən əsas hüquqi mexanizmdir. Siyasi partiyaların təşkilatlanma və fəaliyyət sərhədləri məhz bu qanunla müəyyən olunur və dövlətin konstitusiya quruluşunun müdafiəsi hüquqi təminat altına alınır.

Mövcud faktlar və ictimaiyyətə açıq mənbələr göstərir ki, AXCP-nin fəaliyyəti bu qanunun bir sıra müddəalarının sistemli şəkildə pozulması ilə müşayiət olunur və bu vəziyyət həm hüquqi, həm də siyasi aspektdən ciddi məsuliyyət doğurur.

AXCP rəhbərliyinin çıxışlarında və sosial media çağırışlarında konstitusiya quruluşunun qeyri-qanuni yollarla dəyişdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, əhalinin kütləvi itaətsizliyə təşviq edilməsi və dövlət orqanlarının legitimliyinin şübhə altına alınması kimi meyillər zaman-zaman özünü göstərib. Qanunun 4.3.1-ci maddəsi belə çağırışları qəti şəkildə qadağan edir və bu cür fəaliyyət siyasi partiyanın ləğvi üçün birbaşa hüquqi əsas yaradır. Partiyanın bu istiqamətdə davranışları həm qanunun ruhuna, həm də dövlət təhlükəsizliyinə tamamilə ziddir.

AXCP-nin xarici təsir dairələri ilə əlaqələrinə dair məlumatlar, müxtəlif QHT-lərlə, fondlarla, o cümlədən 2013-cü ildə Azərbaycanda qarşıdurma yaratmaq istəyən Rusiya mərkəzli “Milyarderlər İttifaqı”, “Milli Şura” adlı qeyri-rəsmi təsisatlarla birgə və birbaşa fəaliyyətin izləri və informasiya kampaniyalarında iştirakı sübuta ehtiyacı olmayan faktlardır.

Bununla yanaşı, qanun siyasi partiyaların xaricdən maliyyə və ya hər hansı resurs qəbul etməsini, xarici təsir altına düşməsini tam şəkildə qadağan edir. AXCP-nin fəaliyyəti boyunca qeyri-rəsmi maliyyə mənbələrindən asılılığı, xaricdən maliyyələşməsi, partiyada nağd və şəffaf olmayan ödəniş praktikasının tətbiqi barədə ictimaiyyətə açıq faktlar mövcuddur.

Qanunun 23 və 24-cü maddələrinə görə, bu hallar ağır pozuntu hesab olunur və partiyanın fəaliyyətinin dayandırılması və ya ləğvi üçün əsas rol oynayır”.

Deputat onu da qeyd edib ki, Əli Kərimli ilə Ramiz Mehdiyev arasında uzun illər davam edən münasibətlər barədə yayılan faktlar AXCP-nin müstəqil siyasi iradədən məhrum olduğunu göstərən mühüm arqumentlərdəndir:

“Partiyanın müəyyən siyasi qrupların maraqlarına uyğun olaraq süni qarşıdurmalar yaratması, cəmiyyətdə manipulyativ davranışlar sərgiləməsi siyasi təşkilatlanmanın könüllülük, qanunçuluq və özünüidarə prinsiplərinə ziddir. Belə hallarda partiyanın fəaliyyətinin üçüncü şəxs və qruplar tərəfindən yönləndirilməsi ehtimalı güclənir ki, bu da hüquqi baxımdan yolverilməzdir.

AXCP-nin radikal ekstremist qruplar və zorakı çağırış səsləndirən fərdlərlə paralel fəaliyyət göstərməsi, radikalizmi təşviq edən məlumat axınında iştirakı da təhlükəsizlik üçün əlavə risklər yaradır. Qanunun 4.3.2-ci maddəsi zorakılığın, radikalizmin və terror fəaliyyətinin təbliğini açıq şəkildə qadağan edir. Bu kateqoriyaya aid pozuntular siyasi partiya üçün ən ağır hüquqi məsuliyyət formalarındandır və dövlət təhlükəsizliyinə real təhdid kimi qiymətləndirilir.

Mövcud faktlar AXCP-nin fəaliyyətinin yoxlanılması üçün kifayət qədər hüquqi əsas yaradır. Qanunun 7-ci maddəsi mediada yayımlanan faktların rəsmi araşdırmaya başlamaq üçün əsas olduğunu bildirir.

Bütün bu hüquqi və siyasi təhlillər göstərir ki, AXCP-nin fəaliyyəti qanunun bir neçə əsas maddəsini sistemli şəkildə pozur. Bu pozuntular dövlətin konstitusiya quruluşu və milli təhlükəsizliyi üçün real risk yaradır. Qanunvericilik baxımından AXCP haqqında rəsmi yoxlamanın başlanması, təşkilatın fəaliyyətinin dayandırılması və partiyanın ləğvi üçün tam hüquqi əsaslar var”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putindən Avropa təhdidi – qitənin Rusiyaya verdiyi dərslər – ŞƏRH

Next

Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı

Xəbər lenti

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv