Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Paytaxt restoranlarında “çayvoy” qadağası

By Vüsal Rafiqoğlu
10.12.2025 3 Min Read

Restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, müştərilərin böyük narazılığına səbəb olur 

Bakıda yerləşən bəzi restoranların vətəndaşlara əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə etməsi uzun müddətdir ki, çox az adamı narahat edirdi.  Halbuki əlavə servis haqqı barədə müştəriyə əvvəlcədən şifahi formada xəbərdarlıq edilməli və ya menyuda kifayət qədər aydın şəkildə göstərilməlidir. Həmçinin müştərilər əlavə servis haqqını ödəməyə məcbur oluna bilməz. Bu müştərinin açıq şəkildə aldadılması və istehlakçının hüquqlarının pozulması deməkdir. Müştəridən əlavə məbləğin tələb olunması qeyri-qanunidir. Belə olan halda müştəri restoran rəhbərliyinə narazılıq edib pulu ödəməkdən imtina edə bilər. Sirr deyil ki, bəzən müştəri öz abır-həyasına qısılıb, hansısa narahatlıq yaranmasın deyə sürpriz də olsa, əlavə servis haqqını ödəyir.  

Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər. Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.

Bəs müştərilər əlavə servis haqqını ödəməkdən imtina edə bilərmi? Əgər belədirsə, hansı hüquqi əsaslarla?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, “çayvoy”un qadağan edilməsi mümkün deyil: “Biri var ki, insanlar könüllü “çayvoy” verir, bu qadağan oluna bilməz. Biri də var ki, hesabın içində nəzərə alınan, yəni hesaba salınan “çayvoy” və ya xidməthaqqı ilə bağlı qarışıqlıq mövcuddur. Bəli, bəzi insanlar xidməthaqqı vermək istəmirlər, lakin məcbur edilirlər. Bu, doğru deyil və müəyyən tənzimləmələr olmalıdır”.

Natiq Cəfərli REAL-ın sədri oldu | Modern.az

Natiq Cəfərli

Hazırda işlətmələr bunun qanunla əsaslandırıldığını bildirirlər, çünki dünyanın bir çox ölkəsində belə bir praktika mövcuddur və onun vergisi tutulur. Ona görə də hesabın içində hesaba salınan “çayvoy” verildikdə, onun vergisi də tutulur. Bu səbəbdən qanunvericilikdə bu iki anlayışı bir-birindən ayırmaq vacibdir. Yəni əgər “çaypulu” üçün vergi olmasa, həcmi də azalacaq. Məsələn, hesabın 10 faizi serviz haqqı kimi tutulursa və əgər bu, vergiyə cəlb olunmayacaqsa, o zaman servis haqqını 5 faizə endirmək mümkündür. Qanunda bu cür tənzimləmə aparmaq olar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, son 6 ildə restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, restorana gələnlərin böyük narazılığına səbəb olan məsələlərdən biridir: “Bu gün də qurumumuza, övladının ad günü mərasimi üçün restorana gedən bir şəxsdən şikayət daxil olub – ona 15 faiz servishaqqı tələb edilib. Qeyd etmək lazımdır ki, servishaqqı məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb və heç bir qadağa da yoxdur. Lakin məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi belədir ki, restoranlar öz ərazilərində necə davranacaqlarını özü müəyyən edir. Təəssüf ki, bazarda restoranlar üçün vahid qaydalar mövcud deyil. Bu vəziyyət tam özbaşınalıq doğurur və istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Məsələn, bahalı restoranlarda musiqiçi çağırılır, müğənni ifa edir və bunun üçün əlavə ödəniş tələb olunur. İstehlakçıya bu barədə əvvəlcədən heç bir məlumat verilmir. Qanun isə bu cür halları qadağan etmir. Ümumiyyətlə, dünyada, o cümlədən kapitalist ölkələrdə və yaxşı xidmət göstərildikdə istehlakçılar “çayvoy” verir. Lakin bütün hallarda servis haqqı menyuya daxil edilməli və istehlakçı buna əvvəlcədən məlumatlandırılmalıdır. Bu şərtlər ödənildikdə, istehlakçı artıq seçimini etmiş hesab olunur və ödənişi etməlidir”.

Eyyub Hüseynovun qızı vəfat etdi

Eyyub Hüseynov

Eyyub Hüseynov həmçinin bildirib ki, hazırda restoranlarda və şadlıq evlərində digər özbaşınalıqlar da müşahidə olunur. Məsələn, servis haqqından əlavə, əlavə ödənişlər, face control tətbiqi və oturma yerlərinə görə əlavə qiymət tələb olunması kimi hallar baş verir: “Bütün bunlar istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Məsələn, əgər bir müştərinin üzünə görə restorana buraxılmırsa, ya da dənizə tərəf oturmaq üçün əlavə 20 manat tələb olunursa, bu, qanunsuzdur.

Aidiyyəti orqanlar, o cümlədən Antiinhisar Dövlət Agentliyi bu məsələlərə nəzarət etməli və qanun pozuntusu aşkarlandıqda cərimə tətbiq etməlidir. Yəni servishaqqı yalnız menyuda qeyd olunmuş və istehlakçıya əvvəlcədən bildirildikdə qanuni sayılır. Əks halda, bu, istehlakçının hüquqlarının pozulmasıdır və aidiyyəti qurumlar buna müdaxilə etməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA AÇIQLANDI

Next

Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb

Xəbər lenti

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv