Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bayram sonrası TOY sifarişləri – KÖHNƏ menyu, TƏZƏ qiymətlər…

By Vüsal Rafiqoğlu
02.04.2026 3 Min Read

Ramazan ayı dini baxımdan matəm ayı sayılmasa da, Azərbaycanda illərdir formalaşmış ənənəyə görə, bu dövrdə toy şənlikləri demək olar ki, keçirilmir. Bu səbəbdən hər il olduğu kimi, bu dəfə də bayramın başa çatması ilə toy bazarında müəyyən canlanma gözlənilirdi.

Artıq bayram günləri geridə qalıb və əsas sual budur: toy sifarişləri hansı vəziyyətdədir, qiymətlər dəyişibmi və qarşıdakı aylarda bizi nə gözləyir?

Məsələ ilə bağlı Musavat.com olaraq Bakıdakı bir sıra restoran və şadlıq sarayları ilə əlaqə saxladıq.

İaşə obyektlərindən bildirildi ki, Ramazandan sonra toy sifarişlərində ənənəvi artım müşahidə olunur. Bir çox məkanlarda aprel, hətta may ayı üçün tarixlər artıq bron olunmağa başlayıb. Xüsusilə həftəsonu günlər üçün boş yerlər azalıb. Qiymətlərə gəldikdə isə, ötən illə müqayisədə bir sıra şadlıq evlərinin qiymətlərində artma müşahidə olunur.

Məsələn, “Baxçalı Saray”da başlanğıc menyu qiyməti 220 manatdır. Hlabuki bundan əvvəl 200 manat təklif olunurdu. “Meridian Saray”da menyu qiyməti 75 manatdan, “Günay” restoranında menyu qiymətləri 120 manatdan başlayır. Bununla bağlı menyu qiymətləri stabil qalan şadlıq sarayları da var. Misal üçün, “Xəzinə Palace”, “Lido”, “Altun”, “Kolizey Saray”da menyu qiymətləri hələ ki, 50 manatdan başlayır. Beləliklə, hazırda paytaxt Bakıda ən aşağı menyu qiymətləri adambaşına təxminən 50 manatdan, orta seqmentdə qiymətlər 75–80 manatdan, daha yüksək səviyyəli restoranlarda isə menyu qiymətləri 120 manatdan başlayır. Halbuki ötən il qiymətlər təxminən 10-20 manat aşağı idi.

Ekspertlər qeyd edir ki, qlobal və regional proseslər də toy bazarından yan keçmir. Son dövrlərdə Yaxın Şərqdə baş verən gərginliklər ərzaq bazarına potensial təsir riski yaradır. Xüsusilə idxaldan asılı olan məhsulların qiymətində artım ehtimalı restoran sahiblərini ehtiyatlı davranmağa məcbur edir. Hazırda bu təsir birbaşa hiss olunmasa da, bazar iştirakçıları vəziyyəti diqqətlə izləyir. Əgər bölgədəki böhran dərinləşərsə və logistika xərcləri artarsa, bu, qaçılmaz olaraq menyu qiymətlərinə də təsir göstərəcək. Yəni, yaxın aylarda bu qiymətlərin də sabit qalacağına tam zəmanət yoxdur.

Mürvət Həsənli İctimai Şuranın sədri seçildi

“Xəmsə” MMC-nin sahibi və iş adamı Mürvət Həsənli məsələ ilə bağlı Musavat.com-a bildirib ki, ötən illərlə müqayisədə hazırda toy sektorunda müəyyən durğunluq müşahidə olunur:

“Əvvəlcə qeyd edim ki, bizim şadlıq sarayımızda menyuların qiyməti dəyişməyib. Məsələn, “Xəmsə” şadlıq sarayında menyu qiymətləri 50 manatdan başlayır və bu qiymət artıq uzun müddətdir təklif olunur. Qiymətlərimiz mövcud bazar səviyyəsinə uyğundur.
Ramazan bayramından sonra isə aktivlik müşahidə olunur. Aprel ayı üçün bütün tarixlərə artıq sifarişlər almışıq. Həmçinin məlumdur ki, iyun ayında Məhərəm ayı başlayır və buna görə də insanlar çalışır ki, toylarını bu yaxın dövrdə etsinlər. Lakin aktivlik ötən illərdəki qədər yüksək deyil”.

Mürvət Həsənli həmçinin qeyd edib ki, əvvəlki illərlə müqayisədə hazırda insanlar həm qonaq sayını azaltmağa, həm də menyu seçimində daha qənaətli və münasib variantlara üstünlük verirlər:

“Bu, əsasən, insanların maddi vəziyyəti ilə bağlıdır. İnsanlar daha az qonaq və daha sadə menyu ilə toy etməyə çalışırlar”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, hələlik ərzaq qiymətlərində kəskin və nəzərəçarpacaq artımlar müşahidə olunmur:

“Qiymətlər durmadan artır, amma menyularda bu dəyişiklik hələlik hiss olunmur. Bunun səbəbi ondan ibarətdir ki, aprel və may ayları toy mövsümü hesab edilmir. Lakin yay ayları yaxınlaşdıqca və əgər ərzaq məhsullarının qiymətləri yüksəlməyə davam edərsə, menyularda da qiymət artımı gözlənilə bilər”.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyük Qayıdışın addımları

Next

Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır – VİDEO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv