Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Demokratiya” adlı mifik sistemi

By Vüsal Rafiqoğlu
03.04.2026 3 Min Read

Dünyada müşahidə olunan əsas tendensiya və rəqəmsal texnologiyaların fantastik inkişafını nəzərə alaraq, tərəddüdsüz və heç nədən çəkinmədən deyə bilərik ki, sistem xarakterli transformasiya prosesləri qaçılmazdır. 

Virtual reallığın təsirindən dövlət və cəmiyyəti artıq heç bir “hasar” ilə qorunmaq mümkün deyil. “Virtual reallıq” fasiləsiz olaraq milli sistemlərə yad cisimləri infuziya edir. Rəqəmsallaşma kontekstində hətta onu da əlavə edə bilərik ki, “qloballaşma prosesi” ifadəsi artıq öz adekvatlığını itirib və real vəziyyəti əsla əks etdirmir. Müasir dünya artıq çoxdandır ki, nəhəng rəqəmsal “çadırın” altındadır. O nadir ölkələr ki, həmin qlobal proseslərdən kənar dayandıqlarını zənn edirlər, onlar sadəcə özlərini aldatmaq ilə məşğul olurlar. “Demokratiya” adlı mifik sistem gənc və müstəqil dövlətlərin “damarlarına” çoxdan qoşulub və yad cisimlərin infuziyası durmadan davam edir.     

Təəccüblü deyil ki, ənənəvi dəyərlər sistemi dünyada tədricən təhrif olunur. Əslində yaşadığımız bir çox problemlərin əsl mənbəyi məhz dəyərlər sisteminin cılızlaşması və təhrif olunmasıdır. Yuxarıda bəhs etdiyimiz şərti “sistem” vasitəsilə yanlış stereotiplər, yanlış davranış modelləri və yanlış sosial-mədəni oriyentirlər siyasi-ictimai şüurumuza sözün hərfi mənasında yeridilir. Dünya ölkələrinin uğursuz təcrübəsindən bizə bəllidir ki, cəmi bir yanlış sosial-mədəni stereotipin konkret cəmiyyətdə yayılması nəticəsində nəinki humanitar inkişafın dayanması, hətta deqradasiya proseslərinin başlanması da istisna olunmur.

Qeyd olunanlar haqqında təkrar düşünməyimizə səbəb təsadüfən şahid olduğumuz kiçik, ancaq olduqca məzmunlu və rəmzi məna daşıyan bir hadisədir. Adi günlərin birində avtobusda işdən evə qayıdan zaman təqribən 5 və 6 yaşında olan iki uşaq arasında gedən söhbət: “Telefonu mənə ver, mən axı səndən hündürəm. Mən isə səndən güclüyəm, telefonu verməyəcəm”. Mövcud mənzərə ondan xəbər verir ki, hətta bu cür kiçik həyat təcrübəsinə malik olan uşaqların ictimai təfəkküründən zamanında fitri hesab olunan “ağıl” və “hörmət” kimi ənənəvi dəyərlər tədricən əhəmiyyətsizləşir. Əvəzində isə “güc” amili mütləq və mübahisəsiz prioritetə çevrilir.

Sözügedən mənzərə yuxarıda bəhs etdiyimiz prosesin acımasız fəsadlarından biridir. Bəli, müasir tendensiyaları nəzərə alaraq konkretləşdirmədən deyə bilərik ki, dövlətlər sosial-siyasi və mədəni oriyentirlərin istehsalı prosesində rəqəmsal texnologiyalara obyektiv olaraq uduzur və bu cür meyllilik artan dinamika ilə inkişaf edir.   Odur ki, qaçılmaz hesab olunan bu prosesləri ən azından idarəolunan vəziyyətə salmaq üçün dövlət mütləq olaraq hadisələrin gedişatına müdaxilə etməlidir. Mövcud kontekstdə cari ilin 11 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsinin səbəbləri daha açıq şəkildə bizlərə aydın olur. Xatırladaq ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva təyin olunmuşdur. Sözügedən fakt isə öz növbəsində bilavasitə mövzunun əhəmiyyət və perspektivindən xəbər verir.

Bir anlıq təsəvvür edin ki, milli pul əsginaslarının çap olunması prosesinə nəzarəti dövlət cəmiyyətin öhdəsinə buraxacaqdır. Razılaşın ki, hətta bu nəzəri ehtimalın özü kifayət qədər absurd səslənir. Əlbəttə ki, bu baş verdiyi təqdirdə çox qısa zaman kəsiyində müxtəlif sahələrdə faciələr yaşanacaq və xaos qaçılmaz olacaqdır. Eyniliklə, sosial-mədəni və siyasi oriyentirlərin “istehsalı” prosesində də bütün psevdodemokratik şüarlara və qərəzli tənqidlərə rəğmən dövlət öz prioritetliyini qorumalıdır.

Bu cür təkzibolunmaz həqiqətləri nəzərə alaraq, kütləvi xarakterli sosial-siyasi və mədəni davranış modellərinin müəyyən olunması prosesinin taleyini mənəvi əyləclərdən məhrum olmuş sosial şəbəkələrin öhdəsinə buraxmaq gələcək nəsillər və milli-mədəni irsə qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirilə bilər. Doğrudur, həmin o avtobusdakı uşaqların əlindən telefonun alması da əsla optimal çıxış yolu deyil. Özünə siyasətçi deyən, əslində isə xain sifarişlərin icrası ilə məşğul olan manipulyatorların əlindən mövcud kontekstdə cinayət aləti olan telefonun alınmasını vətənşivənlər demokratiyaya edilmiş sui-qəsd adlandırarlar.

Əlbəttə, gələcək və milli maraqlar naminə dövlət bütün manipulyasiyalardan üstün durmalı və təhlükəli tendensiyaların qarşısını almaq üçün hətta populyar hesab olunmayan tədbirləri də mütləq görməlidir. Axı siyasi manipulyatorların davranışı həmin o avtobusdakı 5-6 yaşlı uşaqların şıltaqlığından daha təhlükəlidir. Odur ki, gözəl məmləkətimizin hər bir vətəndaşı sosial məsuliyyətin ümummilli keyfiyyətə çevrilməsi üçün çalışmalıdır. Əks halda cəmiyyət öz inkişafında ibtidai instinktlər dövrünə qayıda bilər və bunun dolayı səbəbi demokratiya haqqında yeridilən yanlış təsəvvürlər olacaqdır. İmkan vermək olmaz ki, “ağıl” və “hörmət” kimi ənənəvi dəyərlər milli-mədəni yaddaşımızdan silinsin.

Asif Adil,
politoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

Next

İntensiv yağış yağacaq, güclü külək əsəcək

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv