Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Qarabağdakı dağıntılara göz yumanlar….”-Dini hesabata SƏRT ETİRAZLAR

By Vüsal Rafiqoğlu
08.04.2026 3 Min Read

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabatda istinadlara dair bəzi məqamlara münasibət bildirib.

QMİ-dən verilən məlumatda bildirilib ki, Azərbaycanda yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair hesabatda əsassız iddialarla bağlı ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər:

“Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.

QMİ Məhərrəm ayının başlanması ilə bağlı xalqa müraciət etdi

Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır”.

Qeyd edilib ki, bu, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur:

“Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir”.

“BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik. Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir”, QMİ-dən bildirilib.

Araşdırmaçı jurnalist, dini məsələlər üzrə mütəxəssis Rəsul Mirhəşimli Musavat.com-a şərhində bildirib ki, son illərdə beynəlxalq qurumların hazırladığı bəzi hesabatlarda Azərbaycandakı real mənzərə əks olunmur. Onun sözlərinə görə, bu reallıqların əks olunmaması isə haqlı tənqidlərə səbəb olur:

“Gerçəkləri əks etdirməyən həmin hesabatlar sırasında yer alan ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) hesabatı obyektiv yanaşmadan uzaq sənəd kimi qiymətləndirilməlidir. Bu qurum Azərbaycanda dini vəziyyəti “qiymətləndirərkən” yəqin ki, Qarabağdakı dini abidələrin vəziyyətinə diqqət çəkmək istəyib. Təəssüf ki, bu torpaqlar 30 ildən artıq Ermənistanın işğalı altında qalanda, həmin ərazilərdə məscidlərimiz dağıdılanda, həmin ibadət yerləri təhqirlərə məruz qalanda bu gün yalandan hay-küy salan beynəlxalq təşkilatların səsi çıxmırdı. Subyektiv mülahizələrə söykənən bu tipli “beynəlxalq təşkilatlar” Qarabağda İslam dininin təşəkkülünə qədər mövcud olan alban abidələrini erməni abidələri sayır, bu cəfəng iddialarını da “dini vəziyyətin qiymətləndirilməsində “obyektiv əsas” olduğunu iddia edir. Hər kəsə məlumdur ki, Azərbaycan öz ərazisində yerləşən dini və mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Tarix boyu bu coğrafiyada fərqli dinlərə və mədəniyyətlərə mənsub icmalar yanaşı yaşayıb, qarşılıqlı hörmət və anlaşma mühiti formalaşıb. Müsəlman məscidləri ilə yanaşı, xristian kilsələri və yəhudi sinaqoqları da fəaliyyət göstərir və dövlət tərəfindən bərabər şəkildə qorunur. Bu müxtəliflik Azərbaycanın sosial-mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Hesabatı hazırlayanlar nədənsə bu ölkədə mövcud olan gerçəkləri görməyib, ya da görmək istəməyiblər”.

Rəsul Mirhəşimli - 55

Ekspert diqqətə çatdırıb ki, Qarabağda uzun müddət davam edən işğal dövründə dini və mədəni abidələrin məruz qaldığı dağıntılar geniş şəkildə sənədləşdirilsə də, bu faktların hesabatda ya ümumiyyətlə yer almaması obyektivlik prinsipinə zidd hesab edilməlidir:

“Halbuki dini azadlıqların qiymətləndirilməsi yalnız cari vəziyyətlə deyil, həm də tarixi kontekst və qarşılıqlı təsirlər çərçivəsində aparılmalıdır. Bundan əlavə, Azərbaycanın daxilində mövcud olan multikultural mühitin real mənzərəsi də bəzi hallarda lazımi səviyyədə əks olunmur. Ölkədə müxtəlif dini icmaların sərbəst fəaliyyəti, dövlət tərəfindən dini abidələrin bərpası və qorunması istiqamətində görülən işlər, eləcə də dini tolerantlıq ənənələrinin davam etdirilməsi kimi faktlar daha geniş və obyektiv şəkildə təqdim olunmalıdır. Ümumilikdə, beynəlxalq hesabatların hazırlanmasında balanslı yanaşma, bütün tərəflərin mövqelərinin nəzərə alınması və faktların tam şəkildə araşdırılması xüsusi əhəmiyyət daşıyır. Əks halda, bu cür sənədlər reallığı əks etdirmək əvəzinə, müəyyən siyasi və ya ideoloji baxışların təsiri altında formalaşmış təəssürat yarada bilər. Bu isə həm regionda gedən proseslərin düzgün anlaşılmasına, həm də beynəlxalq ictimaiyyətin obyektiv mövqe formalaşdırmasına mane olur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirildi

Next

Rayonlarda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv