Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

44 günə yazılan tarix, 3 ildə tamamlanan suverenlik- Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə zirvəyə yüksəlir

By Vüsal Rafiqoğlu
09.04.2026 5 Min Read

Artıq 4 ilə yaxındır ki, Rusiya–Ukrayna müharibəsi davam edir. İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi ehtimal olunan bu qarşıdurma zaman keçdikcə daha mürəkkəb və dağıdıcı xarakter alıb.

Bu müharibə nə vaxt və hansı şərtlərlə bitəcək?

Digər tərəfdən, son olaraq İran-ABŞ-İsrail gərginliyi çərçivəsində baş verən hadisələr də qlobal sabitlik üçün ciddi risklər yaradır. Doğrudur, hazırda tərəflər arasında dünəndən etibarən 14 günlük atəşkəs əldə olunub. Amma bu münaqişənin yenidən baş qaldıra biləcəyi və uzunmüddətli davam etmə ehtimalı beynəlxalq ictimaiyyəti narahat edir.

ABŞ-İran Gərginliyi: İsrail Müdafiə Ordusu ABŞ Zərbəsini 31 Yanvar və 1  Fevralda Gözləyir

Məhz belə mürəkkəb və qeyri-müəyyən beynəlxalq mühitdə Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticə bir daha müzakirə olunur. Şəksiz İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycanın qələbəsi müharibə tarixində nadir rast gəlinən bir nümunədir.

Bunun davamı kimi 2023-cü il antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini tam şəkildə bərpa etməklə yeni reallıq yaratdı.

19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı » Sözçü qəzeti

Sözsüz ki, bütün bu uğurların mərkəzində Ali Baş Komandan İlham Əliyev fenomeni dayanır. Onun uzunmüddətli strategiyası, prinsipial mövqeyi və dəyişən beynəlxalq şəraitdə çevik qərar vermə bacarığı bu qələbəni şərtləndirən əsas amillərdən biri oldu.

Bir sözlə son illərdə müasir müharibələrin uzandığı, nəticələrin qeyri-müəyyən qaldığı bir dövrdə Azərbaycanın əldə etdiyi nəticə yeni bir model kimi qəbul olunur.

Naqif Həmzəyev — Vikipediya

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a dedi ki, müasir dünyada onilliklər boyu davam edən münaqişələrin tükənməz bir girdaba çevrildiyi bir dövrdə Azərbaycan tamamilə fərqli bir tarix yazdı:

“Otuz ilə yaxın müddət ərzində torpaqlarının beşdə birindən artığı işğal altında saxlanılan, bir milyondan çox vətəndaşı öz doğma yurdundan didərgin düşən bu xalq, nəhayət, 2020-ci ilin payızında tarixini dəyişdi. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Azərbaycanın uğurlarını şərtləndirdi. Bu qələbənin kökləri isə çox daha əvvələ-uzun illər ərzində həyata keçirilən sistemli hazırlığa gedib çıxır. Hər böyük qələbənin arxasında uzunmüddətli bir iradə dayanır. Prezident İlham Əliyev üçün bu iradə ilk gündən aydın idi. O, Azərbaycanın milli maraqlarını uca tutaraq münaqişənin həllini hərb, diplomatiya və informasiya müstəvisi üzrə eyni anda apardı. Beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ardıcıl şəkildə ifşa edən Prezident, 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə bütün dünyaya tarixi pozisiyasını elan etdi. Bu, sadə bir söz deyildi, bu, geri dönülməz bir siyasi iradənin bəyannaməsi idi.

Azərbaycan diplomatiyası yeni keyfiyyət mərhələsinə yüksəlib

Azərbaycan diplomatiyasının son 17 ildəki ardıcıl səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların sənədlərini bu mübarizə üçün hüquqi baza yaratdı. Beynəlxalq arenada bu qədər geniş hüquqi legitimlik qazanmaq özlüyündə mühüm strateji uğur idi”.

Parlamentari onu da diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi müasir hərb tarixinə nadir bir nümunə kimi daxil oldu:

“Onilliklər boyunca həll edilə bilinməyən münaqişəyə cəmi 44 günə yekun vuruldu. Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin əvvəlcədən görünməyən bir liderlik keyfiyyətini, sərkərdəlik məharətini üzə çıxardı. Ali Baş Komandan kimi hərbi əməliyyatları şəxsən izləyən, hər mərhələdə qəti qərarlar verən Prezident, eyni zamanda, diplomatik cəbhəni də ustalıqla idarə etdi. Müharibə dövründə dövlət başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Diplomatik cəbhədə isə möhkəm bir koalisiyanın qurulması həlledici əhəmiyyət daşıdı. İlham Əliyev tərəfindən münaqişə prosesinə Türkiyə, Pakistan, Qoşulmama hərəkatı, Türk Şurası kimi yeni aktorların daxil edilməsi qələbənin əldə edilməsində böyük rol oynadı. Müharibənin gedişində Türkiyənin diplomatik-siyasi baxımdan Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi bir sıra ölkələri, ilk növbədə isə Rusiyanı hadisələrə müdaxilədən çəkindirdi.

8 Noyabr - Azərbaycanda Zəfər Günüdür!

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı: Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması — bu, simvolik baxımdan da müharibənin qayıdılmaz nöqtəsi idi.

Tarix göstərir ki, müharibəni qazanmaq çox vaxt onun meyvəsini qorumaqdan asandır. Prezident İlham Əliyevin möhtəşəmliyini müəyyən edən məqam da məhz budur: o, hərbi qələbəni diplomatik, hüquqi və siyasi uğura çevirməyi bacardı. 2020-ci il 10 noyabr bəyanatı münaqişənin aktiv fazasını dayandırsa da, post-müharibə reallıqları avtomatik olaraq sabitlik və suverenlik yaratmırdı. Bu mərhələ daha mürəkkəb və çoxşaxəli qərarların verilməsini tələb edirdi. Müharibədən sonrakı mərhələdə Azərbaycan siyasi təşəbbüsü öz əlində saxladı.

Bu siyasi təşəbbüs öz bəhrəsini verdi. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıması münaqişənin illərlə davam edən “status” mübahisəsinə faktiki son qoydu. Bu addım hərbi nəticələrin siyasi legitimliklə möhkəmləndirilməsi baxımından həlledici idi.

Lakin Prezident İlham Əliyevin gördüyü iş bununla bitmədi. Hüquqi tanınma əldə olunsa da, Azərbaycan torpağında qeyri-qanuni silahlı strukturların mövcudluğu davam edirdi”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Milli Məclis təmsilçisi onu da xüsusi olaraq vurğuladı ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərini hərb tariximizə daha bir parlaq səhifə kimi yazdı və qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu: “Əməliyyatın qısa müddətdə və minimal itkilərlə başa çatması dövlətin hərbi planlaşdırma və icra qabiliyyətinin göstəricisi oldu.

Beləliklə, üç illik ardıcıl siyasi idarəetmə nəticəsində Azərbaycan suverenliyini bütün ölçülərdə-hərbi, hüquqi, siyasi və ərazivi baxımdan tam şəkildə bərpa etdi. Prezident Əliyev ortaya yeni model qoydu. Bu modelin mərkəzində Prezident İlham Əliyevin siyasi iradəsi, ardıcıl qərarvermə mexanizmi və milli resursların düzgün səfərbərliyi dayanır. Lider, xalq, ordu birliyi yalnız müharibə dövründə deyil, post-münaqişə mərhələsində də effektiv işləyən sistemə çevrildi.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif; “Mən çox istərdim ki, sabah  Şuşaya səfər edim, lakin bildiyiniz kimi, kəskin hava şəraiti var” »  Lider-media.az

Pakistanın Baş naziri Şahbaz Şərif bu həqiqəti dəqiq ifadə etdi:

“Siz bacarıqlı diplomatiya sayəsində sülhü qazandınız”.

Azərbaycan təcrübəsi göstərir ki, müasir dövrdə qalibiyyət yalnız hərbi meydanda qazanılmır. Qələbə diplomatiya, hüquq və institusional idarəetmə ilə tamamlandıqda davamlı və dönməz xarakter alır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu yanaşma Cənubi Qafqaz üçün yeni siyasi reallıq yaratmaqla yanaşı, beynəlxalq münaqişələrin həlli baxımından da alternativ model kimi diqqət çəkir.

Rusiya–Ukrayna müharibəsinin illərlə uzandığı, İran–ABŞ–İsrail gərginliyinin qlobal sabitliyi sarsıtdığı bu çətin beynəlxalq mühitdə Azərbaycanın qazandığı nəticə daha da parlaq görünür. Dünya münaqişələrin necə uzandığını, qələbəsiz sülhün necə mümkünsüz olduğunu görəndə, Azərbaycanın 44 günlük zəfəri, üç illik siyasi səbri və tam suverenliyə gedən yolu — hamısı bir yerdə — Prezident İlham Əliyevin tarixə bəxş etdiyi qeyri-adi bir dövlətçilik nümunəsi kimi qalacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ödənişli yolda qarpız dolu TIR aşdı –Fotolar

Next

5 qəpikləri SAXLAYIN –Yüksək qiymətə alınır

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv