Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda ad seçimi: Valideynlər niyə milli adlardan uzaqlaşır? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
10.04.2026 6 Min Read

Bu ilin ilk üç ayı üzrə yeni doğulan uşaqlara qoyulmuş adların statistikası cəmiyyətdə maraqlı bir tendensiyanı yenidən gündəmə gətirib.

Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Teleqraf İnformasiya Agentliyinin sorğusuna cavabında açıqlanan siyahı göstərir ki, valideynlər daha çox ərəb, türk və Avropa mənşəli adlara üstünlük verirlər.

Oğlanlara ən çox Uğur, Raul, Hüseyn, Əli, Miran, Yusif, Ömər, Murad, Fateh, Tunar, qızlara isə Məryəm, Melisa, Nilay, Zəhra, Alisa, İnci, Zeynəb, Ayla, Fatimə adları verilib.

Məlum olduğu kimi, şəxs adları təkcə fərdi identifikasiya faktı deyil, həm də milli kimlik, dövlət mənsubiyyəti deməkdir. Bu siyahı sadəcə statistika sayılmır, həm də cəmiyyətin zövqünün, identitet axtarışının və mədəni transformasiyasının göstəricisidir. Bu baxımdan uşaqlara ad verilməsinə diqqətlə yanaşmaq lazımdır.

Üç istiqamətli meyl

Müşahidələr göstərir ki, ad seçimində üç əsas istiqamət formalaşıb: ərəb, türk və Avropa təsiri.

Hüseyn, Əli, Yusif, Ömər, Zəhra, Fatimə kimi adlar əsrlərdir istifadə olunur. Bu adların populyarlığına səbəb İslam dini ilə bağlılıq, Peyğəmbər və dini şəxsiyyətlərin adları, “mənəvi dəyər” və “bərəkət” inancı ilə bağlıdır. Valideynlər bu adları seçərkən yalnız estetikaya deyil, mənəvi yükə də önəm verirlər.

Qloballaşma və trend effekti

Bəzi adlar isə ölkəmizdə daha çox türk serialları və medianın təsiri ilə geniş yayılıb. Sadə və müasir səslənmə insanları cəlb edir və bu adlar həm “milli”, həm də “qlobal” ad kimi qəbul edilir. Türk serialları və xarici filmlər Nilay, Miran, Melisa, Sofiya kimi adları trendə çevirir, nəticədə lokal adları kölgədə qoyur. Bəzi valideynlər Avropa adının daha prestijli olduğunu düşünür və yerli adları kifayət qədər “dəyərli” və ya “dəbli” hesab etmir.

Misal üçün, Raul, Melisa, Alisa kimi adlar daha çox sosial media və pop mədəniyyətin təsiri ilə genişlənir. Fərqli və modern görünmək istəyi, Qərb həyat tərzinə meyl, “övladım beynəlxalq mühitdə rahat qəbul olunsun” fikri bu adları daha da populyarlaşdırır.

Ən diqqət çəkən məqamsa klassik Azərbaycan adlarının siyahıda demək olar ki, olmamasıdır. Köhnəlik stereotipinin təsiri ilə bir çox valideynlər düşünür ki, “Səmayə”, “Bəxtiyar”, “Ənvər”, “Gülçöhrə” kimi adlar köhnə səslənir və müasir dövrə uyğun deyil.

Ad seçimi milli kimliyin bir hissəsi olmaqla yanaşı, gələcək nəsillərin mədəni yaddaşını da formalaşdırır. Bu baxımdan adlar dəyişdikcə, mədəni kodlar da dəyişir. Ad seçimi prosesində çox ciddi – milli adlarımızın tədricən unudulması riski var. Çünki bu, sadəcə dil və ya zövq deyil, bir daha qeyd edirik, kimlik məsələsidir.

Niyə milli adlar populyarlaşmır?

Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, bəzən valideynlər uşaqlara şüursuz şəkildə əcnəbi adlar qoyurlar: “Şüursuzluq özünü tanımamaq və öz keçmişini, öz tarixini bilməməkdir. Ədliyyə Nazirliyinin adlarla bağlı müəyyən siyahısı var. Bu adlar bütün vətəndaş aktlarının qeydiyyat idarələrində mövcuddur. Övladına doğum haqqında şəhadətnamə alarkən vətəndaşa deyilməlidir ki, yalnız azərbaycanlı adlar qoyula bilər, əcnəbi dildəki adlar qəbul olunmur. Bu, vətəndaşın hüququnu pozmaq deyil, dövlətin və xalqın hüququnu qorumaqdır”.

S.Rüstəmxanlı yazarların yeni adlar təqdim edib-etməməsi məsələsinə də aydınlıq gətirib: “Bu, təbii şəkildə gedən proses olmalıdır. Azərbaycan yazıçıları cəmiyyətə adlar təklif edirlər. Bəzilərinə heç yeni ad da demək olmur. Vaxtilə belə bir prosesin önündə gedən böyük dramaturq Cəfər Cabbarlının təqdim etdiyi adların çoxu qədim türk kitablarında var. Ona görə də qədimdən gələn adların dirçəldilməsi və yenidən gündəmə gətirilməsi prosesi davam etdirilməlidir.

Yazıçılar yeni adlar yaradırlar. Düşünürəm ki, tədricən onlar da məşhurlaşacaq. Bundan ötrü gərək ədəbi əsərlər oxunsun, populyarlaşsın.

Adla yanaşı soyad məsələsinə də diqqət çəkmək istəyərdim. Valideynə izah olunmalıdır ki, soyaddakı “ov” və “ev” şəkilçiləri dəyişdirilə və milliləşdirilə bilər. Sovet-rus soyad sonluğundan qopmaq gərəkdir”.

“Övladlarımıza verdiyimiz adlara ciddi yanaşmalıyıq”

AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyevanın sözlərinə görə, insan adlarına ciddi yanaşmaq lazımdır:

“Hər bir fərd müəyyən yaşa çatıb özünü dərk edəndə adı ilə bağlı xoşagəlməzliklə qarşılaşarsa, psixoloji travma ala bilər. Hər bir şəxs öz adını eşidəndə rahatlıq hiss etməlidir.

Statistik göstəricilərə əsasən, insan 15-18 yaşına çatanda öz adının mənası ilə maraqlanır. Nəzərə almalıyıq ki, ad bir insanın şəxsiyyətini formalaşdıra bilər. Fikrimcə, valideynlər övladlarına daha çox qəhrəman adları qoymağa çalışmalıdırlar. Bizim qəhrəmanlıq və sevgi dastanlarımızda çox gözəl antrotoponimlərimiz var. Belə şəxs adlarına həmişə müraciət etməliyik.

Bir ara uşaqlara “Kitabi-Dədə Qorqud” dastanından, Cəfər Cabbarlının əsərlərindən adlar qoyulurdu. Bir dövrdə isə daha çox dini adlar populyarlıq qazandı. Ailələrdə gecikən övladlara dini ad qoymağı xoşlayırlar. İndiki dövrdə isə serialların, mahnıların təsiri ilə, eləcə də qloballaşan dünyada xalqların ünsiyyət prosesi və mədəniyyətlərin qarşılıqlı əlaqəsi nəticəsində əcnəbi adların qoyulmasının daha çox şahidi oluruq. Onlar arasında uğurlu olanı da var, uğursuz olanı da”.

Sevinc Əliyeva hesab edir ki, Azərbaycan mənşəli adlara üstünlük verilməlidir: “Bizim çox gözəl dastan və tarixi abidələrimiz var. Ad qoyarkən anlara müraciət edilsin. Uşaqlara türk dastanlarında olan qəhrəmanların adlarını vermək məsləhətdir. Türk dünyasına məxsus çox gözəl adlar var”.

Həmsöhbətimizin fikrincə, milli adların təbliğində şair və yazıçıların əsərləri mühüm rol oynayır: “Əsər müəllifləri qəhrəmanlara elə ad qoymalıdırlar ki, bu, minlərlə oxucu üçün bir fürsət olsun. Ailələr doğulan uşaqlara həmin qəhrəmanın adını verməyi arzulasınlar”.

Professorun sözlərinə görə, Azərbaycanın uzun illərə söykənən zəngin adqoyma ənənəsi var: “Fikrimcə, bu prosesə yenidən təkan vermək lazımdır. Adlardan ibarət kitabçalar tərtib olunmalıdır ki, valideynlərdə maraq yaratsın. Televiziya verilişlərində, radiolarda, sosial mediada maarrifləndirmə məqsədilə müzakirələr keçirilməlidir.

Mən, ümumiyyətlə, Azərbaycan və türk mənşəli adlardan başqa demək olar ki, digər adların çoxuna etiraz edirəm və münasibətimi bildirirəm. Müəyyən ərəb və fars adları var ki, əsrlər boyu onlara öyrəşmişik. Onlaradan müəyyən uğurlu olanları qəbul etmək mümkündür. Amma bu gün ruslar və rus dili vasitəsi ilə Avropadan gəlmə adların təsirini daha çox hiss edirik. Belə adların uşaqlara verilməsini uğursuz hesab edir, təəssüflə qarşılayıram”.

“Serial qəhrəmanının adı gələcəkdə uşağa problem yarada bilər”

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, ümumi şüur səviyyəsində müəyyən eniş müşahidə olunduğuna görə tamamilə fərqli və ənənədən uzaq adların qoyulması müşahidə edilir:

“Xarici və türk seriallarından təsirlənərək uşaqlara həmin obrazların adlarının verilməsi geniş yayılıb. Nəticədə qarışıq bir vəziyyət yaranır. Hazırda bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmır, hesab edirəm ki, uşaqlara ad qoyulması ilə bağlı müəyyən bir sistem üzərində düşünmək lazımdır. Bu istiqamətdə maarifləndirmə və təbliğat işləri aparılmalıdır ki, insanlar ad seçiminə daha məsuliyyətlə yanaşsınlar.

Bəzi adlar var ki, onların mənası aydın deyil. Valideynlər hansısa seriala baxıb həmin adı uşağa qoyurlar, amma gələcəkdə övladı üçün müəyyən problemlər yarada bilərlər. Uşaq xüsusilə məktəb mühitində, yaşıdları arasında sıxıntı yaşaya bilər”.

“Adlarla bağlı vahid informasiya bazası yaradılsın”

Deputat hesab edir ki, bu sahədə vahid bir bazanın yaradılması və adların seçimi ilə bağlı müəyyən meyarların müəyyənləşdirilməsi vacibdir:

“Biz övladlarımıza milli adlar qoymaqla milli kimliyimizi qorumalıyıq. Məsələyə ümummilli maraqdan nəzər salanda görürük ki, xaricdən gələn adların artması gələcəkdə bizim üçün ciddi problemlər yarada bilər. Hesab edirəm ki, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Hətta bizim dinimizdə belə tövsiyə var, uşaqlara ad qoyarkən diqqətli olun ki, gələcəkdə onların adları gülüş hədəfinə çevrilməsin. Çox təəssüf ki, milli adlardan istifadə getdikcə sıradan çıxır. Məsələ barədə ciddi düşünməli, prosesi ciddi təhlil etməliyik. Vəziyyət bu cür davam edərsə, Azərbaycan ənənələrinin dəyişməsinə şahid ola bilərik”.

Ceyhun Məmmədov insanların dini adlara üstünlük verməsini belə izah edib: “Peyğəmbər və imam adları tarixən bizdə formalaşmış adlardır. Bu adlardan uzun müddətdir Azərbaycanda istifadə olunur. Düşünürəm ki, burada narahatlığa əsas yoxdur. Məsələnin digər səbəbi isə kimdə dinə meyl artır və bu, adlara da təsir göstərir. Getdikcə Azərbaycanda dinə meylin açıq şəkildə gücləndiyini görürük”.

“Ad seçimi yalnız şəxsi zövq deyil”

Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, övladlara ad seçimi hər bir ailənin fərdi hüququ olmaqla yanaşı, eyni zamanda cəmiyyətin mədəni kimliyi ilə də sıx bağlı məsələdir.

Onun sözlərinə görə, qloballaşma şəraitində müxtəlif mədəniyyətlər arasında qarşılıqlı təsir təbii prosesdir və bu, ad seçimində də özünü göstərir:

“Bu meylə yalnız fərdi seçim prizmasından deyil, milli-mədəni kontekstdə də yanaşmaq zəruridir. Azərbaycan zəngin dil və mədəniyyət irsinə malik ölkədir. Tarixi, ədəbi və mənəvi dəyərlərimizdə formalaşmış adlar təkcə identifikasiya vasitəsi deyil, həm də milli kimliyimizin daşıyıcısıdır. Bu baxımdan, əcnəbi adlara həddindən artıq üstünlük verilməsi müəyyən mənada milli-mənəvi dəyərlərin arxa plana keçməsi kimi qiymətləndirilə bilər.

Xüsusilə bu adların mənası, fonetik uyğunluğu və Azərbaycan dilinin norma və prinsipləri ilə uzlaşması hər zaman nəzərə alınmalıdır. Digər tərəfdən, dövlət siyasəti səviyyəsində də adların qeydiyyatı zamanı müəyyən meyarların tətbiqi təsadüfi deyil. Məqsəd uşaqların gələcəkdə sosial mühitdə çətinliklərlə qarşılaşmasının qarşısını almaq, eyni zamanda milli dilin və kimliyin qorunmasını təmin etməkdir.

Bu yanaşma həm hüquqi, həm də mədəni baxımdan balanslı mövqe kimi qiymətləndirilə bilər. Ümumilikdə onu deyə bilərəm ki, valideynlərin seçim azadlığına hörmət edilməklə yanaşı, milli kimliyin, dilimizin saflığının və mədəni irsimizin qorunması prioritet olaraq qalmalıdır. Ad seçimi yalnız şəxsi zövq deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi mirasın bir hissəsi kimi dəyərləndirilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama

Next

Azərbaycanda toylarla bağlı ŞOK YENİLİK

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv