Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Deputatdan ŞOK ÇIXIŞ

By Vüsal Rafiqoğlu
10.04.2026 3 Min Read

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bu məsələ komitə iclasında da çox geniş müzakirə olunub:

“Orada təklif verənlərdən biri də mən idim ki, “reallığı əks etdirməyən” ifadəsi normadan çıxarılsın, yaxud da onun yerinə yazılsın ki, “şəxsin şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna ziyan vuran foto, video və audio materialları hazırlama cinayət məsuliyyəti yaradır”. Niyə? Ona görə ki, mən orada da çıxışımda geniş söylədim, Cinayət Məcəlləsinin 14-cü maddəsində cinayətin anlayışı verilir. Orada qeyd olunur ki, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin hərəkət və hərəkətsizliyin əlamətləri, formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət əməli hesab olunmur. Buna görə mən orada qeyd etdim ki, bu, xüsusi ittihamlı iş olduğuna görə hər kəs özü müəyyənləşdirməlidir ki, o, onun şərəf və ləyaqətinə zərər vurur, yoxsa yox və bu halda məhkəməyə müraciət etməlidir.

Məsələn, mənim 2 övladım var və onlarla harasa getmişəm. Kimsə süni intellektlə yaradır ki, Qüdrət Həsənquliyev 3 övladı ilə harasa gedib. Bu, reallığı əks etdirmir. Amma burada mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma toxunan heç nə yoxdur. Mənim razılığım olmadan bu yayılıb və reallığı əks etdirmir. Mən buna görə həmin şəxs barəsində cinayət işi başlanması ilə xüsusilə ittiham qaydasında müraciət edə bilərəmmi? Bu, əlavə vaxt itkisidir, məhkəmənin vaxtının alınmasıdır və s. Ona görə də bir çox hallarda cinayət əməlinin vurduğu zərər cinayət tərkibinin əlaməti kimi normanın özündə göstərilməlidir.

Mən, əslində, bu məsələ ilə bağlı çıxış etmək istəmirdim. Biz onsuz da indi növbəti məsələlərdə 282.1-ci maddəni də müzakirə edəcəyik. Ona görə də mən yeri gəlmişkən toxunmaq istəyirəm, orada da qeyd olunur ki, yəni əməlin süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törədilməsi”.

qudret.jpg (90 KB)

Qüdrət Həsənquliyev təklif edib ki, komitə sədri Əli Hüseynli bunu müvafiq icra hakimiyyəti orqanı ilə müəyyən etsin:

“Cinayət Məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallar var. Orada 61.1.10-cü maddədə qeyd olunur ki, cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 61.3-də qeyd olunur ki, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Hesab edirəm ki, bu halda da son vaxtlar baş verən o tendensiyanı nəzərə alaraq, cinayətin burada da qeyd olunduğu kimi süni texnologiyalardan və habelə xüsusi proqram təminatlarından istifadə edilərək törədilməsi xüsusi təhlükəli üsuldur.

Biz elə bu gün İranda baş hadisələri müşahidə edirik ki, orada şəhərin ümumi təhlükəsizlik sisteminə qoşulur və məlumatlar əldə edilir, sonradan hansısa əməliyyatlar həyata keçirilir, insanlar qətlə yetirilir və s. Bu baxımdan, əlbəttə, bu üsullardan istifadə təhlükəli üsul kimi qeyd olunmalıdır, amma hər dəfə bunu normaya daxil etmək əvəzinə qeyd elədim ki, biz bunu 61-ci maddəyə daxil edək ki, bu formada cinayətin törədilməsi ağırlaşdırıcı hal hesab olunur. Bu, daha doğru olardı”.

Deputat sonda bir məsələyə də diqqət çəkib:

“Hörmətli Əminə xanım qeyd etdi ki, cəzanın həcmi müəyyən olunarkən əslində, ölkənin iqtisadi vəziyyəti, əhalinin orta gəlir səviyyəsi, sosial rifah göstəriciləri nəzərə alınmır. Bu, bir az həqiqətə uyğun deyil. Ona görə də bu məsələləri mən də dəfələrlə qaldırıram. Dünyanın müxtəlif dövlətlərində cərimələrin həddi ölkənin inkişaf səviyyəsinə görə fərqli olur. Bu, mütləq nəzərə alınmalıdır. Əgər biz qanunverici olaraq öz fəaliyyətimizdə elmilik prinsipini əsas götürürüksə – bu hüquq elminin tələblərindən biridir – bəs niyə cərimələri 1-2 milyon təyin etmirik? Çünki qeyri-realdır. Ona görə ki, cəza çox olanda onun icrasını həyata keçirmək mümkün olmur, az olanda da onun effekti olmur”.

E.Paşasoy,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TƏCİLİ: Azərbaycanda vulkan püskürdü

Next

Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv