Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Həqiqətin və intuisiyanın nuru

By Vüsal Rafiqoğlu
15.04.2026 3 Min Read

15 aprel Zərifə xanım Əliyevanın anım günüdür…

“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi Marağayi

Hər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən – müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşıdır. Elmin ən yüksək zirvəsinə çatmaq üçün mükəmməl təhsil almaq vacib şərtlərdən biridir. Rəhmətlik Əziz müəllimin nəhəng kitabxanasının olmasını söyləyirlər. Əlbəttə ki, kitabxana varsa, geniş mütaliə mütləqdir.

Zərifə xanım aldığı mükəmməl təhsil və qazandığı yüksək elmi dərəcələr sayəsində Azərbaycanda Oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər ərsəyə gətirmişdir. Elm tarixçisi, filosof Tomas Kuna görə elmi uğurların 3 mahiyyəti mövcudur.

-əldə edilmiş nəticələr həqiqəti ehtiva etməlidir;

-həqiqi nəticələrin əldə olunması ilə yanaşı, həm də həqiqətin aydın istiqaməti, dəqiq metodu və tədqiqatı işlənməlidir;

-əgər əldə olunmuş nəticələrdə həqiqət genişlənirsə, keçmiş biliklər şübhə altına alınmırsa, metodiki irəlililəyiş yaranırsa, elm proqressiv xarakter daşıyır.

Zərifə xanımın Bioqrafiyasında elmi yaradıcılığına diqqət edəndə bu üç mahiyyəti parlaq şəkildə görürük. Azərbaycan Prezidenti İlham Əliyev: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Zərifə xanımın böyük zəhmət hesabına elmdə qazandığı uğurlar və Azərbaycanımız üçün iki ləyaqətli övladın böyüdülməsinə sərf etdiyi intellektual əmək bir-birini tamamlayıb.

Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq missiyasını üzərinə götürdü.

Texnologiyaların hələ inkişaf etmədiyi bir vaxtda Oftalmologiya sahəsində uğurlu elmi tədqiqatların aparaılması həm də Zərifə xanımın intuisyasının mükəmməliyindən xəbər verir. Müasir dövrün həkimlərinin işinin əsas hissəsini texnologiyalar-cihazlar görür. Ötən əsrdə alimin əsas elmi aləti onun intuisiyası və bilikləri idi.

Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş, müasir transplantologiyanın banilərindən biri Piter Medavar yazır ki, elmdə qadınların intuisyası kişilərə nisbətən daha genişdir. Və onlar elmdə daha səxavətli olurlar. Professor Medavarın bu postulatı Zərifə xanım Əliyevanın timsalında özünü doğruldur. Təsadüfi deyildir ki, akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında tibb elminə böyük töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyev: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Unudulmaz Heydər Əliyevin bu dəyərli və məzmunlu fikri Zərifə xanımın həyatının fəlsəfəsidir.

O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik M. İ. Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edir.

Akademik Zərifə xanım Əliyevanın misilsiz ictimai fəaliyyəti dövrün humanizm hərəkatına əvəzsiz töhfələr vermişdir. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin «Oftalmologiya xəbərləri» jurnalının Redaksiya heyətinin üzvü olmuşdur.

Akademik Zərifə xanım Əliyevanın həqiqətə xidmət edən aydın elmi irsi indiki tədqiqatçılar üçün əvəzsiz mənbədir. Və elm yolunda yorulmadan çalışmağın nümunəvi məktəbidir.

Allah Rəhmət eləsin…

Etibar Əliyev,
Sabiq millət vəkili, tanınmış təhsil eksperti 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda boşanan kişilərdən buna görə də aliment tutulacaq – AÇIQLAMA

Next

Toyda şadlıq evinin tavanı deşildi, zalı su basdı – Video

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv