Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sağlam gələcəyin təməli

By Vüsal Rafiqoğlu
15.04.2026 3 Min Read

Qidalanma mütəxəssisi: Yeni qaydalar bazarda keyfiyyətsiz və saxta məhsulların qarşısını almaqda mühüm rol oynayacaq

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində körpə və erkən yaşlı uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kollegiyasının müvafiq qərarı ilə “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi mühüm əhəmiyyət kəsb edir.

Qəbul edilən bu sənədlər “Qida təhlükəsizliyi haqqında” Qanunun, eləcə də qida təhlükəsizliyi sahəsində qüvvədə olan digər normativ-hüquqi aktların tələbləri əsas götürülməklə hazırlanıb. Sözügedən norma və qaydalar körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan qida formullarının və əlavə qidaların minimum keyfiyyət göstəricilərini, təhlükəsizlik meyarlarını və etiketlənmə tələblərini əhatə edir. Bu yanaşma xüsusilə həssas istehlakçı qrupu hesab olunan uşaqların sağlamlığının qorunması baxımından sistemli və məqsədyönlü nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir.

Eyni zamanda, qeyd edilən sanitariya norma və qaydalarının hazırlanaraq təsdiq olunması dövlətin strateji prioritetləri ilə də sıx bağlıdır. Belə ki, bu addım Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq reallaşdırılıb. Həmin sənəd çərçivəsində qarşıya qoyulan əsas məqsədlərdən biri körpələrin və erkən yaşlı uşaqların qidalanması üçün istifadə olunan məhsulların təhlükəsizliyinin və minimum keyfiyyət göstəricilərinin beynəlxalq tələblərə uyğun şəkildə tənzimlənməsidir.

Təkcə norma deyil…

Bu kontekstdə yeni norma və qaydalar yalnız texniki tələblərin müəyyən edilməsi ilə məhdudlaşmır, eyni zamanda qidalanma mədəniyyətinin düzgün istiqamətdə formalaşdırılmasına da töhfə verir. Xüsusilə ana südü ilə qidalanmanın üstünlüyünün qorunması əsas prinsiplərdən biri kimi saxlanılır və bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi hədəflənir. Bununla yanaşı, əlavə qidaların və qida formullarının dövriyyəsi zamanı şəffaflıq, düzgün məlumatlandırma və istehlakçı hüquqlarının qorunması kimi mühüm məsələlər də ön plana çıxarılır.

Nəticə etibarilə təsdiq edilmiş sanitariya norma və qaydaları körpə və erkən yaşlı uşaqların sağlam qidalanmasının təmin olunmasına, potensial risklərin minimuma endirilməsinə və ümumilikdə ölkədə qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə yönəlmiş kompleks və strateji əhəmiyyətli bir addım kimi dəyərləndirilir.

Ən yüksək risk qrupu məhz körpə qidalarıdır

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumilikdə qida təhlükəsizliyinin təmin edilməsi baxımından ölkəyə idxal olunan, ölkə daxilində istehsal edilən, eləcə də ictimai iaşə müəssisələrində təqdim olunan bütün qidalar nəzarətdə saxlanılır. Bu qidalar arasında ən yüksək risk qrupuna aid edilən kateqoriya məhz körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan qidalardır. Bu səbəbdən həmin məhsulların daha təhlükəsiz, yüksək qidalılıq dəyərinə malik və yaş xüsusiyyətlərinə uyğun balanslaşdırılmış olması üçün həm istehsal mərhələsində, həm də qanunvericilik bazasında mütəmadi yeniliklər həyata keçirilir. Bir çox hallarda isə beynəlxalq standartlara uyğunlaşmaq məqsədilə yeni normativ sənədlərin hazırlanması nəzərdə tutulur.

Yeni qaydalarda əsas diqqət yetirilən məqamlardan biri etiket məlumatları ilə bağlıdır. Belə ki, məhsulun tərkibində olan bütün komponentlər, qidalılıq dəyəri, allergen maddələrin mövcudluğu və ya olmaması barədə məlumatlar tam və aydın şəkildə göstərilməlidir. Eyni zamanda, məhsulun hansı yaş kateqoriyasına aid olduğu dəqiq qeyd olunmalıdır. Məsələn, sıfırdan altı aya qədər, dörd aydan etibarən və ya altı aydan yuxarı (“6+”) kimi işarələnmələr konkret və anlaşılan formada təqdim edilməlidir. Bu yanaşma xüsusilə əlavə qidaların düzgün istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər mühüm məqam isə marketinq üsulları ilə bağlıdır. Bəzi hallarda məhsulların üzərində “ana südünü əvəz edir”, “ana südünə yaxındır”, “tam təbii” və ya “konservantsızdır” kimi ifadələrdən istifadə olunur. Yeni qaydalara əsasən, bu kimi ifadələrin istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq olunması nəzərdə tutulur ki, istehlakçılar yanlış yönləndirilməsin.

“Soyuq zəncir” – görünməyən, amma həlledici amil

Mütəxəssiz onu da qeyd etdi ki, məhsulların hazırlanması və saxlanması ilə bağlı təlimatlarda sanitar-gigiyenik qaydaların aydın şəkildə göstərilməsi də vacib şərtlərdən biridir. Xüsusilə daşınma prosesində “soyuq zəncir” prinsipinə ciddi əməl olunması tələb olunur ki, bu da məhsulun təhlükəsizliyinin qorunmasında əsas amillərdəndir. Qaydaların tətbiqi, həmçinin keyfiyyətsiz və saxta məhsulların bazara çıxışının qarşısının alınmasına xidmət edəcək.

Nəticə etibarilə qida mənşəli zəhərlənmə və infeksiya riskləri azalacaq, qida təhlükəsizliyi sistemi daha da güclənəcək. Bu, birbaşa olaraq uşaqların sağlam inkişafına müsbət təsir göstərəcək. Uzunmüddətli perspektivdə isə bu cür yanaşma uşaqların əqli və fiziki inkişafının düzgün formalaşmasına, immun sisteminin möhkəmlənməsinə və metabolizmin sağlam istiqamətdə inkişafına şərait yaradacaq. Bütün bu amillər nəzərə alındıqda yeni sanitariya norma və qaydalarının tətbiqi ümumilikdə müsbət qiymətləndirilir və gələcək nəsillərin sağlamlığı baxımından mühüm addım kimi dəyərləndirilir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Next

Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş – Adlar

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv