Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Mina təhlükəsi ciddi problem olaraq qalmaqdadır

By Vüsal Rafiqoğlu
16.04.2026 3 Min Read

Ermənistanın işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda basdırdığı minalar can almaqda davam edir. Belə ki, aprelin 14-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Şübhəsiz, bu faciə minaların yaratdığı davamlı insan itkilərini bir daha açıq-aydın göstərir. Rəsmi statistikaya görə, son 30 il ərzində 3 min 500-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə qeydə alınmış mina partlayışı nəticəsində 422 nəfər zərər çəkib və ya həyatını itirib.

Xatırladaq ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin sözlərinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə ərazilərini minalardan təmizləməkdə davam edir. ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 144, tankəleyhinə 47 mina və 1661 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 2052,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Milli Məclisin deputatı Günay Ağamalı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müharibə bitsə də, onun ağır və amansız izləri hələ də qalmaqdadır: “Rəsmi Bakının dəfələrlə müraciətlərinə baxmayaraq Ermənistan Azərbaycanı basdırılmış minalarla bağlı tam və dəqiq xəritələrlə hələ də təmin etməyib. Sadəcə, 25 faizi reallığı özündə əks etdirən mina xəritələrini təqdim etməklə kifayətlənib. Bu da minatəmizləmə prosesini çətinləşdirir. Üstəlik, mülki insanların və minatəmizləmə ilə məşğul olan qəhrəman əməkdaşların həyatını risk altında qoyur.  Bu məsələdə beynəlxalq qurumlar Ermənistana ciddi təsir göstərmirlər. Halbuki mina xəritələrini tam şəkildə Azərbaycana vermək Ermənistanın,  bunu sərt şəkildə tələb etmək isə beynəlxalq təşkilataların  humanitar və mənəvi borcudur. Onlar unutmasınlar ki, mina təhlükəsi yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin problemidir və bu təhlükənin aradan qaldırılması birgə səylər tələb edir”.

Günay Ağamalı vurğuladı ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasəti çərçivəsində mina təhlükəsinin aradan qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: “Dövlət başçımızın bu məsələyə xüsusi həssaslığı və prinsipial mövqeyi nəticəsində həm daxili resurslar səfərbər olunur, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərir. ANAMA əməkdaşlarının fədakar fəaliyyəti nəticəsində hər gün yeni ərazilər minalardan təmizlənir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət mina probleminə daha həssas yanaşmalı, bu məsələdə Azərbaycana  dəstək göstərməlidir. Unutmayaq ki, mina terroru insan təhlükəsizliyinə yönəlmiş təhdiddir. Yeri gəlmişkən, ANAMA  beynəlxalq ictimaiyyəti mina təhlükəsi ilə mübarizə sahəsində səyləri birləşdirməyə, humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırıb”.

Milli Məclisin deputatı daha sonra bildirdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan erməni separatçılarından təmizlədiyi Qarabağ və Şərqi Zəngəzurda  genişmiqyaslı tikinti-quruculuq işlərini uğurla davam etdirir. ANAMA əməkdaşlarının fədakarlığı sayəsində 30 ildən artıq erməni təcavüzünə, terrora, vandalizmə məruz qalmış torpaqlarda həyat yenidən qaynayır. Hətta Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Qarabağda və Şərqi Zəngəzurda hazırda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Onlardan 30 min nəfəri məcburi köçkündür. Şübhəsiz, bu rəqəm daha çox ola bilərdi, əgər Ermənistanın ölkəmizə qarşı mina terroru olmasaydı”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində qeydiyyat başlayır

Next

Şiddət necə normallaşır?

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv