Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nikahı “çətinləşdirən” ARAYIŞLAR – Gənclərin evlənmək həvəsi və…

By Vüsal Rafiqoğlu
16.04.2026 5 Min Read

“Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, ailədə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar”.

Bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv”yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir. Deputat onu da deyib ki, bu arayış, məhz nikaha daxil olarkən həmin müddətdə, şəxsin narkotik asılılığının olub-olmamasını aydınlaşdırmaq üçündür.

Bəs bu kimi test-proseduraların getdikcə çoxalması gənclərin, xüsusən də gənc kişilərin evlənmək həvəsini soyuda bilərmi? Analizlərin eyni yerdə – mərkəzləmiş qaydada verilməsi mümkündürmü? Yəni çox zaman itkisi olmasın.

Şəkilin açıqlaması yoxdur.

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb: “Əlbəttə ki, son illərdə nikahdan əvvəl tibbi müayinələrin tətbiqi, xüsusilə də müxtəlif virusların yoxlanılması və qan analizlərinin aparılması artıq formalaşmaqda olan gənc ailələrin bünövrəsinin daha sağlam əsaslar üzərində qurulduğunu göstərən mühüm göstəricilərdən biridir. Bu yanaşma təkcə ailə qurmaq istəyən iki fərdin sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə məhdudlaşmır, eyni zamanda, gələcəkdə dünyaya gələcək övladların sağlamlığının qorunmasına xidmət edən çox ciddi və əhəmiyyətli bir mexanizm rolunu oynayır.

Məsələ burasındadır ki, yalnız virusların yoxlanılması deyil, müəyyən irsi xəstəliklərin öncədən aşkarlanması da olduqca vacibdir. Bu, xüsusilə əlilliklə nəticələnə biləcək və ya həyati təhlükə yaradan genetik xəstəliklərin qarşısının alınması baxımından son dərəcə mühüm addımdır. Bu baxımdan həyata keçirilən bu cür tibbi yoxlamalar cəmiyyətimiz və ailə institutunun möhkəmləndirilməsi üçün həqiqətən də təqdirəlayiq bir yanaşmadır”.

Həkimin sözlərinə görə, eyni kontekstdə narkotik maddələrlə bağlı narahatlıqlar da ümumi sağlamlıq konsepsiyasının ayrılmaz hissəsi kimi dəyərləndirilməlidir: “Çünki narkotik asılılıq yalnız fərdi problem deyil, bu, bütövlükdə ailə və cəmiyyət üçün ciddi sosial bəladır. Bu istiqamətdə uzun illərdir mübarizə aparılır və artıq hamıya məlumdur ki, narkotikdən istifadə ailə institutunun təməlini sarsıdan ən təhlükəli amillərdən biridir. Belə hallarda ailədaxili münasibətlər zədələnir, konfliktlər artır, qarşılıqlı etimad itir və nəticədə çox sayda ailənin dağılması ilə yekunlaşan proseslər baş verir.

Bununla yanaşı, narkotik istifadəsinin doğulan uşaqların sağlamlığına da birbaşa və ya dolayı təsiri olduğu artıq tibbi və sosial reallıq kimi qəbul edilir. Bu, həm fiziki, həm də psixoloji problemlərlə müşayiət oluna bilər ki, nəticədə cəmiyyət üçün daha geniş miqyaslı sosial problemlər yaranır. Məhz bu səbəbdən son dövrlərdə valideynlərin bu məsələyə daha həssas yanaşması da tamamilə anlaşılandır. Valideynlər övladlarının quracağı ailələrin sağlam, möhkəm və uzunömürlü olmasını istəyir və bu məqsədlə mümkün riskləri öncədən aradan qaldırmağa çalışırlar”.

Zülfüqar Yusifov müşahidələrə əsasən qeyd edib ki, artıq bəzi hallarda insanlar öz təşəbbüsləri ilə nikahdan əvvəl qarşı tərəfdən narkoloji test tələb edir: “Bu isə cəmiyyətdə bu məsələyə münasibətin dəyişdiyini və daha məsuliyyətli yanaşmanın formalaşdığını göstərir. Lakin bu prosesin fərdi təşəbbüslərlə deyil, dövlət səviyyəsində qanunvericilik çərçivəsində tənzimlənməsi daha effektiv və sistemli nəticələrin əldə olunmasına şərait yarada bilər. Bu, həm də ümumi prosesin daha şəffaf, ədalətli və təşkilatlanmış şəkildə həyata keçirilməsinə imkan verər və nəticə etibarilə daha çox təqdirəlayiq bir model ortaya qoyar”.

Mütəxəssis onu da qeyd edib ki, bu yoxlamaların tətbiqi prosesi insanları yormamalı, əlavə bürokratik əngəllər yaratmamalı və ailə qurmaq istəyən gənclər üçün çətinlik mənbəyinə çevrilməməlidir: “Bu baxımdan yoxlamaların həm mərkəzləşdirilmiş şəkildə, həm də xüsusi lisenziyaya malik tibb müəssisələrində həyata keçirilməsi daha məqsədəuyğun olardı. Belə qurumlar hüquqi baza üzərində fəaliyyət göstərdiyindən onların təqdim etdiyi nəticələrin etibarlılığına daha çox güvənmək mümkündür. Bu isə ümumi prosesə olan inamı artıran əsas amillərdən biridir.

Digər tərəfdən, əgər bu məsələyə yanaşmada fikir ayrılıqları yaranarsa, prosesin mərkəzləşdirilmiş qaydada təşkili alternativ və daha rahat həll yolu kimi çıxış edə bilər. Lakin burada ən vacib məqamlardan biri də konfidensiallığın qorunmasıdır. Tibbi yoxlamaların nəticələri şəxsi məlumat hesab olunduğundan onların gizliliyinin təmin edilməsi əsas şərtlərdən biri olmalıdır. Eyni zamanda, bu nəticələr əsasında ailə qurmaq istəyən şəxslər son qərarı birgə şəkildə, qarşılıqlı razılaşma əsasında verməlidirlər”.

Zülfüqar Yusifov onu da vurğulayıb ki, yalnız yoxlama aparmaq kifayət deyil, proses paralel olaraq reabilitasiya və bərpa mexanizmləri ilə də dəstəklənməlidir: “Çünki bəzi hallarda gənclər təsadüfi və ya epizodik şəkildə narkotik maddələrlə təmasda ola və bu, onların həyatına tam nəzarətsiz şəkildə daxil olmamış ola bilər. Belə vəziyyətlərdə həmin şəxslərə həm tibbi, həm də psixoloji dəstəyin göstərilməsi olduqca vacibdir. Reabilitasiya xidmətləri vasitəsilə bu şəxslərin yenidən sağlam həyata qayıtması, cəmiyyətə inteqrasiyası və gələcəkdə sağlam ailə qurmaq imkanının əldə etməsi təmin edilə bilər”.

İntiharla necə rəftar etməli?!

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, qohum evliliklərini qadağan edən qanunun qüvvəyə minməsi cəmiyyətin sağlam gələcəyi baxımından nə qədər vacib və zəruri addım idisə, bundan heç də az əhəmiyyət kəsb etməyən, hətta bəzi hallarda daha ağır fəsadlara yol aça bilən başqa bir məsələ də narkoloji asılılığı olan gənclərin ailə qurmasıdır: “Bu baxımdan hesab edirəm ki, narkoloji asılılığı olan şəxslərin ailə qurmasının qarşısını almağa yönəlmiş hər hansı təşəbbüs və ya təklif olduqca təqdirəlayiqdir və cəmiyyət tərəfindən dəstəklənməlidir. Çünki burada söhbət təkcə fərdi seçimdən və ya şəxsi həyat azadlığından getmir. Bu, birbaşa cəmiyyətin sağlamlığı, genefondun qorunması və ailə institutunun davamlılığı ilə bağlıdır. Belə hallarda fərdi maraqları ümumi ictimai mənafedən üstün tutmaq nə etik, nə də sosial baxımdan doğru yanaşma hesab edilə bilər.

Necə ki, bu gün evlənmək istəyən cütlüklər nikahdan əvvəl tibbi müayinədən keçir, qan analizləri verirlər və bu yolla müəyyən irsi xəstəliklərin qarşısının alınmasına çalışılır, eyni prinsiplə narkoloji testlərin də tətbiqi tamamilə məntiqli və zəruridir. Qan analizləri necə ki, talassemiya kimi ciddi irsi xəstəliklərin yayılmasının qarşısını müəyyən qədər alırsa, narkoloji testlər də gələcəkdə ailədaxili problemlərin, zorakılıq hallarının, sosial və psixoloji gərginliklərin önlənməsində mühüm rol oynaya bilər”.

Sosioloqun fikrincə, məsələ yalnız narkoloji testlərlə də məhdudlaşmamalıdır: “Müasir dövrün reallıqları göstərir ki, bir çox ailələr yalnız fiziki və ya tibbi səbəblərdən deyil, daha çox psixoloji uyğunsuzluqlar, şəxsi keyfiyyət çatışmazlıqları və emosional hazırlıqsızlıq səbəbindən dağılır. Ailə qurmaq təkcə iki insanın bir araya gəlməsi deyil, həm də böyük bir məsuliyyətin, o cümlədən valideynlik, sosial rol və qarşılıqlı anlaşmanın öhdəliyini üzərinə götürmək deməkdir. Lakin müşahidələr göstərir ki, bir çox gənclər bu məsuliyyətə tam hazır olmadan evlilik qərarı verir və nəticədə ailədaxili münaqişələr, anlaşılmazlıqlar və boşanmalar qaçılmaz olur.

Məhz buna görə də çox məqsədəuyğun olardı ki, nikaha daxil olmaq istəyən şəxslər həm narkoloji, həm tibbi, həm də psixoloji müayinədən keçsinlər. Bu yanaşma ailələrin daha sağlam, daha dayanıqlı və daha şüurlu şəkildə qurulmasına xidmət edər. Psixoloji testlər vasitəsilə tərəflərin emosional sabitliyi, stressə davamlılığı, konflikt həll etmə bacarıqları və ailə həyatına hazırlıq səviyyəsi müəyyən edilə bilər ki, bu da gələcəkdə yaranacaq bir çox problemlərin qarşısını öncədən almağa kömək edər.

Bəziləri bu cür testlərin tətbiqinin nikahların sayının azalmasına səbəb ola biləcəyindən narahatlıq keçirə bilər. Lakin burada əsas məsələ kəmiyyət deyil, keyfiyyətdir. Əgər az sayda, lakin sağlam və dayanıqlı ailələr formalaşacaqsa, bu, çoxsaylı, lakin problemli və dağılmağa məhkum ailələrdən qat-qat üstün və arzuolunandır. Əsl təhlükə nikahların sayının azalması deyil, əksinə, narkoloji asılılığı olan, psixoloji baxımdan hazırlıqsız şəxslərin ailə qurması və bunun nəticəsində həm ailə institutunun zədələnməsi, həm də sağlam olmayan nəsillərin dünyaya gəlməsi riskidir”.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu günün hava proqnozu

Next

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv