Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sayt yaradan kim, qızla tanış olan kim, yuxuya gedən isə… Məşhur kitabxanada KİTAB kimi gün – REPORTAJ

By Vüsal Rafiqoğlu
16.04.2026 4 Min Read

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında bəlkə də 20 il əvvəl qrup yoldaşlarımızla olmuşduq. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri kimi kurs işi, diplom işi hazırlayarkən günümüz kitabxanada keçirdi. Kitabları, qəzetləri oxumadan, araşdırmadan bir addım belə ata bilməzdik. Saatlarla köhnə “qəzet podşivka”larının içində itib-batardıq. O zaman nə sosial media var idi, nə də indiki kimi informasiya bolluğu. Yeganə mənbə kitablar və qəzet nəşrləri idi. Kitabxanalar o dövrdə az qala məbədgah idi. Ən nüfuzlu insanlar – akademiklər, elm adamları – üz tutardı bura. Kitabın hörməti vardı. Zaman keçdikcə isə kitab da, kitabxana da kölgədə qaldı, qısacası, “dəbdən düşdü”.

Uzun illər sonra, bu dəfə Musavat.com əməkdaşı kimi yenidən kitabxananın qapısından içəri daxil olmaq qəribə bir nostalji hiss oyatdı. Adamı ilk addımdaca tanış bir ab-hava qarşılayır. Sanki zaman burada bir az ləngiyib. Çox köhnəlməyib, amma tam yenilənmiş də sayılmaz. Elə bu “dəyişməzlik” onun cazibəsidir bəlkə də.

WhatsApp Image 2026-04-16 at 18.28.03.jpeg (158 KB)

İçəri girən kimi sağ tərəfdə qarderob… və illərin yaddaşı kimi orada dayanan Almaz xanım. Üzümə baxıb “tanış gəlirsiniz” dedi. Bu sadə cümlədə necə doğmalıq, necə səmimiyyət vardı. Əvvəlki kimi gülərüz, əvvəlki kimi mehriban… Zaman üzündə cizgilər qoysa da, ruhunu dəyişməyib. Bəlkə də kitab kimi qadındır – kimlər gəlib, kimlər keçib bu qapıdan…

Qeydiyyat üçün yaxınlaşırıq. Gülərüz xanımlar bir neçə dəqiqəyə işi həll edib bizi oxu zallarına yönləndirirlər. Oxu zalına daxil olar-olmaz isə xeyli gənclə qarşılaşırıq. Aralarında kitab oxuyanı kim, telefonla oynayan kim, başını qoyub dərin yuxuya gedən kim…

WhatsApp Image 2026-04-16 at 18.26.54.jpeg (179 KB)

Zalda ilk həmsöhbətimiz də gənc bir müəllim olur:

“Riyaziyyat müəllimiyəm. Üç ildir mütəmadi gəlirəm bura. İndi Con Steynbekin “Siçanlar və insanlar” əsərini oxuyuram. 24 yaşım var, həftədə bir dəfə mütləq gəlirəm”.

Bir qədər aralıda kompüter arxasında əyləşən başqa bir gəncə yaxınlaşırıq. Düşünürük ki, elektron kitab oxuyur. Amma cavabı fərqli olur:

“Mən bura kitab oxumağa gəlmirəm. Sayt hazırlayıram, kod yazıram. Sadəcə sakit mühit lazımdır, burada işləmək rahatdır”.

ZALL.jpeg (204 KB)

Bir az irəlidə oturan orta yaşlı xanım da kitabxanaya başqa səbəbdən üz tutduğunu deyir:

“Mən əsasən Azərbaycan klassiklərini oxuyuram. Burada rahatlıq tapıram. Evdən, problemlərdən uzaqlaşıram. Heç nə haqqında düşünmürəm…”

Zalın yuxarı başında biblioqraflar oturub, yaxınlaşıb onlarla da həmsöhbət oluruq. 2000-ci ildən burada çalışan Rəna Orucəliyeva deyir ki, kitabxana heç vaxt oxucusuz qalmır:

“Oxucularla işləmək həmişə maraqlıdır. Bizdə hər cür şərait var – səsli, səssiz zallar, müzakirə otaqları. Gənclər üçün xüsusi imkanlar yaradılıb. Əsasən tələbələr gəlir, amma ümumiyyətlə, elə bir gün olmur ki, oxucu olmasın. Qapımız həmişə açıqdır”.

WhatsApp Image 2026-04-16 at 18.28.01.jpeg (159 KB)

Gülümsəyərək əlavə edir:

“Sevgililər də gəlir, burada tanış olub ailə quranlar da var. Tələbələr qrup halında səhərdən axşama qədər qalırlar. Oxuyurlar, işləyirlər… Belə də olmalıdır, cavandırlar”.

O əlavə edir ki, kitabxananın müxtəlif şöbələri – diyarşünaslıq, ölkəşünaslıq, humanitar zallar, resurs bölmələri – hər kəsə öz marağına uyğun məkan təqdim edir.

WhatsApp Image 2026-04-16 at 18.28.00 (1).jpeg (99 KB)

Digər biblioqraf Tərlanə Yaqubqızı da söhbətə qoşulur və Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri bölüşür:

“Onun Azərbaycan Milli Kitabxanasına dörd dəfə gəlişi, öz şəxsi kitabxanasından 300 kitabı fondumuza bağışlaması elmə, mədəniyyətə verdiyi yüksək qiymətin göstəricisi idi. Çox təəssüf ki, o vaxt mən milli kitabxanada çalışmamışam. Amma qocaman əməkdaşlarımız o günü toy-bayram kimi xatırlayırlar, çünki uzaqdan-uzağa sevdikləri şəxsiyyəti iş yerində üzbəüz görmək böyük xoşbəxtlik idi. O, kitabxanamızın ən əziz, ən unudulmaz qonağı idi”.

Söhbətin ardınca qəzet zalına düşürük. Birinci mərtəbədə yerləşən bu zal mənim üçün xüsusi bir məkandır. Burada da oxucular az deyil. Köhnə qəzetlərin qoxusu, saralmış səhifələr… insanı illər öncəyə aparır.

WhatsApp Image 2026-04-16 at 18.28.00.jpeg (141 KB)

“Yeni Müsavat”ın köhnə saylarını istəyirik. Biblioqraf bildirir ki, 1992-ci ildən bəri bütün nömrələr mövcuddur:

“Biz əksər qəzet və jurnallara abunəyik. Oxucular həm çap, həm də elektron versiyadan istifadə edə bilər”.

QEZE.jpeg (192 KB)

WhatsApp Image 2026-04-16 at 18.26.53.jpeg (291 KB)

Qəzet səhifələrini vərəqlədikcə – bu qoxu, bu sükut, bu səhifələrin xışıltısı insanı necə dəyişir. Sanki yenidən tələbə olursan. Yenidən o günlərə qayıdırsan – vaxtın necə keçdiyini hiss etmədiyin, kitabların arasında itdiyin günlərə… Düzdür, bu gün kitabxanadan müxtəlif məqsədlər üçün istifadə edənlər var – kimisi oxumağa, kimisi işləməyə, kimisi sadəcə sakitlik tapmağa gəlir. Amma dəyişməyən bir həqiqət var: bu məkan hələ də insanları özünə çəkir.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR

Next

Azərbaycan Ermənistandan bu məhsulları ala bilər

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv