Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Pediatrdan xəbərdarlıq: Peyvəndsiz uşaqlar risk altındadır

By Vüsal Rafiqoğlu
17.04.2026 3 Min Read

“İmmunlaşdırma həftəsi” niyə həlledicidir?

Aprelin 19-dan 25-dək Azərbaycanda keçiriləcək “İmmunlaşdırma həftəsi” ictimai sağlamlığın qorunması baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. Səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biri olan profilaktik tədbirlərin gücləndirilməsi bu təşəbbüs çərçivəsində daha da aktuallaşır. Xüsusilə müxtəlif səbəblərdən vaxtında peyvənd olunmayan uşaqların yenidən vaksinasiya prosesinə cəlb edilməsi həm fərdi sağlamlığın, həm də ümumi epidemioloji təhlükəsizliyin təmin olunması baxımından vacib addımdır.

Səhiyyə naziri Teymur Musayevin tərəfindən imzaladığı müvafiq əmr yalnız texniki bir sənəd deyil, eyni zamanda, ölkədə immunlaşdırma siyasətinin davamlılığını və sistemli yanaşmanı əks etdirir. Bu sənəd çərçivəsində şəhər və rayonlarda vaksinasiyadan kənarda qalan uşaqların müəyyənləşdirilməsi, onların peyvəndlərə cəlb olunması, xüsusilə əhatə səviyyəsinin aşağı olduğu bölgələrdə monitorinqlərin aparılması nəzərdə tutulur. Bu isə onu göstərir ki, proses yalnız statistik göstəricilərlə kifayətlənmir, real vəziyyət yerində araşdırılır və məqsədyönlü tədbirlər həyata keçirilir.

Həm tibbi, həm də maarifləndirici missiya

İmmunlaşdırma həftəsinin əsas istiqamətlərindən biri də tibb müəssisələrinə metodiki dəstəyin göstərilməsidir. Bu, xüsusilə regionlarda fəaliyyət göstərən səhiyyə ocaqları üçün mühüm əhəmiyyət daşıyır. Çünki vaksinasiya prosesinin düzgün təşkili, peyvəndlərin saxlanma və tətbiq qaydalarına riayət olunması, valideynlərlə düzgün kommunikasiya qurulması kimi məsələlər yalnız tibbi deyil, eyni zamanda, maarifləndirici yanaşma tələb edir.

Maarifləndirmə komponenti bu təşəbbüsün ən vacib tərəflərindən biridir. Əhali arasında peyvəndlə bağlı bəzən yanlış təsəvvürlərin və tərəddüdlərin mövcud olduğu bir şəraitdə məlumatlandırıcı posterlərin, yaddaş vərəqələrinin hazırlanması və yayılması mühüm əhəmiyyət kəsb edir. Bu materiallar vasitəsilə valideynlərə peyvəndlərin əhəmiyyəti, onların təhlükəsizliyi və uşaqların sağlam inkişafındakı rolu daha aydın şəkildə çatdırılır. Nəticə etibarilə, bu cür maarifləndirmə tədbirləri peyvənddən imtina hallarının azalmasına və ümumi immunitet səviyyəsinin yüksəlməsinə xidmət edir.

Digər tərəfdən, “İmmunlaşdırma həftəsi” yalnız milli təşəbbüs deyil, eyni zamanda, beynəlxalq səviyyədə koordinasiya olunan kampaniyanın tərkib hissəsidir. 2006-cı ildən etibarən həyata keçirilən bu təşəbbüs çərçivəsində Avropa regionunun bir çox ölkələri kimi, Azərbaycan da aktiv iştirak edir. Bu isə ölkənin qlobal səhiyyə təşəbbüslərinə inteqrasiyasını və beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirir.

Ümumilikdə, “İmmunlaşdırma həftəsi” sadəcə bir həftəlik tədbirlər silsiləsi deyil, uzunmüddətli sağlamlıq strategiyasının tərkib hissəsidir. Bu təşəbbüs vasitəsilə həm mövcud boşluqlar aradan qaldırılır, həm də gələcəkdə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün dayanıqlı immunitet mühiti formalaşdırılır. Bu baxımdan həyata keçirilən tədbirlərin əhəmiyyəti yalnız bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığı üçün də strateji dəyər daşıyır.

Valideyn tərəddüdü bəzən viruslar üçün fürsətə çevrilir

Pediatr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, peyvənd olunmayan uşaqların immunlaşdırılması son dərəcə vacibdir: “Müxtəlif səbəblər – uşağın xəstələnməsi, tibbi əks göstərişlər və ya valideynlərin qərarı nəticəsində peyvənddən kənarda qalan uşaqlar “İmmunlaşdırma həftəsi” çərçivəsində yenidən vaksinasiya prosesinə cəlb olunurlar. Bu isə onların sağlamlığının qorunması baxımından mühüm addımdır. Peyvəndlər orqanizmdə infeksion xəstəliklərə qarşı immunitetin formalaşmasına xidmət edir. Bu proses nəticəsində uşağın orqanizmində spesifik anticisimlər yaranır və gələcəkdə həmin xəstəliklərə qarşı davamlılıq artır. Son illərdə müşahidə etdiyimiz kimi, xüsusilə qızılca hallarının artması məhz tam peyvənd olunmayan uşaqlar arasında daha çox rast gəlinir. Bu da bir daha göstərir ki, vaksinasiya yalnız fərdi deyil, ictimai sağlamlıq baxımından da böyük əhəmiyyət daşıyır”.

Gec deyil, yenə də effektlidir

Pediatr gecikmiş vaksinasiya ilə bağlı qeyd etdi ki, bu, əksər hallarda problem yaratmır və effektiv hesab olunur: “Bəzi peyvəndlər üçün konkret vaxt aralıqları mühüm olsa da, hər hansı səbəbdən vaxtında aparılmayan peyvəndlərin sonradan tətbiqi yenə də faydalıdır və uşağın qorunmasına xidmət edir. Valideynləri narahat edən əsas məsələlərdən biri də peyvəndlərin mümkün yan təsirləridir. Əgər peyvəndlər düzgün şəraitdə – yəni “soyuq zəncir” qaydalarına uyğun saxlanılıb və tətbiq olunubsa, onların ciddi fəsad yaratma ehtimalı son dərəcə aşağıdır. Ən çox müşahidə olunan reaksiyalar yüngül qızdırma, inyeksiya yerində qızartı və ya narahatlıq hissidir ki, bunlar da qısa müddətdə keçib gedir. Bəzi valideynlər arasında peyvəndlərin autizmə səbəb olması ilə bağlı narahatlıqlar mövcuddur. Lakin bu iddiaların heç biri elmi cəhətdən sübuta yetirilməyib və müasir tibb tərəfindən təsdiqlənmir”.

Valideynlərə açıq çağırış…

G. Abdullayevanın ən vacib mesajım budur ki, uşaqların sağlamlığını qorumaq üçün peyvəndlərdən imtina etməyin: “Vaxtında və düzgün şəraitdə aparılan vaksinasiya uşaqları təhlükəli xəstəliklərdən qoruyan ən effektiv vasitələrdən biridir. Hazırda ölkəmizdə tətbiq olunan peyvəndlər yüksək keyfiyyət standartlarına cavab verir və müasir texnologiyalar əsasında hazırlanır. Bu imkandan mütləq istifadə etmək lazımdır”.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda aprelin 19-dan fasilələrlə yağıntı olacaq

Next

At xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv