Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Təhsillə bağlı bu məsələ fikir ayrılığı yaratdı: ləğv, yoxsa islahat?

By Vüsal Rafiqoğlu
17.04.2026 3 Min Read

Son dövrlər məktəblərdə ev tapşırıqlarının ləğv mövzusu ətrafında fərqli yanaşmalar səsləndirilir. Xüsusilə şagirdlərin yüklənməsi, onların psixoloji vəziyyəti və dərsə marağının qorunması baxımından ev tapşırıqlarının zəruriliyi vurğulanır. Bir tərəf hesab edir ki, ev tapşırıqlarının azaldılması( və ya tamamilə ləğvi) şagirdlərin daha sağlam və balanslı inkişafına şərait yarada bilər. Digər tərəf isə ev tapşırıqlarının öyrənilən biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirirlər.

Picture background

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin aşağı siniflərdə ev tapşırıqlarının məcburi şəkildə verilməsi ilə bağlı hər hansı bir məcburedici yanaşması yoxdur: “Çünki əsas məqsəd ibtidai siniflərdə uşaqlarda öyrənmə bacarıqlarını və vərdişlərini formalaşdırmaqdır. Məktəbə sevgi yaratmaq, bütövlükdə dərsə marağı formalaşdırmaq əsas prioritetdir. Bu mənada uşaqların motivasiyasını qorumaq və eyni zamanda onların öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün bəzən ev tapşırıqlarının verilməsi zəruri hesab olunur. Bu məsələ, eyni zamanda, məzmunun kifayət qədər geniş olması ilə də bağlıdır. Fərqli ölkələrdə fərqli yanaşmalar mövcuddur. Hər zaman təhsil modeli ilə nümunə göstərilən Finlandiya məktəblərində ev tapşırıqları sistemi yoxdur. Bunun səbəbi odur ki, uşaq məzmunu məktəbdə öyrənir və elə oradaca qavrayır. Bu yanaşma uşağın azadlığının məhdudlaşdırılmaması prinsipinə əsaslanır”.

Fəlsəfə doktoru fərqli yanaşmaların da olduğunu qeyd edib: “Çin təhsil sistemində uşaqlar daha çox ev tapşırıqları ilə yüklənirlər. Azərbaycan reallığında isə hansı yolun daha məqbul olduğu üzərində düşünmək lazımdır. Ev tapşırıqları minimuma endirilərsə, dərsliklərin evə aparılması məsələsi də aktuallaşır. Burada çanta problemi də gündəmə gəlir. Lakin bu məsələ kifayət qədər həssasdır. Çünki uşaq dərsliyi evə aparmırsa, amma ona ev tapşırığı verilirsə, bu necə tənzimlənməlidir? Bu halda uşağın evdə əlavə dərsliyinin olması zərurəti yaranır”.

Müsahimiz deyir ki, valideynlərin fikirləri də bu məsələdə birmənalı deyil: “Bəzi valideynlər hesab edir ki, ev tapşırıqları uşağın əlavə yüklənməsinə səbəb olur. Digərləri isə bunun əksini düşünür. Mövcud vəziyyətdə hesab edirəm ki, ölkəmizdə ev tapşırığının az verilməsi və şagirdin yüklənməməsi istiqamətində yanaşma daha doğrudur. Bu, həm də Elm və Təhsil Nazirliyinin mövqeyi ilə üst-üstə düşür. Əsas məqsəd mümkün qədər məzmunun məktəbdə mənimsədilməsinə nail olmaq və eyni zamanda məzmunu sadələşdirməkdir. Nəzərə alsaq ki, son illərdə repetitorluq artıq ibtidai siniflərə qədər yayılıb, bunun əsas səbəbi məzmunun çətinliyidir. Uşaq bu məzmunu sinifdə tam mənimsəyə bilmir. Eyni zamanda müəllim də məzmunu dərs zamanı tam çatdıra bilmədiyi üçün sanki ev tapşırıqları verməyə məcbur qalır. Bu baxımdan düşünürəm ki, məzmuna daha çox diqqət yetirilsə və onun sadələşdirilməsinə nail olunsa, bu problem öz-özünə həllini tapa bilər. Hər hansı bir ölkənin təcrübəsini birbaşa tətbiq etmək düzgün deyil. Təbii ki, qabaqcıl təcrübədən yararlanmaq olar, amma əsas məsələ öz reallığımızı nəzərə almaqdır. Əgər biz uşaqları həddindən artıq yükləməklə onları məktəbdən uzaqlaşdırırıqsa, bu yanaşma düzgün deyil. Əsas məqsəd uşağa məktəbdə öyrənməyi öyrətmək olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, ev tapşırıqlarının azaldılması ağır çanta probleminin aradan qalxmasına da müsbət təsir göstərə bilər”.

Şagirdlərin ev tapşırığı yükü - Nazirliyin qaydalarına müəllimlər niyə əməl etmir?

Bununla belə, İlqar Orucov hesab edir ki, çanta problemi ayrıca bir mövzudur və buna fərqli yanaşmaq lazımdır: “Məsələn, dərsliklərin hissə-hissə çap olunması çanta yükünün azaldılması üçün ən uyğun vasitələrdən biri ola bilər. Mövcud məzmunun sadələşdirilməsi və ev tapşırıqlarının yüngülləşdirilməsi ilə daha doğru nəticə əldə etmək mümkündür. Bu, şagirdlərin inkişaf dövründə məktəbdən uzaqlaşmasının qarşısını alar və fənlərə marağın azalmasına deyil, əksinə artmasına səbəb olar. Xüsusilə ibtidai siniflərdə məzmun daha çox əyləncəli formatda təqdim olunmalıdır. Burada yalnız dərsliyə fokuslanmaq yox, müxtəlif interaktiv oyunlardan və yaradıcı məzmundan istifadə etmək vacibdir. Bu yanaşma həm şagirdlərdə dərsə maraq yaradar, həm onların öyrənmə vərdişlərini formalaşdırar, həm də ev tapşırıqlarının həddindən artıq çox olmasının qarşısını ala bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ

Next

Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv