Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ərdoğan İrəvana GEDİR, Bakı ilə SÜLH müqaviləsi isə…

By Vüsal Rafiqoğlu
20.04.2026 2 Min Read

Bakı və İrəvan sülh müqaviləsini imzalamağın bircə addımlığındadır. Sərhəddə iki ildir sakitliyin hökm sürməsi, iqtisadi-ticari sahədə inqilabi dəyişikliklər, qarşılıqlı etimad quruculuğu prosesinin vətəndaş cəmiyyətləri səviyyəsində də davamı həmin günü yaxınlaşdırır ki, uzaqlaşdırmır.

Bəs o “bir addım” nə vaxt qət olunacaq, o da məlum: Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiası ilə bağlı müddəa aradan qaldırılmalıdır. Bakı üçün fərq eləməz, bu, yeni sənədin qəbulu şəklində olacaq, yoxsa konkret maddənin “Əsas Qanun”dan çıxarılması yolu ilə.

Ötən həftəsonu Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamadan aydın oldu ki, konstitusiyanın yeni mətni 7 iyun parlament seçkilərindən sonra dərc olunacaq. Hərçənd, sənədin bu ilin martında ictimai müzakirəyə çıxarılacağı deyilirdi. Görünür, hakimiyyət seçkilərdəki qələbə ilə öz legitimliyini möhkəmləndirdiyinə əmin olandan sonra növbəti böyük prosesə başlayacaq…

Təbii ki, yeni konstitusiyada qonşu Türkiyəyə də ərazi iddiası yer ala bilməz. Doğrudur, Ankara Bakı qədər bunda təkid eləmir. Qardaş ölkə rəhbərliyi Ermənistanla sərhədlərin açılmasını yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasına bağlayır. Əsas şərt bu.

Məntiqlidir. Çünki Ermənistan Türkiyəyə savaş açmaq cəsarətinə sahib deyil, olmayıb, heç vaxt olmayacaq. Azərbaycanla isə bir neçə müharibə olub deyə, Bakının haqqıdır ki, İrəvan qarşısında ərazi iddiası ilə bağlı bəndin konstitusiyadan çıxarılması tələbini qoysun. Daha bir səbəbə: biz Paşinyan hökuməti ilə yox, erməni xalqı ilə sülh anlaşması istəyirik. Yalnız ondan sonra paraflanmış sənədin imzalanması, sərhədlərin və kommunikasiyaların açılması, diplomatik əlaqələrin qurulması mümkündür.

Bütün hallarda seçim erməni xalqınındır. Diqqətçəkicidir ki, son illər bu ölkədə hakimiyyətlə yanaşı, cəmiyyətdə də iki əsas qonşu ilə əlaqələrin normallaşması zərurəti daha yaxşı dərk olunmaqdadır. Bu ovqatı gücləndirən həm də Rusiya amilinin 30 ildə Ermənistana rifah və təhlükəsizlik zəmanətləri qura bilməməsi ilə bağlıdır…

ve-sulh-ani

Politoloq Elxan Şahinoğluya görə, sülh sazişinin bu ilin sonunadək Türkiyədə imzalanması ehtimalı artıb və Ankara da bunda maraqlıdır. Sitat: “Ermənistan rəsmiləri Türkiyədə müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir”.

Keçən həftə Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə Türkiyə parlamentinin sədri Numan Qurtulmuş Ermənistana Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil olmağı təklif edib. “Simonyan təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq, sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”, – politoloq əlavə edib…

Təxminən iki həftə sonra – mayın 4-də isə İrəvanda ilk dəfə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Tədbirə Türkiyə və Azərbaycan liderləri də dəvətlidir. Lakin İlham Əliyevin Ermənistana səfəri əleyhinə arqument indilikdə kifayət qədər çox olsa da (biri sülh müqaviləsinin imzalanmamasıdır), Ərdoğan İrəvana gedə bilər.

Bu, artıq iki dəfə Türkiyədə səfərdə olmuş Nikol Paşinyanın “real Ermənistan” və “qonşularla sıfır problem” narrativinə tam uyğundur. Eyni zamanda, kritik seçkilər öncəsi ona və partiyasına əlavə siyasi xallar gətirə bilər. O halda Bakı ilə sülh sənədinin qardaş məmləkətdə imzalanma ehtimalı bir qədər də artacaq. Təbii ki, erməni toplumu buna əngəl olacaq daxili-xarici amilləri, özəlliklə Rusiya faktorunu neytrallaşdırmağı bacarsa. İyunun 7-də qəti şəkildə Paşinyanla “YOLA DAVAM!” desə…

Z. SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür

Next

Ceyhun Bayramov şri-lankalı nazirlə nələrdən DANIŞDI?FOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv