Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Milli Məclisdən Belçika və Niderland parlamentlərinə SƏRT ETİRAZ

By Vüsal Rafiqoğlu
20.04.2026 3 Min Read

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib, Azərbaycanın Milli Məclisi isə bu addımı qınayıb.

Musavat.com xəbər verir ki, bu fikirlər Milli Məclisin məsələ ilə bağlı açıqlamasında yer alıb.

“Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir”, – açıqlamada qeyd olunub.

“Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır.

Bu sənədlərin xüsusilə Azərbaycan və Ermənistanın parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi onların “təşəbbüskarları”nın regiondakı reallıqlardan uzaq olduqlarını, əsl niyyətlərinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir.

Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı “savadlılığı”nın və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir.

Azərbaycan-Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirmələri, ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir.

Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri “müharibə əsiri” kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən əvvəl, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir.

Məhkum edilmiş həmin şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd olunmalıdır.

Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 2025-ci il 13 mart tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit edilmiş, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməmişdir.

Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir, onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik”, – açıqlamada bildirilir.

Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edib.

Bildirilib ki, bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Next

Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv