Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xoş gördük, əziz Xocavənd…

By Vüsal Rafiqoğlu
21.04.2026 3 Min Read

Birinci Qarabağ müharibəsi başlamazdan əvvəl adı kimi taleyi də qara gətirən Qaradağlı kəndinin əhalisi iyirmi səkkiz illik yurd həstətinə son qoydu.

Ancaq buna qədər sinəsinə çalın-çarpaz dağlar çəkilən qaradağlılar bir qərinə dərd-ələm içərisində qaldı. Bu gün erməni işğalçılarının dağıdıb yerlə-yeksan etdikləri kəndlər xarabalıqlar içərisindən ucaldılıb abadlaşdırılır, əvvəlkindən də baxımlı hala salınıb sakinlərinə təhvil verilir. Belə kəndlərdən biri olan Xocavənd rayonunun Qaradağlı kəndinə də köç başlanıb. Bu köçün birində dəhşətli erməni əsirliyindən qurtulmuş Hüseynovlar ailəsi də var. Bu gün sevinc və kədər qarışıq hisslər keçirən İlqar Qardaşxan oğlu Hüseynovla həmsöhbət olduq.

İlqar Hüseynov 1958-ci ildə Qaradağlı kəndində dünyaya gəlib. Orta məktəbi burada bitirib, orduda hərbi ximət keçib, texnikum bitirib. Haraya getsə də doğma Qaradağlıya qayıdıb, yəni yurduna sıx bağlı olub. Lakin öz yurdunda keşməkeşli yollar keçib. Özü bu barədə belə deyir:

-1967-ci ildə bir məktəbli erməni uşağını öldürdülər. Həmin vaxt erməni və azərbaycanlı uşaqlar Qaradağlı kənd məktəbində oxuyurdular. Qatil tapılmadı. Erməni milisləri kənd məktəbinin direktoru Ərşad Məmmədovu və iki müəllimi şübhəli şəxs qismində apararq şöbədə işgəncə verib ölüm işini onların üzərinə qoydular. Xankəndidə keçirilən məhkəmə zamanı vilayətin hər yerindən gələn silahlı ermənilər məhkəməni gərginlikdə saxlamışdılar. Onlar azərbaycanlı müəllimlərə ölüm hökmü oxunmasını tələb edirdilər. Ərşad Məmmədova ölüm hökmü verdi, iki müəllim isə uzun illər azadlıqdan məhrum edildi. Qəzəblənmiş vəhşi kütlə dustaqları konvoy aparanda maşın səmtini dəyişib cinayət yuvası olan 366-cı motoatıcı alayın qarşısına gətirdi. Vəhşi haylar avtomatlardan açılan atəşlərlə günahsız müəllimləri qətlə yetirib yerə atdılar. Yaxınlıqdakı həyətdə yaşayan Aleksan adlı qoca daşnak qaçıb benzib gətirdi, od vurub cəsədləri tonqalda yandırdılar. O zaman belə bir hiyləgər oyun qurmuşdular: Özləri qəsdən cinayət törədir, milis və prokurorluq əməkdaşları cinayətkarı üzə çıxarmır, sonra bunda azərbaycanlıları təqsirləndirib həbs etdirirdilər. Moskvaya, SSRİ rəhbərliyinə on minlərlə şikayətlər gedir, azərbaycanlılarla birgə yaşamaq istəmədikləri, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahiş olunurdu. Belə cinayətlərdən biri də Xocavənddə törədilmişdi.

Cəmi iki ay əvvəl Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilən Ümummilli Liderimiz Heydər Əliyev heç kimdən qorxub-çəkinmədən bir qrup əməkdaşla Xankəndiyə gəlib hadisəni dərindən araşdırdı. Nəticədə hadisənin törənməsində iştirak edən 39 nəfər cinayətə cəlb edildi. İstintaq aşkara çıxardı ki, erməni uşağı Edik Baqdasaryan adlı biri öldürüb. Onlardan bir neçəsi güllələndi, qalanları müxtəlif həbs müddəti ilə cəzalandırıldı. Odur ki, separatçı quldurların qaradağlılarla xüsusi haqq-hesabları vardı.

Qarabağ hadisələri başlayanda erməni silahlı dəstələri Qaradağlıya bir neçə dəfə hücum etdilər. Lakin hər dəfə geri oturduldular. Nəhayət, 1993-cü il fevralın 15-də növbəti hücum son döyüş oldu. Döyüş sursatı tükənməkdə olan 118 nəfərlik əhali dörd nəfər ağır yaralını da götürüb kənddən çıxmalı oldu. Düşmən bunu dərhal hiss etdi. Quldur dəstələrinin təqibi zamanı sonuncu patronlar da atıldı. Yenə də gözlər yolda qaldı, lakin köməyə yetişən olmadı. Ovaxtkı hakimiyyyət qorxaq və satqın çıxdı. əliyalın xalqı taleyin ümidinə buraxdı.

…Acı hekayətinə davam edən İlqar Hüseynov “Getsin o günlər bir də gəlməsin”-dedi. Onun söylədiklərində o qədər zəngin faktlar var ki, onlardan roman, povest, səhnə əsərləri də yazmaq olar. O, əsirlik həyatından qandonduran faktlar gətirdi, onlara tətbiq edilən insanlıqla bir araya sığmayan mənəvi-fiziki işgəncələri  kədərlə yada saldı.

Qaradağlı soyqırımının şahidi olmuş İlqar Hüseynov bildirdi ki, kənd sakinlərindən 78 nəfər öldürüldü, bir neçə nəfər ağır yaralandı, evləri dağıdıldı, mal-mülkləri yağmalandı.  Əsirlikdə canından da çox istədiyi bibisi oğlu Elmidar Bayramovun gözlərinin qarşısında güllənməsini indi də dərin kədərlə xatırlayır, “Kaş Elmidarın yerinə məni güllələyəydilər, mənim də, anamın da kirimişcə orada ağlamaqdan başqa çarəmiz yox idi,”-deyir. Bildirdi ki, qardaşım isə ölümün pəncəsindən bir təsadüf nəticəsində xilas oldu.

Hüseynovların bəxti onda gətirir ki, Ağdamdakı özünümüdafiə batalyonlarından birinin komandiri, sonralar Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Allahverdi Bağırov onların Xankəndidə saxlandıqlarını eşidir və erməni tərəfi ilə danışıqlar apararaq Hüseynovları labüd ölümdən xilas edir. İlqar Hüseynov hazırda Səbail rayonunun 20-ci sahə adlanan yaşayış massivində Ömər Faiq Nemanzadə küçəsindəki köhnə zavodun yardımçı binasında yaşayır.

Hüseynovlar ailəsi təsəllini yalnız 2020-ci ilin 8 Noyabr-Zəfər Günü tapır. Rəşadətli ordumuz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün müddətində aparılan sürətli  müharibədə Ermənistanın cinayətkar silahlı birləşmələrinin darmadağın edilərək sərhədlərimizdən o yana qovulması oldu.  Hər il Zəfər Günündə üzləri gülən xocavəndlilər o günü ən əziz bayram kimi qeyd edirlər. Çünki son iki yüz ildə ilk dəfə Azərbaycan Ermənistana sarsıdıcı zərbələr vuraraq işğal olunan ərazilərimizi azad edib.

Xocavənd rayonu yenidən abadlaşdırılıb, otuz üç il məcburi köçkün həyatı yaşayan İlqar Hüseynov söylədi ki, ailəsi ilə tezliklə doğma yurda qayıdacaq.  Yaxınlaşan o günü səbirsizliklə gözləyirlər. Acılı günlərin ardınca doğma abadlaşdırılmış yaraşıqlı yurda qayıdacaq, şad günlər, xoşbəxt illər yaşayacaqlar.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəbdə yandırılan şagirdin son vəziyyəti açıqlandı

Next

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv