Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Mina təhlükəsiyi bütün bəşəriyyətin problemidir

By Vüsal Rafiqoğlu
22.04.2026 3 Min Read

Azərbaycanın postmünaqişə dövründə qarşılaşdığı ən böyük problemlərdən biri işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsidir. Bununla əlaqədar Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib. Prezident İlham Əliyev aprelin 20-də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə də növbəti dəfə bu məsələyə toxunub. Bildirib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirib və ya yaralanıb.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir: “Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80 000-dən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar”. Yeri gəlmişkən, onlardan 30 min nəfəri məcburi köçkündür. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu gün də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Belə ki, aprelin 21-də Ağdam şəhərinə 92 ailə olmaqla 332, Xocavəndin Qırmızı Bazar qəsəbəsinə isə 17 ailə olmaqla, 74 nəfər köçürülüb.

Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Qeyd edək ki, aprelin 14-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Bu isə o deməkdir ki, minalar, obrazlı şəkildə desək, ermənilərin illər əvvəl basdırdıqları gizli ölüm toxumları can almağa davam edir.

Xatırladaq ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin sözlərinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır. Bu fakt beynəlxalq hesabatlarda da öz əksini tapıb. Hesablamalarına görə, ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Aprel ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Şübhəsiz, Azərbaycanın üzləşdiyi mina problemi yalnız milli səylərlə həll edilə bilməz. Amma təəssüf ki, bu məsələdə beynəlxalq qurumlar kifayət qədər fəal deyillər. Onlar mina təhlükəsinin yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin problemi olduğunu və bu təhlükənin aradan qaldırılmasına birgə səylər göstərməyin vacibliyini birdəfəlik dərk etməlidirlər. Azərbaycan isə öz daxili resursları hesabına bu işin öhdəsindən gəlməyə çalışır.  Artıq ölkəmizin bu sahə üzrə kifayət qədər təcrübəsi də var. Bu mənada Azərbaycan beynəlxalq müstəvidə digər ölkələr üçün nümunə ola bilər.  Amma unutmayaq ki, bu, geniş beynəlxalq tərəfdaşlıq istəyir. Prezident İlham Əliyev müraciətində bildirdiyi kimi, Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. Bununla da Prezident İlham Əliyev bir daha mina təhlükəsini qlobal müstəviyə daşıyaraq, bu sahədə beynəlxalq koalisiya qurmağın vacibliyini vurğulayıb. Dünyada ikili standartların və birtərəfli qərarların artdığı bir vaxtda bu çağırışı regional və qlobal səviyyədə ciddi mesaj kimi dəyərləndirmək olar. Bu, dövlətimizin başçısının dünyəvi məsələlərə laqeyd qalmamasının daha bir təzahürüdür. Şübhəsiz, bu cür tərəfdaşlıqlar həm münaqişədən zərər çəkmiş ərazilərin sosial-iqtisadi bərpasını sürətləndirər, həm də sakinlərin təhlükəsiz qayıdışına şərait yaradar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mövsümün ilk gilası 227 manata satıldı

Next

Azərbaycanda internet bahalaşdı – Yeni qiymət

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv