Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qafqaz Albaniyası irsi necə mənimsənildi? 44 günün ardından üzə çıxan həqiqətlər və bir daha təsdiq olunan erməni vandalizmi

By Vüsal Rafiqoğlu
22.04.2026 3 Min Read

Azad etdiyimiz ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar, ilk növbədə, uzun illər ərzində Azərbaycan torpaqlarında həyata keçirilmiş sistemli və məqsədyönlü vandalizmin üzərini örtmək cəhdidir. Çünki real faktlar göstərir ki, məhz işğal dövründə Azərbaycanın tarixi-dini və mədəni irsi misli görünməmiş vəhşiliklə məhv edilib, talan olunub və mənimsənilib.

İşğal altında qalmış ərazilərdə yüzlərlə tarixi-dini abidə qəsdən dağıdılıb, onların bir qismi yerlə-yeksan edilib, digərləri isə saxtalaşdırılaraq öz mənşəyindən uzaqlaşdırılıb. Bu, təsadüfi dağıntı deyil, planlı şəkildə həyata keçirilmiş mədəni təmizləmə siyasətinin açıq göstəricisidir. Bütöv bir xalqın yaddaşı sistemli şəkildə silinməyə çalışılıb. Xüsusilə məzarlıqlara qarşı törədilən vandalizm bu vəhşiliyin ən ağır və sarsıdıcı təzahürlərindən biridir. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla Azərbaycan qəbiristanlığı darmadağın edilib, qəbirlər qazılıb, baş daşları sındırılıb və ya oğurlanıb. Bu, təkcə maddi irsə deyil, həm də insan ləyaqətinə, dini və mənəvi dəyərlərə qarşı açıq təhqirdir.

1703486843_1.jpg (238 KB)

Bundan da dəhşətlisi bəzi məscidlərin məqsədli şəkildə təhqir olunaraq donuz və ya inək saxlanılan yerlərə çevrilməsi faktlarıdır. Bu cür davranış yalnız vandalizm deyil, eyni zamanda dini nifrətin və mənəvi alçaldılmanın ən kəskin formasıdır. Bu addımların təsadüfi olmadığı, sistemli xarakter daşıdığı açıq şəkildə görünür.

Eyni siyasət tarixi Azərbaycan torpaqlarında da həyata keçirilib. Xüsusilə, İrəvan və ətraf bölgələrdə mövcud olmuş çoxsaylı Azərbaycan məscidləri və abidələri – Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər XVI–XVIII əsr irs nümunələri ya tamamilə məhv edilib, ya da saxta şəkildə başqa kimlik altında təqdim olunub. Yalnız Göy məscidin qalıb saxlanılması belə onun orijinal görünüşünün dəyişdirilməsi və mahiyyətinin təhrif olunması ilə müşayiət edilib.

Bundan əlavə, Qafqaz Albaniyasına məxsus dini abidələrin mənimsənilməsi və “erməniləşdirilməsi” də bu siyasətin tərkib hissəsidir. Ağoğlan, Amaras, Xudavəng, Qandzasar kimi tarixi məbədlərin üzərində aparılan dəyişikliklər, yazıların silinməsi və ya saxtalaşdırılması həmin irsin köklərinin gizlədilməsinə yönəlib.

3b7ed4b3-dd9b-3823-8bff-646393bb75fc_1200.jpg (176 KB)

Bütün bu faktlar bir daha sübut edir ki, söhbət sadəcə müharibənin yaratdığı dağıntılardan getmir. Bu, məqsədli şəkildə həyata keçirilmiş, Azərbaycan xalqının tarixi izlərini silməyə, onun mədəni və mənəvi yaddaşını məhv etməyə yönəlmiş siyasətdir. Bu siyasətin arxasında ərazi iddialarını “tarixi əsaslandırmaq” cəhdi və mədəni təmizləmə niyyəti dayanır.

_C5_9E_C9_99kil-7.jpg (153 KB)

“Bu danılmaz həqiqətdir ki, ermənilər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımılar və vandalizm aktları həyata keçiriblər. Bu cinayətlər təkcə insanlara qarşı deyil, eyni zamanda xalqımıza məxsus dini, mənəvi və tarixi abidələrə qarşı da törədilib. İşğal dövründə məbədlərimiz, qəbiristanlıqlarımız, mədəni irsimiz sistemli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İSKENDER.jpeg (149 KB)

Parlamentari qeyd edib ki, ermənilərin əsrlər boyu törətdiyi bu cinayətlər təkcə tarixi mənbələrdə deyil, həm də bu gün öz təsdiqini tapan faktlarda əks olunur:

“Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun qələbəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin real mənzərəsini bütün dünya gördü. Bu gün Qarabağda, o cümlədən Ağdam, Füzuli, Xocalı və digər rayonlarda dağıdılmış şəhərlər, məhv edilmiş abidələr və viran qoyulmuş kəndlər erməni faşizminin bariz nümunəsidir. Azad olunmuş torpaqlara səfər edən hər kəs bu dağıntıların miqyasını açıq şəkildə görə bilər. Buna baxmayaraq, son dövrlərdə Ermənistandakı revanşist dairələr, o cümlədən media vasitələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək guya Qarabağda erməni abidələrinin dağıdıldığı ilə bağlı dezinformasiya yaymağa çalışırlar. Bu cəhdlərin arxasında duran əsas məqsəd öz törətdikləri cinayətləri ört-basdır etmək və yenidən “əzabkeş xalq” obrazı formalaşdırmaqdır. Lakin reallıq tam fərqlidir. Müharibədə məğlub olan Ermənistan bu informasiya müstəvisində də uğur qazana bilməyəcək. Əksinə, bu kimi təxribatlar bir daha zərurət yaradır ki, beynəlxalq ictimaiyyət regionda baş verən hadisələrə obyektiv yanaşsın, işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vandalizm aktlarını araşdırsın və həqiqətləri ortaya qoysun.

Hesab edirəm ki, artıq dünya birliyi bu məsələdə daha prinsipial mövqe nümayiş etdirməli, ikili standartlara son qoymalı və erməni vandalizminə, eləcə də bu siyasəti dəstəkləyən qüvvələrə layiqli qiymət verməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TƏCİLİ: Bu nazirlikdə də nöqsanlar AŞKARLANDI

Next

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv