Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiyanın “Azərbaycan dilini öyrənək” mesajı

By Vüsal Rafiqoğlu
22.04.2026 4 Min Read

Siyasi təhlilçi bunun təhsil vasitəsilə siyasi elitaların tədricən yaxınlaşdırılması strategiyası olduğunu düşünür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinin genişləndirilməsi ilə bağlı səsləndirilən fikirlər ilk baxışda humanitar əməkdaşlığın inkişafı kimi görünə bilər. Lakin Aleksey Overçuk tərəfindən verilən bu mesaj əslində daha dərin siyasi və strateji məzmun daşıyır. Moskvanın bu istiqamətdə təşəbbüs göstərməsi təsadüfi deyil və regionda dəyişən geosiyasi balansın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Məsələnin əsas praktiki tərəfi ali təhsil sistemindən başlayır. Xüsusilə Sankt-Peterburq Dövlət Universiteti kimi nüfuzlu akademik mərkəzlərin iştirakı ilə Azərbaycan dili üzrə proqramların genişləndirilməsi planlaşdırılır. Bu, sadəcə, dil öyrənilməsi ilə məhdudlaşmır. Eyni zamanda Azərbaycan haqqında elmi, siyasi və iqtisadi biliklərin sistemli şəkildə formalaşdırılmasına xidmət edir. Birgə universitet ideyası isə bu prosesin daha institusional mərhələyə keçəcəyindən xəbər verir. Belə bir modeldə həm Azərbaycan, həm də Rusiya təhsil sistemləri inteqrasiya edilərək ortaq akademik platforma yaradıla bilər.

Digər mühüm istiqamət Rusiyada yaşayan azərbaycanlı diasporudur. Bu faktor artıq hazır sosial baza rolunu oynayır və Azərbaycan dilinin məktəblərdə seçmə fənn kimi tədrisini mümkün edir. Xüsusilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bu təşəbbüs daha real görünür. Bu yanaşma bir tərəfdən milli kimliyin qorunmasına, digər tərəfdən isə Rusiyada çoxdilli mühitin inkişafına xidmət edir.

Nəticə etibarilə, Azərbaycan dilinin Rusiyada öyrədilməsi ideyası iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün yeni imkanlar yaradır. Əgər bu təşəbbüs real layihələrə çevrilərsə, bu, təkcə təhsil sahəsində deyil, həm də siyasi və iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Rusiya münasibətlərinin normallaşma mərhələsinə qədəm qoyması yalnız iki ölkə arasında əlaqələrimiz müstəvisində şərh edilə bilməz və bütövlükdə regionun təhlükəsizlik konfiqurasiyasına yeni baxış və yeni töhfə hesab edilməlidir: “Bu mənada əlaqələrimizin daha da möhkəmlənməsində zəmin rolunu oynayacaq amillərin axtarılması çox vacibdir. Azərbaycan və Rusiya arasında 2 əsrdən artıq davam etmiş mədəni, siyasi və humanitar bağ özlüyündə məhz bu amillərin təməlində dayanan zəmin sayıla bilər və bu mənada Rusiya rəsmilərinin son vaxtlar bu ölkədə Azərbaycan dilinin inkişafı ilə bağlı tədbirlərdən danışması əslində Bakı və Moskva münasibətlərinin yeni mərhələsində mühüm və zəruri jest hesab edilə bilər. Əslində təhlil etdikdə Rusiya baş nazirinin müavini cənab Overçukun dilindən səslənən tezislərin yalnız münasibətlərin inkişafı naminə yaradılan süni gündəm olmadığını görmək mümkündür, çünki Rusiyada yaşayan azərbaycanlıların sayının kifayət qədər çox olması, o cümlədən Azərbaycanın Rusiya üçün çox həssas bir bölgə olan Cənubi Qafqazda rolunun və imkanlarının müstəsna dərəcədə artması fonunda əslində Azərbaycan dilinin öyrənilməsi və tədrisi Rusiyanın xarici siyasət kursunun və yumşaq güc siyasətinin vacib elementlərindən birinə çevirməsi çox normaldır. Digər tərəfdən, Azərbaycan Respublikası postsovet dövlətləri arasında rus dilinə ən sağlam və ən praqmatik münasibət sərgiləyən və bu istiqamətdə dövlət siyasətini reallıqlar üzərində quran çox azsaylı subyektlərdən biridir. Rusiya-Azərbaycan münasibətlərinin istənilən dövründə, o cümlədən gərginlik çağlarında belə Azərbaycanda rus dilinin tədrisi hər hansı formada axsamayıb, yaxud bu dilin mövqeyi süni surətdə sıxışdırılmayıb və cari reallıq dəfələrlə Rusiya rəsmiləri tərəfindən də ən yüksək səviyyədə minnətdarlıqla ifadə olunub. Hazırda isə Rusiyanın analoji addımlara start verməsi, Azərbaycan dilinin öyrənilməsi və tədrisi istiqamətində tədbirlərin zərurətindən danışması istər bu balansın qorunması, istərsə də Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanması üçün önəmli gediş sayıla bilər”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, bu məsələyə sadəcə dil tədrisi və ya humanitar jest kimi yanaşmaq olmaz: “Aleksey Overçukun mesajlarını diqqətlə oxuduqda aydın olur ki, Moskva artıq klassik üsullarla deyil, daha zərif və uzunmüddətli “yumşaq güc” alətləri ilə hərəkət edir. Sankt-Peterburq Dövlət Universiteti kimi fundamental mərkəzlərin prosesə cəlb olunması heç də təsadüfi deyil. Məqsəd yalnız Azərbaycan dili üzrə mütəxəssis hazırlamaq deyil. Əsas hədəf gələcəkdə region üzrə qərar qəbul edə biləcək beyin mərkəzləri üçün baza formalaşdırmaqdır. Birgə universitet ideyası isə təhsil sistemlərini yaxınlaşdırır və ortaq intellektual məkan yaradır. Bu, təhsil vasitəsilə siyasi elitaların tədricən yaxınlaşdırılması strategiyasıdır. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiyadakı Azərbaycan diasporu artıq sadəcə iqtisadi faktor deyil, ciddi sosial-siyasi resursdur. Azərbaycan dilinin məktəblərdə seçmə fənn kimi tədrisi bu resursu daha da gücləndirir”. Ekspert dedi ki, Bakı ilə Moskva arasında birbaşa ictimai körpü formalaşdırılır:  “Rusiya bununla həm də multikultural imicini möhkəmləndirir  və daxili sabitlik üçün əlavə legitimlik qazanır. Burada qarşılıqlı maraqlara əsaslanan açıq bir razılaşma görünür. Moskva Azərbaycan dilinə öz ərazisində imkan yaradır. Əvəzində Azərbaycanda rusdilli mühitin qorunmasını gözləyir. Bu, klassik “dil balansı” siyasətidir. Rusiya anlayır ki, Qərbin təhsil proqramları regionda genişlənir. Ona görə də mövqeyini dil və təhsil üzərindən qorumağa çalışır. Fikrimcə, bu proses təkcə mədəni əməkdaşlıq deyil, strateji yerləşmədir. Rusiya hərbi təsirinin zəiflədiyi məkanlarda humanitar təsiri dərinləşdirir. Təhsil isə bunun ən təhlükəsiz və davamlı alətidir. Bu modeldə bir dəfə qurulan akademik və intellektual əlaqələr onilliklərlə təsir göstərir. Cənubi Qafqazda rəqabət artıq açıqdır. Türkiyə, Qərb və Rusiya paralel şəkildə təsir uğrunda mübarizə aparır. Bu şəraitdə dil siyasəti sadəcə mədəni məsələ deyil, strateji alətdir. Əgər Rusiya Azərbaycan dilinə investisiya edirsə, bu, münasibətləri qısamüddətli deyil, uzunmüddətli çərçivədə qurmaq niyyətindən xəbər verir. Azərbaycan üçün burada əsas risk və imkan eyni nöqtədə birləşir. Əgər proses düzgün idarə olunmasa, bu, birtərəfli təsir mexanizminə çevrilə bilər. Amma ağıllı siyasət yürüdülərsə, bu platforma real qarşılıqlı fayda modelinə çevrilə bilər. İlk baxışdan bu bizim üçün mədəni təşəbbüs kimi görünür, amma mahiyyət etibarilə geosiyasi gedişdir. Bakı emosiyalarla yox, strateji hesablamalarla hərəkət etməlidir. Burada qazanan tərəf yalnız qaydaları özü müəyyən edən tərəf olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

YAP İdarə Heyətinin iclası keçirilib

Next

Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var – Prezident

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv