Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Metroda nə baş verir? – Üç milyardlıq zərərdən sonra…

By Vüsal Rafiqoğlu
23.04.2026 3 Min Read

Paytaxtın əsas nəqliyyat arteriyalarından biri hesab olunan Bakı metrosunda baş verən hər hansı texniki nasazlıq minlərlə insanın gündəlik həyatına birbaşa təsir göstərir. Xüsusilə pik saatlarda alternativ nəqliyyat imkanlarının məhdudluğu belə halların sosial təsirini daha da artırır. Musavat.com-un müşahidələrinə görə, ümumiyyətlə, son dövrlər ictimaiyyət arasında “Metropoliten” QSC-nin fəaliyyəti ilə bağlı narazılıqlar artır. Sərnişinlər xüsusilə pik saatlarda sıxlığın yüksək olması, qatarlarda gecikmələr və texniki nasazlıqlar, eləcə də bəzi vaqonlarda havasızlıq və aşağı komfort səviyyəsi ilə bağlı şikayətlərini dilə gətirirlər.

Üstəlik, gediş haqqının artmasına baxmayaraq, xidmət keyfiyyətində nəzərəçarpacaq irəliləyişin hiss olunmaması da narazılıq doğuran əsas məqamlardandır. Digər tərəfdən, bir neçə ay əvvəl Hesablama Palatasının yaydığı audit hesabatında da “Bakı Metropoliteni” QSC-də maliyyə və idarəetmə ilə bağlı ciddi nöqsanların qaldığı vurğulanmışdı. Hesabatda xüsusilə III “Bənövşəyi” xətt üzrə smeta uyğunsuzluqları, o cümlədən “Xocəsən” elektrik deposunun tikintisi zamanı layihədə nəzərdə tutulmayan işlərin əlavə edilməsi nəticəsində yüz minlərlə manatlıq fərqin hələ də aradan qaldırılmadığı qeyd olunurdu. Bununla yanaşı, bəzi işlər üzrə smeta sənədlərinin ekspertizadan keçirilməməsi, normativlərin düzgün tətbiq olunmaması və ümumilikdə milyonlarla manatlıq artıq xərclərin azaldılmasının təmin edilmədiyi də diqqətə çatdırılmışdı.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Musavat.com-a bildirdiyinə görə, metroda baş vermiş son insident bir daha göstərdi ki, mövcud vəziyyət həm dövlətin, həm də vətəndaşların gözləntilərinə cavab vermir və bu qurumun idarəetməsində ciddi boşluqlar var. “Dövlətimiz və vətəndaşlarımız hələ 3 milyard zərərin şokunu atlatmamış belə bir hadisə göstərir ki, “Bakı Metropoliteni”ndəki “xəstəlik” xronikidir”,_ deyə ekspert bildirib.

Asif İbrahimov müşavir təyin olundu | İqtisadiyyat.az

Onun sözlərinə görə, “Ulduz–Nərimanov” mənzilində baş verən qısaqapanma nəticəsində bütün şəbəkənin iflic olması göstərir ki, sistem daxilində vaxtlı-vaxtında planlı texniki qulluq və effektiv nəzarət mexanizmləri ya kifayət qədər tətbiq olunmur, ya da formal xarakter daşıyır: “Bu isə belə halların qarşısının əvvəlcədən alınmadığını açıq şəkildə ortaya qoyur. Eyni zamanda, belə strateji obyektlərdə elektrik təchizatında nasazlıq baş verdiyi anda ehtiyat generatorların avtomatik işə düşməsi təmin edilməlidir. Mövcud hadisə göstərir ki, bu mexanizm ya işləməyib, ya da düzgün qurulmayıb. Nəticədə bir xətt üzrə baş verən texniki problem bütün şəbəkənin dayanmasına səbəb olub ki, bu da ehtiyat sistemlərinin effektivliyinə ciddi suallar yaradır”.

Mütəxəssisə görə, hadisə nəticəsində minlərlə sərnişinin hərəkətində ciddi çətinliklər yaranıb, şəhər iqtisadiyyatına görə milyonlarla manat zərər dəyib: “Bu, təkcə texniki qəza deyil, eyni zamanda, xidmət keyfiyyətinin təmin edilməsində ciddi problemlərin və idarəetmə zəifliyinin göstəricisidir. Qurum rəhbəri tərəfindən bir sıra vəzifəli şəxslərin cəzalandırılması operativ addım kimi qiymətləndirilsə də, əsas məsələ struktur və idarəetmə problemlərinin aradan qaldırılmasıdır. Bəs dəymiş zərərin, itirilmiş vaxtı kim kompensasiya edəcək? Metro təsərrüfatı yüksək peşəkarlıq və dəqiq idarəetmə tələb edən sahədir və burada hər hansı həvəskar yanaşma qəbuledilməzdir. Təəssüf ki, bu təsərrüfat həvəskarlara həvalə edilib”.

Ekspertə görə, planlı texniki qulluq və profilaktik baxışlar gücləndirilməli, formal yanaşmalara son qoyulmalıdır: “Ehtiyat generator sistemlərinin avtomatik işə düşmə funksiyası tam audit olunmalı və müntəzəm test edilməlidir. Enerji təminatında alternativ və çoxsəviyyəli (redundant) sistemlər qurulmalıdır. İdarəetmədə peşəkarlıq prinsipi əsas götürülməli, mövcud idarəetmə boşluqları aradan qaldırılmalıdır. Sərnişinlərlə operativ və şəffaf kommunikasiya təmin olunmalıdır. Velosipedi yenidən icad etmək lazım deyil. Bizim danışdıqlarımız artıq dünya təcrübəsində sınaqdan uğurla çıxarılıb. Sadəcə, məsul vəzifələrə peşəkarlar gətirilməlidir. Bu hadisə bir daha sübut etdi ki, şəhər nəqliyyat sistemində dayanıqlılıq və keyfiyyət yalnız texniki deyil, eyni zamanda, effektiv və məsuliyyətli idarəetmədən asılıdır. Problemlərin köklü həlli üçün ciddi və sistemli islahatlara ehtiyac var”.

Metroda nasazlıq zamanı neçə qatar tuneldə qalıb? – Rəsmi açıqlama

Xatırladaq ki, aprelin 21-də, saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–”Nərimanov” mənzili arasında yerləşən kabel xəttində baş verən qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsi dayandırılıb. Hadisə səbəbindən saat 15:00-a qədər Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu da minlərlə insanın gündəlik hərəkətində ciddi çətinliklər yaradıb. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb, bəzilərinə isə töhmət verilib. Bu xəbəri qaynar.info yayıb. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır və gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görüləcək.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda uşaqların sosial mediadan istifadəsinə QADAĞA qoyulacaq

Next

Qadınlara ömürlük həbs cəzası verilmir

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv