Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiyadan gələn 19 tonluq ZƏHƏR – Təhlükəli yağ Azərbaycana necə daxil olub?

By Vüsal Rafiqoğlu
23.04.2026 2 Min Read

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda ciddi uyğunsuzluq aşkarlanıb. Rəsmi məlumatda bildirilir ki, məhsul “Jirovoy Kombinat” müəssisəsinə məxsusdur.

Laborator analizlərin nəticəsinə əsasən, ümumi çəkisi 19 ton olan, “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kiloqramlıq məhsul partiyasında normadan kənar göstəricilər qeydə alınıb. Konkret olaraq “3-monoxlorpropan 1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” üzrə uyğunsuzluq müəyyən edilib. Bu uyğunsuzluq 24.01.2026–21.09.2026-cı il istehsal və son istifadə tarixlərini əhatə edən məhsul partiyasına aiddir.

Məsələ ilə bağlı AQTA tərəfindən dərhal qanunauyğun tədbirlər görülüb və sözügedən məhsul partiyasının ölkə ərazisindən kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub. Lakin bu fakt daha böyük və narahatedici bir sualı gündəmə gətirir: belə məhsullar ümumiyyətlə Azərbaycan bazarına necə daxil ola bilir?

Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb: “Çox təəssüf doğuran haldır ki, AQTA məhsul bazara daxil olduqdan sonra bəzi hallarda məsələyə reaksiya verir; əksər hallarda isə əvvəlcə digər ölkələrdə uyğunsuzluqlar aşkar olunur, yalnız bundan sonra bizdə yoxlamalara başlanılır. Halbuki AQTA-nın bütün gömrük orqanlarında nümayəndələri mövcuddur, müasir laboratoriyaları fəaliyyət göstərir. Təəssüf doğuran digər məqam isə odur ki, hələ yanvar ayından bəri dövriyədə olan mal partiyaları ilə bağlı geri qaytarılma və ya geri çağırılma prosedurları ya işləmir, ya da açıq şəkildə görünmür.

Digər tərəfdən müsbət hal kimi qeyd etmək olar ki, artıq bu cür məhsulların konkret adları açıqlanır. Halbuki illər əvvəl bu məlumatlar ümumi şəkildə təqdim edilirdi və konkretlik yox idi. Lakin bununla kifayətlənmək olmaz. Çox yaxşı olardı ki, həmin məhsulları ölkəyə gətirən şirkətlərin də adları açıqlansın, hansı ticarət şəbəkələrində satışda olduğu göstərilsin. Eyni zamanda, bu məhsulların geri yığılması, məhv edilməsi və ya utilizasiyası prosesi tam şəffaf şəkildə həyata keçirilməli, bu prosesə KİV nümayəndələri də dəvət olunmalıdır. Əfsus ki, hazırda bu məsələlərin böyük hissəsi qaranlıq qalır.

Azad İstehlakçılar Birliyi dəfələrlə çağırış edib ki, belə halların qarşısı məhz gömrük mərhələsində alınsın. Əsas problemlərdən biri də məhv etmə prosedurunun şəffaf olmamasıdır. Belə ki, quruma daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, satışdan yığışdırılan bəzi məhsullar sonradan müxtəlif şirniyyat müəssisələrinə, tort istehsalı ilə məşğul olan obyektlərə yönləndirilir. Bu kimi iddialar cəmiyyətdə ciddi narahatlıq yaradır və əhalidə şübhələr formalaşdırır. Bu şübhələrə son qoymaq üçün maksimum şəffaflıq təmin edilməlidir.

İstehlakçılar da məsuliyyətli davranmalı, aldıqları məhsulların etiketlərinə xüsusi diqqətlə yanaşmalı, tərkibini və mənşəyini diqqətlə oxumalıdırlar. Bununla yanaşı, AQTA-ya bir daha çağırış edilir ki, bu kimi problemlərin kökü gömrük mərhələsində həll edilsin və keyfiyyətsiz, təhlükəli məhsulların ölkə bazarına daxil olmasının qarşısı əvvəlcədən alınsın”.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub- fotolar

Next

Xəzərlə bağlı qorxunc proqnoz -əsrin sonuna qədər 10–15 metr, hətta daha çox…

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv