Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İncəsənət Gimnaziyasından KÜTLƏVİ şikayət: Təhdid, bullinq, rüşvət QALMAQALI

By Vüsal Rafiqoğlu
24.04.2026 3 Min Read

Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə bağlı Musavat.com-a çoxsaylı valideyn şikayətləri daxil olub.

Onlar iddia edirlər ki, təhsil ocağında bullinq, psixoloji təzyiq, ayrı-seçkilik və korrupsiya halları geniş yayılıb.

7D sinif şagirdi M.M-in anası A. Güllər Musavat.com-a deyib ki, sinif rəhbəri Aytən Kazımova övladına qarşı sistemli təzyiq göstərir.

Onun sözlərinə görə, qızı sinifdə tək oturdulur, digər şagirdlərdən uzaqlaşdırılır, alçaldıcı ifadələrə məruz qalır və müəllim tərəfindən açıq şəkildə “səni sevmirəm” kimi sözlər eşidir. Valideyn iddia edir ki, bu davranışlar uşağın psixologiyasına ciddi zərbə vurub və artıq məktəbə getmək istəmir.

Valideyn onu da bildirir ki, bu ilin 2025-2026 tədris ilinin sentyabr ayından dekabr ayına qədər sinif rəhbəri Nigar xanım olub və rəhbərlik etdiyi müddətdə heç bir şikayət olmayıb:

“Lakin Aytən Kazımova müəllimlərin qiymətləndirmə sertifikasiyasından (MİQ) keçə bilmədiyi halda tərbiyəçi kimi təyin olunduğu 4-cü sinfə rəhbərlik etmədən, qruplaşdırdığı valideynlərin ərizələri ilə Nigar xanımı uzaqlaşdıraraq məqsədli olaraq yenidən bizim sinfə qayıtdı. Məktəbin tədris işləri üzrə direktor müavini Zeynəb Cəfərova da MİQ imtahanından keçə bilməyib, amma deyir ki, keçmirəm, istəmirəm, dərsimi deyirəm”.

A.Güllər onu da qeyd edib ki, Aytən Kazımovanın tərəfini tutan bu valideynlər onu təhqir ediblər, ona nalayiq ifadələr işlədiblər:

“Məni təhqir ediblər, səs yazıları var. Aytən Kazımovanın dekabrda ad günü ilə bağlı pul da yığılıb. (Pul yığılması tələbi ilə bağlı Ceyran adlı valideynin səs yazısı və valideynlərin imzası ilə olan siyahı redaksiyaya təqdim edilib -red.)

Eyni sinifdə oxuyan Ə.K.-in atası Əsədov Seymur isə Aytən Kazımova və onunla rəfiqə olan müavin Zeynəb Cəfərovadan da şikayətçidir. Valideyn iddia edir ki, o, övladı haqqında əsassız şəkildə elektron siqaret istifadə etdiyi iddiasını yayıb.

Onun sözlərinə görə, bu iddialar sübutsuzdur və bundan sonra oğluna qarşı sinifdə və valideyn qruplarında təzyiq başlayıb:

“Oğlum bu tədris ilində Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının Teatrşünaslıq bölməsinə qəbul olub. Övladım incəsənət sahəsində yetərincə özünü inkişaf etdirən uşaqdır. İki filmdə əsas rolda, bir neçə filmdə massa rollarında rol alıb. Kanalların birində uşaq verilişində aparıcıdır. Yetərincə bu sahədə maarifləndirici uşaqdır. Fevral ayının sonlarında müəllim mənimlə əlaqə saxlayıb deyir ki, sizin övladınız elektron siqaret istifadəçisidir”.

Valideyn qeyd edir ki, bəzi valideynlərin təşəbbüsü ilə sinif üzrə boykotlar təşkil olunub və məqsəd uşağın məktəbdən uzaqlaşdırılması olub.

Əvvəldə adını çəkdiyimiz valideyn A.Güllər də Əsədov Seymurun dediklərini təsdiqləyib və qeyd edir ki, Kazımova Aytən uşaqlara Kamilin elektron siqaret çəkdiyini deməsi öyrədilib, onun qızı isə bunu görmədiyinə görə imtina edib. Uşağa qarşı boykota digər valideynlərin cəlb edildiyi deyilir.

Məktəbin “5d” sinfinin valideynləri də narazılıq edirlər. Belə ki, “5d” sinif şagirdi R.T.-nın anası Gülnarə Rəsulova deyib ki, sinif rəhbəri Ziyarə xüsusilə məktəbin tədris işləri üzrə müavini Zeynəb Cəfərovadan şikayətçidir.

Onun sözlərinə görə, bəzi müəllimlər və rəhbərlik tərəfindən uşaqlar çox sıxışdırılır:

“Şagirdlərə və valideynlərə təzyiq göstərilir, uşaqlar arasında ayrı-seçkilik edilir”.

Valideyn iddia edir ki, məktəbdə psixoloji gərginlik hökm sürür və bu, uşaqların davranışına ciddi təsir edir.

Gülnarə Rəsulova onu da iddia edir ki, Zeynəb Cəfərova şagirdin məktəbdən məktəbə keçməsi üçün valideyndən pul alıb. (bununla bağlı 5 d sinfinin şagirdi Oruclu Sevincin valideyni Süsənbərin səs yazısı var – red.)

Məktəbə bu il gələn “5d”sinfinin şagirdi C.S.-nın valideyni Günel Cəfərli də övladı ilə bağlı narahatlığını ifadə edir.

Onun sözlərinə görə, övladı bullinqə məruz qaldıqdan sonra məktəb rəhbərliyinə müraciət edib, lakin qarşılığında kobud münasibətlə üzləşib:

“Şikayət etdikcə vəziyyət daha da gərginləşir. Uşaqlar qorxu içindədir”.

“5d” sinfindən M.E.-in anası Əliyeva Nigar isə bildirir ki, sinif rəhbəri Ziyara müəllimə uşaqlarla kobud və qeyri-pedaqoji davranır:

“Uşaqların psixologiyası nəzərə alınmır. Onlara qarşı sərt və aqressiv münasibət göstərilir”.

“5b” sinif şagirdi V.S.-nın valideyni Vəliyeva Leyla da bildirir ki, məktəb rəhbərliyinə müraciət etsə də, heç bir nəticə əldə olunmayıb:

“Bizə açıq şəkildə deyildi ki, narazısınızsa, məktəbi dəyişin. Bu isə problemin həllindən yayınmaqdır”.

“5d” sinfinin şagirdi M.S.-nın anası Məmmədova Flora isə bildirir ki, müəllim sinifdə normal tədris mühiti yarada bilmir.

“Uşaqlarla ünsiyyət qura bilmir, dərs prosesi zəif təşkil olunur və bu da ümumi təhsilin keyfiyyətinə təsir edir”, – deyə valideyn qeyd edir.

“5b”sinfindən M.G.-ın valideyni Məmmədova Məlahət isə qeyd edir ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, məktəb rəhbərliyi tərəfindən heç bir real addım atılmayıb.

“Əksinə, problemlər daha da dərinləşir”, – deyə valideyn vurğulayır.

5 “d” sinfindən E. A.-nın anası Ələkbərova Aynur da müavin Zeynəb Cəfərovadan, sinif rəhbəri Ziyarədən və direktordan şikayətçidir. 5 “b” sinfindən D.M.-ın valideyni Əsbət Dəmirova da sinif rəhbəri, müavin və direktordan şikayətçi olduqlarını, övladlarına qarşı haqsızlıqların olduğunu bildirirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə iki gün əvvəl göndərdiyimiz sorğuya cavab verilməyib. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi

Next

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv