Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şiddət məzmunlu oyunlar sosial münasibətləri necə formalaşdırır?

By Vüsal Rafiqoğlu
24.04.2026 3 Min Read

Sosioloq: Virtual mühitdə təkrarlanan aqressiv məzmun tədricən real həyata daşınır

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə video oyunlar sadəcə əyləncə vasitəsi olmaqdan çıxaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə şiddət elementləri ilə zəngin olan oyunlar getdikcə daha geniş auditoriyanı əhatə edir və bu, cəmiyyət daxilində ciddi narahatlıqlar doğurur. Bu cür oyunlar istifadəçilərə zorakılığı adi və qəbul edilən davranış kimi təqdim edir, nəticədə real həyatla virtual dünya arasındakı sərhədlər tədricən zəifləyir. Uşaqlar və yeniyetmələr üçün isə bu təsir daha təhlükəli xarakter daşıyır, çünki onların psixoloji və sosial inkişaf mərhələsi davam edir və davranış modelləri məhz bu dövrdə formalaşır. Şiddətin oyun vasitəsilə normallaşdırılması aqressiv reaksiyaların artmasına, empati hissinin zəifləməsinə və sosial münasibətlərdə problemlərin yaranmasına səbəb ola bilər.

Mütəxəssislər hesab edirlər ki, bu təsirlər təkcə fərdi səviyyədə qalmır, eyni zamanda, cəmiyyətin ümumi davranış mühitinə də sirayət edir. Məhz bu kontekstdə məsələyə sosioloji baxış xüsusi əhəmiyyət kəsb edir. Sosioloq Naib Niftəliyevin mövzu ilə bağlı fikirləri də göstərir ki, şiddət tərkibli oyunlar artıq təkcə əyləncə deyil, davranış formalaşdıran mühüm amillərdən birinə çevrilib.

Rəqəmsal mühitdə davranışların formalaşması yalnız oyunla məhdudlaşmır

Naib Niftəliyev “İki sahil”ə açıqlamasında  bildirdi ki, şiddət tərkibli oyunlar həm birbaşa, həm də dolayısı ilə aqressiyanı təşviq edən amillər sırasına daxildir. Bu cür oyunlar insanlarda şiddətə alışma, onu normal davranış kimi qəbul etmə və nəticədə həmin davranışların sosial mühitdə təkrarlanması riskini yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr üçün bu təsir daha güclü olur. Onlar şiddəti adi bir əyləncə forması kimi qəbul etdikdə, real həyatda da bu davranışları tətbiq etməyə meyilli olurlar.

Ənənəvi media vasitələri  televiziya və radio  uzun illərdir insanlara təsir göstərsə də, müasir dövrdə smartfonlar, noutbuklar və planşetlər bu təsiri daha da gücləndirib. Uşaqların və yeniyetmələrin oyunlara fəal şəkildə qoşulması tədricən həmin oyun davranışının həyat tərzinə çevrilməsinə səbəb olur. Müxtəlif statistik yanaşmalar göstərir ki, ən azı hər üç yeniyetmədən ikisinin davranışına bu faktor müəyyən dərəcədə təsir edir.

Gərginlik, nasazlıq, aqressiya və…

Bu oyunların təsiri nəticəsində davranışlar məhdudlaşır, maraq dairəsi daralır və fəaliyyət motivləri daha çox oyunlara yönəlir. Qısamüddətli yaddaşın aktivləşməsi fonunda daha primitiv reaksiyalar ön plana çıxır, sosiallaşma və təhsil kimi mühüm təsir amillərinə qarşı isə müqavimət formalaşır. Bu da öz növbəsində gərginlik, narahatlıq və aqressiya ilə nəticələnə bilər.

Məsələn, uzun müddət telefona bağlı olan bir uşağın əlindən cihaz alındıqda onun aqressiv reaksiya vermə ehtimalı yüksək olur. Bu aqressiya hər zaman açıq şəkildə özünü göstərməyə bilər, lakin daxili narahatlıq, gərginlik, məyusluq və ya itki hissi kimi psixoloji vəziyyətlərlə müşayiət oluna bilər. Bu hal yalnız yeniyetmələrdə deyil, uzun müddət smartfondan istifadə edən bir çox insanlarda müşahidə olunur. Ümumilikdə bu, müəyyən mənada başadüşüləndir, lakin sağlam və adekvat davranış forması hesab edilmir.

Problemin kökü təkcə təsirdə yox, onun idarə olunma mexanizmlərindədir

Sosioloq onu da qeyd etdi ki, texnologiya müasir həyatın ayrılmaz hissəsidir və ondan istifadə zəruridir. Lakin bu istifadə düzgün şəkildə tənzimlənməli, müəyyən qayda və məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Texnologiyanın sürətli inkişafı yeni tələbatlar yaradır və istifadə intensivliyini artırır. Bu isə xüsusilə inkişaf mərhələsində olan uşaqların psixofizioloji vəziyyətinə ciddi təsir göstərə bilər. İnformasiya yükünün həddindən artıq olması, sosial və informasiya stresi uşaqlarda impulsivlik və aqressiyanın artmasına səbəb olur.

Bu təsirlərin qarşısını almaq üçün uşaqların və yeniyetmələrin enerjisini düzgün istiqamətləndirmək vacibdir. Onların idman fəaliyyətlərinə, real sosial mühitə, parklar, stadionlar, oyun meydançaları və digər ictimai məkanlara cəlb olunması mühüm əhəmiyyət daşıyır. Yeniyetmələr üçün isə idman zalları, intellektual oyunlar və sosial fəaliyyətlər daha sağlam alternativlərdir.

Əks halda, yığılan enerji və psixoloji gərginlik aqressiv davranışlara, impulsiv qərarlara və hətta müəyyən hallarda kriminal meyillərə yol aça bilər. Buna görə də uşaq və yeniyetmələrin davranışlarının adekvat şəkildə tənzimlənməsi, onların enerjisinin düzgün istiqamətə yönəldilməsi bu problemin qarşısını almağın əsas və faktiki olaraq yeganə effektiv yoludur.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Baharın ağ sehri FOTOLENT

Next

Son insidentlə bağlı bütün rəhbər heyət… – Metropoliten

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv