Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan–Ukrayna əlaqələri: tarixi bağlardan müasir strateji tərəfdaşlığa

By Vüsal Rafiqoğlu
25.04.2026 4 Min Read

“Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri strateji mesaj kimi dəyərləndirilə bilər. Çünki beynəlxalq münasibətlər sistemində iki dövlət arasında əlaqələr yüksək səviyyədə olduqda ölkə başçılarının qarşılıqlı səfərləri, birgə sənədlərin imzalanması, hansısa mühüm məsələlərin təkbətək formatda müzakirəsi diplomatik praktikanın tərkib hissəsidir. Bu baxımdan bu gün də Ukrayna prezidentinin məhz təkbətək formatda keçirilən görüşlərdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparması göstərir ki, səfər olduqca vacib xarakter daşıyır. Xüsusilə davam edən münaqişələr və müharibələr fonunda bu səfərin əhəmiyyəti daha da artır”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib.

ALLAH SON.jpg (46 KB)

Millət vəkili qeyd edib ki, bu səfərdən sonra Azərbaycan–Ukrayna münasibətləri yeni səviyyəyə yüksələcək və daha yüksək strateji xətt üzrə inkişaf edəcək:

“Tarixi baxımdan Azərbaycan və Ukrayna arasında hər zaman dost münasibətlər mövcud olub. Bu əlaqələrin dərin kökləri var və müxtəlif dövrlərdə daha da güclənib. Xüsusilə İkinci Dünya müharibəsi dövründə Azərbaycan nümayəndələrinin Ukrayna ərazisində faşizmə qarşı mübarizədə iştirakı, eləcə də azərbaycanlılardan ibarət partizan dəstələrinin fəaliyyəti bu tarixi bağların mühüm hissəsidir.

Ümumiyyətlə, iki xalq arasında mədəni və tarixi oxşarlıqlar, dəyərlərin yaxınlığı və humanitar əlaqələr bu münasibətlərin əsas dayaqlarını formalaşdırır. Bu faktorlar iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə mühüm təsir göstərir.

O6u34LnDynPmBD8nBU8kgkqti3f9tL9P7IsU9QLO_1200.jpg (70 KB)

Bu gün Azərbaycan şübhəsiz ki, Ukrayna ilə siyasi cəhətdən yüksək əlaqələrə malikdir və bir-birini müxtəlif platformalarda müdafiə etməklə yanaşı, hətta məsələn, Ukrayna nümayəndə heyətinin Avropa Şurasında və digər platformalarda Azərbaycanın mövqeyinin qorunması naminə çıxışlarını da xatırlamaq olar. Bu, digər tərəfdən siyasi müstəvidə olan əlaqələrin iqtisadi sahələrə də təsir etdiyini göstərir. Xüsusilə müharibəyə qədər çox sıx iqtisadi əlaqələr var idi və biz bunu kənd təsərrüfatı, ticarət və müxtəlif sahələrdə açıq şəkildə görürdük. Bu münasibətlər getdikcə dərinləşməkdə idi. Lakin Rusiya–Ukrayna münaqişəsinin başlaması bir çox proseslərin müəyyən mənada qarşısını aldı, amma bu o demək deyil ki, həmin proseslər tamamilə dayandı”.

Millət vəkili vurğulayıb ki, bu dövrdə Azərbaycan tərəfindən Ukraynaya humanitar və texniki dəstək göstərilməsi, xüsusilə yanacaq və fövqəladə hallarda yardım məsələləri Ukrayna ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib:

“Eyni zamanda Ukraynada təcili yardım, fövqəladə hallar və digər əhaliyə xidmət sahələrində fəaliyyət göstərən dövlət qurumlarının lazımi vasitələrlə, yanacaqla təmin olunması məsələsində Azərbaycan hökumətinin dəstəyi Ukrayna xalqı tərəfindən yüksək dəyərləndirilib.

Həmçinin, Azərbaycanın Ukraynada həyata keçirdiyi investisiya layihələri, o cümlədən bərpa və yenidənqurma işlərində iştirakı da diqqət çəkir. Azərbaycan şirkətlərinin bəzi şəhərlərin bərpasında iştirakı və infrastruktur layihələrinə töhfə verməsi strateji tərəfdaşlığın real nəticələridir. Bu, münasibətlərin yalnız siyasi deyil, praktiki müstəvidə də inkişaf etdiyini göstərir.

FgGlaGqSNe8XMQcndY6yWMu8FQrxdDWSVjEDwB1n_1200.jpg (82 KB)

Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycanın milli maraqları heç vaxt digər ölkələrin maraqlarının ziddinə yönəlmir. Əksinə, Azərbaycan elə bir balanslı siyasət həyata keçirir ki, milli maraqlar digər dövlətlərin maraqları ilə uzlaşdırılır və bu, “Azərbaycan modeli” kimi xarakterizə olunur. Ukrayna ilə münasibətlərdə də bu yanaşma özünü göstərir. Azərbaycan həm Rusiyayla strateji münasibətlərə malikdir, həm də Ukrayna ilə əməkdaşlığı inkişaf etdirir. Bu, ölkənin müstəqil və balanslı xarici siyasət kursunun nəticəsidir. Azərbaycan MDB çərçivəsində də fəal iştirak edir və müxtəlif strateji əlaqələrini qoruyur”.

Azər Allahverənovun sözlərinə əsasən, Azərbaycan hər zaman Rusiya–Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirir və bu münaqişədə hər hansı tərəfə hərbi dəstək vermir:

“Bu mövqe Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycan proseslərdə məsafəli və balanslı mövqe saxlayaraq, eyni zamanda dialoqun inkişafı üçün vasitəçilik təşəbbüsləri göstərir. Bu yanaşma həm Rusiya, həm də Ukrayna tərəfindən diqqətlə izlənilir və dəyərləndirilir. Azərbaycan istənilən halda qarşılıqlı dialoqun inkişafı üçün siyasi rıçaqlardan istifadə etmək əzmini nümayiş etdirir və bu, ölkənin beynəlxalq nüfuzunu artırır.

Eyni zamanda Azərbaycan Cənubi Qafqazda sabitlik mərkəzi kimi çıxış edir və Xəzər–Qara dəniz regionunda inteqrasiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Bir çox dövlətlər, hətta münaqişə vəziyyətində olan ölkələr belə çalışırlar ki, bu proseslərdə iştirak edərək öz milli maraqlarına uyğun siyasət formalaşdırsınlar.

ZELENN.png (518 KB)

Hamı bilir ki, müharibələr və rəqabətlər əbədi deyil və sonda danışıqlar və sülh sazişləri baş verir. Postmünaqişə dövründə Ukraynanın inkişaf strategiyası artıq əvvəlki nəticələr üzərində formalaşacaq və bu səfərdə də müzakirə olunan məsələlər – iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsi və digər sahələr – bu strategiyanın tərkib hissəsidir. Burada həm Azərbaycan, həm də Ukrayna tərəfindən ciddi siyasi iradə mövcuddur və bu, strateji tərəfdaşlığın daha da güclənməsinə xidmət edir. Bu səfər məhz həmin əlaqələrin daha da möhkəmlənməsi və yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ukrayna bazarı Azərbaycana nə qazandıra bilər? – İqtisadçının ŞƏRHİ

Next

Ayxan Hacızadədən SƏRT BƏYANAT: Bu, yolverilməzdir və dərhal silinməlidir

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv