Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zelenskinin Bakı səfəri: strateji tərəfdaşlıq, humanitar missiya və balans siyasəti

By Vüsal Rafiqoğlu
26.04.2026 4 Min Read

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətlərinin çoxşaxəli və dərin mahiyyətini bir daha nümayiş etdirdi.

Musavat.com xəbər verir ki, bu səfər təkcə diplomatik protokol çərçivəsində baş tutan görüşlərlə məhdudlaşmır, həm də iki ölkə arasında uzun illərə söykənən strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdıran mühüm siyasi hadisə kimi qiymətləndirilir. Mövcud reallıqlar fonunda bu səfər həm regional, həm də beynəlxalq kontekstdə diqqətlə təhlil olunur və onun nəticələri yalnız bugünkü deyil, gələcək əməkdaşlıq perspektivlərini də müəyyənləşdirir.
Zelenski Azərbaycan səfəri - JAMnews

Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi xarakter daşımır və bu əlaqələr konkret hüquqi-siyasi baza üzərində qurulub. Hələ 2008-ci ildə dövlət başçıları səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə iki ölkə arasında münasibətlərin istiqamətini müəyyən edən əsas sənəd kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu nəticəsində bu münasibətlər illər ərzində inkişaf edərək daha da möhkəmlənib. Zelenskinin səfəri də məhz bu davamlı xəttin növbəti mərhələsi kimi çıxış edir və göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq qısamüddətli siyasi proseslərdən asılı deyil, uzunmüddətli strateji maraqlara əsaslanır.

Bu münasibətlərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması, eyni zamanda humanitar müstəvini də əhatə etməsidir. Azərbaycan dövləti münaqişələrdən əziyyət çəkən xalqlara dəstək göstərməyi öz xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu yanaşma Ukrayna ilə münasibətlərdə də açıq şəkildə hiss olunur. Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş ölkə kimi müharibənin humanitar fəsadlarını dərindən dərk etməsi bu siyasətin əsasını təşkil edir. Məhz buna görə də Bakı Ukrayna ilə əlaqələrdə hərbi ritorikadan daha çox humanitar təşəbbüsləri ön plana çəkir.

Bu yanaşma konkret addımlarla müşayiət olunur. Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən bariz nümunələrindən biridir. Müharibələrin ən ağır psixoloji yükünü uşaqların daşıdığı nəzərə alınaraq onların sosial və psixoloji reabilitasiyasına xüsusi diqqət yetirilir. Bu təşəbbüslər davamlı xarakter daşıyır və yaxın perspektivdə ukraynalı tələbələr üçün də oxşar proqramların həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış çətinliklər fonunda Azərbaycanın göndərdiyi elektrik generatorları mülki əhali üçün mühüm dəstək rolunu oynayır. Xəstəxanalar və sosial obyektlərin fəaliyyətinin təmin olunmasına yönələn bu addımlar Azərbaycanın humanitar siyasətinin praktik təzahürüdür.

Qəbələdə Azərbaycan və Ukrayna prezidentləri görüşdü - VİDEO - Globalinfo.az

İkitərəfli münasibətlərin inkişafında insanlararası əlaqələr də xüsusi yer tutur. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında sosial və mədəni körpü rolunu oynayır və bu, əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu amil həm də iqtisadi və ictimai sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.

Səfər çərçivəsində müzakirə olunan məsələlər arasında hərbi-texniki əməkdaşlıq da yer alsa da, bu mövzunun mahiyyətini düzgün qiymətləndirmək vacibdir. Bu əməkdaşlıq Azərbaycanda təşkil olunur və əsasən müdafiə xarakteri daşıyır. Xüsusilə müasir müharibələrin əsas elementlərindən birinə çevrilmiş pilotsuz uçuş aparatlarına qarşı texnologiyaların inkişafı diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsi şəraitində Ukraynanın qazandığı təcrübə bu sahədə praktik əhəmiyyət kəsb edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan prinsipial olaraq müharibənin hərbi komponentində iştirak etmir və bu mövqeyini dəyişmir.
Mina terroru: Ermənistanın Azərbaycana yönəltdiyi təhlükə - ŞƏRH

Azərbaycanın əldə etdiyi digər mühüm təcrübə mina təmizləmə və post-münaqişə bərpası sahəsindədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər ölkəyə bu istiqamətdə unikal bilik və bacarıqlar qazandırıb. Bu təcrübə gələcəkdə Ukrayna üçün də faydalı ola bilər. Azərbaycan mina təmizləmə avadanlıqları və texniki biliklərlə dəstək verə, eyni zamanda bərpa və quruculuq layihələrinin həyata keçirilməsində öz modelini bölüşə bilər. Bu isə artıq əməkdaşlığın yeni, post-münaqişə mərhələsinə yönəlik perspektivlərini ortaya qoyur.

Azərbaycanın Ukrayna ilə münasibətlərində ən vacib məqamlardan biri onun siyasi mövqeyidir. Bakı müstəqil xarici siyasət yürüdür və bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir və Azərbaycan bu yanaşmaya sadiq qalır. Eyni zamanda ölkə Rusiya ilə Ukrayna arasında davam edən münaqişədə tərəf tutmur, hərbi iştirakdan tamamilə uzaqdır və problemin dialoq yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın diplomatik imkanları nəzərə alındıqda, gələcəkdə belə münaqişələrin həllində platforma rolunu oynamaq potensialı da real görünür.

Azərbaycan Rusiya ilə də öz əlaqələrini inkişaf etdirir. Bir müddət əvvəl iki ölkə arasında yaşanan gərginlik də artıq aradan qaldırılıb. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri onların maraqlarına xidmət edir.
İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan həmişə dost hesab etdiyi ölkələr arasında dostluq münasibətlərinin inkişafını təşviq edir, buna dəstək göstərir. Bu da Azərbaycanln xarici siyasətinin təməl prinsiplərindən biridir.

Bu balanslı siyasət Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir və artıq öz effektivliyini sübut edib. Bakı müxtəlif tərəflərlə eyni zamanda münasibətləri inkişaf etdirməyi bacarır və bu, regionda sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm Ukrayna ilə strateji tərəfdaşlığını gücləndirir, həm də digər tərəflərlə münasibətlərini qoruyaraq çoxtərəfli əməkdaşlıq modelini davam etdirir.

İqtisadi sahədə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji sektoru bu baxımdan ön plana çıxır. SOCAR-ın Ukraynada fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin real göstəricisidir və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün potensial mövcuddur. Enerji təhlükəsizliyi, nəqliyyat və logistika kimi istiqamətlər gələcək əməkdaşlığın əsas sütunları kimi çıxış edə bilər.
Zelenskinin Bakı səfəri regionda yeni diplomatik mərhələnin başlanğıcıdır -  ŞƏRH

Bütün bu amillər göstərir ki, Zelenskinin Azərbaycana səfəri yalnız cari siyasi hadisə deyil, daha geniş strateji və humanitar məzmun daşıyan bir prosesin tərkib hissəsidir. Azərbaycan bu münasibətlərdə həm öz milli maraqlarını qoruyur, həm də beynəlxalq əməkdaşlığa və humanitar dəyərlərə əsaslanan siyasətini davam etdirir. Bu isə ölkənin regionda və daha geniş coğrafiyada etibarlı, balanslı və proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev: Vaşinqtondakı bu cür zorakılıq hərəkətləri qəbuledilməzdir və qəti şəkildə pislənməlidir

Next

TƏCİLİ! Güclü zəlzələ oldu – Qardaş ölkədə

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv