Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür

By Vüsal Rafiqoğlu
28.04.2026 3 Min Read

İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri layiqli əməyin təminatı, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit edilib. 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib və Məcəllədə əməyin mühafizəsi normaları, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələləri əhatə olunub.

Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və bunun nəticəsi olaraq ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Son 7 ildə 5 sosial islahat paketi icra olunmaqla sosial ödənişlərin, o cümlədən əməkhaqlarının ciddi artımına nail olunub. Aparılan məqsədyönlü sosial siyasət eyni zamanda işçilər üçün sağlam və normal əmək şəraitinin yaradılmasına, iş yerlərində əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Ötən dövrdə ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı olan və əməyin mühafizəsi ilə əlaqədar sənədləri də əhatə edən 60-dək Konvensiyasını, o cümlədən “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib. Habelə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunub və ötən ilin noyabr ayında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb. Eyni zamanda, son illər mütərəqqi beynəlxalq yanaşmalar əsasında əmək qanunvericiliyinin daim təkmilləşdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Ölkəmizin Əmək Məcəlləsində əməyin mühafizəsi normaları, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar geniş əhatə olunub. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verməsi öhdəliyi də əksini tapmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş yerlərində təhlükəsiz, sağlam əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Xidmət işəgötürənlərlə bu istiqamətdə fəal işlər aparır, onların və işçilərin iştirakı ilə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də qeyd edilən mövzuda 115 maarifləndirmə tədbiri təşkil edilib.

Eyni zamanda, əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti sahəsində innovativ həllərin, müasir texnologiyaların, qabaqcıl dünya təcrübəsinə uyğun risk əsaslı yanaşma modellərinin, ədalətli və şəffaf nəzarət mexanizmlərinin tətbiqi sahəsində də mühüm addımlar atılıb. 2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi əmək münasibətləri üzrə bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, xidmətlərin çevikliyini, şəffaflığını təmin edən vahid əmək münasibətləri platformasıdır. 2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzi də iş yerlərinin attestasiyasının həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi ilə bağlı praktiki mexanizmlərin tətbiqi sahəsində işəgötürənlərlə əməkdaşlıq edərək onlara peşəkar xidmətlər göstərir. Xidmətin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən isə son 3 ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı hazırlanaraq təsdiq edilib və bu il daha 60 yeni dövlət standartının hazırlanaraq qəbul edilməsi nəzərdə tutulub. “DOST Müfəttiş” layihəsi çərçivəsində isə  müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının tətbiqi ilə bağlı işəgötürənlərə önəmli tövsiyələr verilir.

Qeyd edək ki, BƏT tərəfindən builki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Gəlin sağlam psixososial iş mühitini təmin edək!” devizi müəyyən olunub. Əməyin mühafizəsində fiziki təhlükəsizliklə yanaşı, sağlam psixososial iş mühitinin təmin edilməsi də mühüm rola malikdir. Çünki psixososial amillər də iş mühitinə, işçinin əmək məhsuldarlığına təsir göstərə bilər. Qeyd edilən amillə bağlı olaraq da risklərin düzgün idarə edilməsi,  qiymətləndirilməsi müasir dövrdə əmək münasibətləri üçün vacib məsələlərdən biridir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Külək nə vaxt dayanacaq… – AÇIQLAMA

Next

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv