Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

SOS: Toylarda “Vağzalı” YOXA çıxır – Təzə TREND, müasirlik, yoxsa…

By Vüsal Rafiqoğlu
29.04.2026 4 Min Read

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin “Vağzalı” istəmədiyini deyib. O, muğam ifaçılarının da buna şərait yaratdığını bildirib.

“Artıq neçə toydur “Vağzalı” ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyən mahnılar – bəy və gəlin bununla içəri daxil olur. Amma “Vağzalı”nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı”, – sənətçi qeyd edib.

Onun sözlərinə görə, muğam ifaçıları “Vağzalı”nı unutdurmağa şərait yaradırlar. “Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma “Vağzalı”nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə “Vağzalı” çalınsın”, – klarnet ifaçısı əlavə edib.

Belə bir tendensiya kütləviləşə bilərmi? Bəs adət-ənənəmiz necə olsun?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Məsələ ilə bağlı Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Musavat.com-a danışıb. İfaçı səslənən fikirlərə bu cür münasibət bildirib: “Bu haqda ilk dəfədir eşidirəm. Şəxsən mənim iştirak etdiyim toylarda “Vağzalı” səslənir. Digər toylarda hansı musiqilərin ifa olunduğu barədə isə dəqiq fikir söyləyə bilmərəm. İstər “Vağzalı” ilə, istərsə də xarici musiqi ilə bağlı kiminsə seçiminə qarışmaq mənim haqqım deyil. Əsas odur ki, insanlar xoşbəxt olsunlar. Hər kəs özü qərar verir ki, toya hansı musiqi ilə daxil olub, hansı musiqi ilə yola salınacaq. Bu, tamamilə şəxsi seçimdir və kənardan müdaxilə doğru deyil. Guya mən fərd olaraq desəm ki, belə olmaz, bu dəyişəcəkmi? Əlbəttə ki, yox.

O ki qaldı muğam ifaçılarının toylarda xarici musiqi ifa etməsinə, açığı, mən buna rast gəlməmişəm. Əgər belə hallar varsa da, bu da hər kəsin öz seçimidir. Mən özüm də xarici musiqilər ifa edirəm, məsələn, fransız mahnısı oxumuşam, amma bunu bəy və gəlinin toya daxil olduğu an üçün etməmişəm. Əgər konkret olaraq hansısa muğam ifaçısından söhbət gedirsə, onun adı məlumdursa, qeyd oluna bilər. Ümumiyyətlə, muğam ifaçıları xarici musiqiyə müraciət edirsə, bu, müəyyən mənada inkişafın göstəricisi kimi də qiymətləndirilə bilər. Bunun nəyi pisdir ki? Əsas odur ki, bu proses milli dəyərlərimizə zidd getməsin. Allah bu inkişafı əlimizdən almasın. Hər şey öz axarında və gözəl olanda daha dəyərlidir”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib ki, Azərbaycan toyu milli mədəniyyətimizin və xalqımızın canlı bir təsisatıdır və hər zaman yeniliyə açıq olub: “Vaxtilə, ötən əsrin 60-cı illərində Azərbaycan toylarında gedən islahatları qəbul etmək istəməsək də, məhz həmin dəyişikliklər bugünkü toy formatını bizə bəxş edib. Yəni əvvəllər qadın və kişi toyları, qız və oğlan məclisləri ayrı-ayrı keçirilirdi. Sonradan isə bu sistemdə dəyişikliklər baş verdi. Hətta bir dövr olub ki, mağar toyundan qadın toyuna kişilər, kişi toyuna isə qadınlar daxil ola bilmirdi və bu da müəyyən mənada narazılıqlara, hətta mübahisələrə səbəb olurdu.

Son illərdə isə mağar toyları demək olar ki, sıradan çıxıb və toy mərasimlərinin böyük əksəriyyəti bir məclisdə keçirilir. Əvvəllər qadın və kişi toyları ayrı-ayrı olsa da, indi onlar birləşdirilib və biz şadlıq saraylarında, restoranlarda xınayaxdı, paltar kəsdi, qız və oğlan toylarının birləşdirilmiş forması olan hibrid milli toy modelinin şahidi oluruq. Bəzən isə toy anlayışı daha geniş məna kəsb edərək böyük məclislər, xüsusi şadlıq formatları şəklində təşkil olunur. Məncə, bu yanaşma daha uyğundur. Çünki Bakı paytaxt olaraq Azərbaycanın əhalisinin demək olar yarısını özündə birləşdirir. Əhalinin böyük bir hissəsi Abşeron yarımadasında, xüsusilə Bakı şəhərində yaşayır. Əgər hər kəs ayrıca çadır və ya mağar toyları keçirsə, yaxud mərasimləri ayrı-ayrılıqda təşkil etsə, bu, ciddi xaos yarada bilər”.

Ekspert qeyd edib ki, hazırda daha çox hibrid və maraqlı toy formaları müşahidə olunur: “Hətta toy edənlər mərasimi canlı yayımlayaraq xaricdə yaşayan və toya gələ bilməyən yaxınlarının da bu sevincə şərik olmasını təmin edirlər. Qaldı ki, toyda səslənən musiqi məsələsinə, əvvəllər biz toyları həm musiqi, həm də süfrə ilə bağlı həddindən artıq israfçılığa görə tez-tez tənqid edirdik. Amma unuduruq ki, insan həyatında toy adətən bir dəfə olur və azərbaycanlı olaraq biz qonaqpərvərliyi, süfrə bolluğunu sevirik. Öz toyumuzda bunu nümayiş etdirmək üçün müəyyən xərclərə getmək təbiidir, əlbəttə ki, həddi aşmamaq şərtilə.

İndi isə diqqət daha çox toy musiqisinə yönəlib. Halbuki toy havaları və rəqslər Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Hətta demək olar ki, milli musiqi və incəsənət məhz toy mühitində daha da inkişaf edib. Toy həm də bir növ kreativ biznes sahəsidir – burada qonorar var, insanlar həm əylənir, həm də qazanc əldə edirlər. Bu səbəbdən toy musiqisi sabit qalmır, daim dəyişir, yenilənir və müəyyən islahatlar keçir.

Bəli, bizim qulağımız və zövqümüz “Vağzalı” musiqisinə çox öyrəşib, amma bu, yeganə dominant musiqi deyil. Əgər biz bütün toylarda eyni ssenarini, eyni musiqini görmək istəmiriksə, “Vağzalı”nın səslənməməsini, yaxud bəy və gəlinin başqa musiqi ilə məclisə daxil olmasını bu qədər problemə çevirməməli, ictimai polemikaya çıxarmamalıyıq. İnsanlar müxtəlif düşüncələrə malikdir. Bu gün bir çox hallarda insanlar yalnız öz millətindən olan şəxslərlə deyil, multikultural ailələr qurur, fərqli xalqların nümayəndələri ilə evlənirlər. Azərbaycanlı qız və ya oğlan xarici, hətta din baxımından fərqli olan bir şəxslə ailə qura bilər. Belə hallarda onlardan mütləq şəkildə “Vağzalı” sədaları altında məclisə daxil olmağı tələb etmək doğru olmaz. Əlbəttə, “Vağzalı” olsa, bu, daha milli və doğma görünər, amma onun olmaması da faciə deyil. Başqa musiqi sədaları altında da bəy və gəlin məclisə daxil ola bilər.

Son vaxtlar isə mahnılar və rəqslərlə zənginləşdirilmiş, daha çox teatrlaşdırılmış toylar müşahidə olunur. Xüsusi təşkilatçılar tərəfindən ssenariləşdirilmiş toylar dəbə minib. Bu tip məclislərdə bəzən görürük ki, ssenariyə uyğun olaraq bəy və gəlin Azərbaycan himninin sədaları altında və ya “Koroğlu” uvertürası ilə məclisə daxil olur. Elə toylar da var ki, şəhid ailələri və qazilərlə bağlı olur və belə hallarda təntənəli “Vağzalı” əvəzinə, daha çox döyüş ruhlu və ya kədərli musiqilər səsləndirilir”.

Aydın Xan Əbilov sonda vurğulayıb ki, insanların şəxsi seçimlərinə müdaxilə etmək, “niyə məhz Vağzalı deyil” sualı ətrafında böyük müzakirələr açmaq o qədər də doğru deyil: “Hər kəs öz zövqünə, dünyagörüşünə və həyat tərzinə uyğun seçim edir və bu seçimlərə hörmətlə yanaşmaq daha düzgün yanaşma olardı”.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi – FOTOLAR

Next

Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi – Ölən var

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv