Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? – İQTİSADÇIDAN AÇIQLAMA

By Vüsal Rafiqoğlu
30.04.2026 3 Min Read

Azərbaycanda işsiz qalan vətəndaşlara dövlət tərəfindən müavinət verilməsi mümkündürmü? Mövcud qanunvericilik bu sahədə hansı imkanları yaradır və işsiz statusu alan şəxslər hansı hallarda maliyyə dəstəyi ilə təmin olunur? Bu suallar fonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial proqramlar və işsizlik müavinətinin verilmə mexanizmləri yenidən diqqət mərkəzinə gəlir.
Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda klassik mənada “işsizlik müavinatı” adlanan ödəniş hazırda yoxdur, amma işsiz şəxslərə dəstək üçün bir neçə mexanizm işləyir. Onun sözlərinə görə, 2006-cı ilə qədər İşsizlikdən Sığorta Fondundan müavinat verilirdi: “Sonra sistem dəyişdi. İndi birbaşa “işsizəm” deyə pul almaq olmur. Əvəzində üç əsas alət var:
Birincisi, işsizlikdən sığorta ödənişi. Əgər sən son 12 ayda ən azı 12 ay sığorta stajın olubsa və ixtisar, ləğvetmə, müddətli müqavilənin bitməsi kimi səbəblərdən işdən çıxarılmısansa, 6 ay müddətində orta aylıq əməkhaqqının 50 faizini alırsan. Minimum 300 manat, maksimum ölkə üzrə orta aylıq maaş qədər. Amma bu müavinət öz ərizəsi ilə çıxanlara, intizam pozuntusuna görə qovulanlara verilmir. Ona görə çox adam bundan yararlana bilmir.
İkincisi, ünvanlı sosial yardım. Əgər ailənin adambaşına gəliri ehtiyac meyarından, yəni 2025-ci il üçün 270 manatdan aşağıdırsa, dövlət fərqi ödəyir. Bu, işsizlər üçün də keçərlidir. Amma ailədə bir nəfər işləyirsə və ya maşın, torpaq, əmlak varsa, yardım kəsilir.
Üçüncüsü, özünüməşğulluq proqramı və haqqı ödənilən ictimai işlər. Dövlət işsizə mal, avadanlıq verir ki, özünə iş qursun. Yaxud 6 aylıq müqavilə ilə ayda 345 manat ödəməklə abadlıq, təmizlik işlərinə cəlb edir.

Yəni tam boş-boş oturana pul verilmir. Dəstək “iş axtaran, işləmək istəyən” şəxsə yönəlib.
Verilməlidirmi sualına gəldikdə, burada balans lazımdır.
Verilməsinin arqumentləri: Birincisi, sosial müdafiədir. İnsan işdən çıxanda 2-3 ay kirayə, ərzaq, dərman pulu tapmalıdır. Müavinat həmin dövrdə aclıq həddinə düşməyin qarşısını alır. İkincisi, iqtisadiyyat üçün stabilizatordur. Böhran vaxtı işsiz çoxalanda müavinat bazara pul çıxarır, tələbi saxlayır. Üçüncüsü, iş axtarmağa vaxt verir. Ac adam ilk tapdığı 300 manatlıq işə razı olur, ixtisasını itirir. Müavinat olsa, ixtisasına uyğun işi 2-3 ay axtara bilər. Avropada, Türkiyədə, hətta Qazaxıstanda da bu sistem var.

Əleyhinə arqumentlər: Birincisi, “asılılıq” yarada bilər. Xüsusən regionlarda işləmək əvəzinə müavinatla oturmaq istəyən çıxacaq. İkincisi, büdcəyə yükdür. Azərbaycanda rəsmi işsiz sayı 300 minə yaxındır. Hər birinə ayda 300 manat versən, ildə 1 milyard manatdan çox pul lazımdır. Üçüncüsü, kölgə iqtisadiyyatını böyüdür. Adam müavinat alıb qeyri-rəsmi işləyəcək. Nəzarət mexanizmi zəif olsa, sui-istifadə çoxalar.
Məncə həll yolu tam müavinat yox, “şərtli işsizlik sığortası”nı gücləndirməkdir. İndi olan 6 aylıq ödənişin əhatəsi genişlənməlidir. Öz ərizəsi ilə çıxan, amma haqlı səbəbi olan – maaş gecikir, əmək hüququ pozulur – adamlar da almalıdır. Məbləğ minimum 400 manat olmalıdır. Amma şərti dəqiq qoyulmalıdır: adam Məşğulluq Mərkəzində qeydiyyatda durmalı, təklif olunan münasib işdən iki dəfə imtina edəndə müavinat kəsilməlidir, təlimə getməlidir.

Belə olanda həm sosial müdafiə olur, həm də adamı işdən soyutmur.
Yəni “heç kimə verməyək” sərt olar, “hamıya verək” də büdcəni çökdürər. Məqsəd işsiz qalanı 4-6 ay ayaqda tutub əmək bazarına qaytarmaqdır. Bunun üçün işləyən, sığorta ödəyən hər kəs fonda pul yığmalıdır, ehtiyacı olanda da oradan almalıdır. Bu həm ədalətlidir, həm də dayanıqlıdır”.

Müəllif: İlkin Məmmədkərimov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaşı 50-dən aşağı olanların NƏZƏRİNƏ

Next

SON DƏQİQƏ: Rəşad Dağlı azadlığa çıxa bilər

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv