Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

140 min manatlıq narkotik ƏLƏ keçirildi – Bərdədə İfşa olunan PLAN

By Vüsal Rafiqoğlu
01.05.2026 3 Min Read

Daxili İşlər Nazirliyinin apardığı ardıcıl tədbirlər nəticəsində həm narkotiklərin iri partiyaları, həm silah-sursat, həm də müxtəlif növ oğurluq faktları ifşa olunub. Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 30-da ölkə üzrə həyata keçirilən əməliyyatlar nəticəsində 53 yeni, 16 bağlı cinayət açılıb. 133 nəfər axtarışdan çıxarılaraq saxlanılıb, onlardan 111-i borclu şəxs kimi axtarışda olub.

74 nəfər cinayət şübhəsi ilə tutulub. Dələduzluqla bağlı axtarışda olan 12 nəfər yaxalanıb. Eyni gündə ümumilikdə 15,7 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Polisin keçirdiyi əməliyyatlar zamanı paytaxt və regionlarda 1 avtomat silah, 1 tapança, 1 qumbara, 5 tüfəng, 3 patron darağı, 126 ədəd patron aşkar edilərək götürülüb. Sabunçu rayonunda yerləşən istixanadan 3 ədəd su mühərriki (4500 manat dəyərində) oğurlanıb. Polis əməliyyatı nəticəsində əvvəllər də məhkum olunmuş S.Hüseynov saxlanılıb.

Araşdırmalar göstərib ki, oğurlanan mühərriklər dərhal metal qəbulu məntəqəsinə satılıb. Balakəndə isə vəziyyət daha da qəribədir. Rayon sakini Famil Layıcovun ümumilikdə 514 metr kanalizasiya borusunu oğurladığı müəyyən edilib. Boruların bir hissəsi artıq satılıb. Eyni əməliyyat çərçivəsində 46 yaşlı Eldəniz Xəlilov da məişət və tikinti materiallarının oğurlanmasında şübhəli bilinərək saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıb. Onların üzərinə və saxlandıqları yerlərə baxış zamanı ümumilikdə 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Şübhəlilər ifadələrində narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyini və Bərdə rayonunda satışının təşkil edilməsini planlaşdırdıqlarını etiraf ediblər. Hadisə bölgədə narkotik bazarının genişlənməsi ilə bağlı ciddi narahatlıq yaradıb.

Söyüdlü sakinlərinin dediklərində həqiqət var - Arzu Nağıyev

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu gün narkomaniya dövlətlərin milli təhlükəsizliyinə təhdid yaradan qlobal bir gizli iqtisadiyyata çevrilib: “Təsəvvür edin ki, Bərdədə tutulan cəmi 8 kiloqramdan bir qədər artıq olan 4 kiloqram 300 qram həşiş, 3 kiloqram 200 qram marixuana və 1 kiloqram tiryəkdən ibarət “yük”ün qara bazardakı dəyəri təxminən 140 min manata yaxındır. 2026-cı ilin ilk rübünün rəsmi məlumatlarına görə, Azərbaycanda müsadirə edilən narkotik vasitələrin böyük hissəsi, təxminən 85 faizini marixuana təşkil edir.

Lakin ən təhlükəli məqam ondan ibarətdir ki, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin tərkibi laboratoriya şəraitində psixotrop maddələrlə zənginləşdirilir. Bu, asılılığı daha da sürətləndirir və insan beynini geri dönməz şəkildə zədələyir. İndi təsəvvür edin ki, “mal” qanunsuz dövriyyəyə daxil olsaydı, minlərlə gəncin həyatını zəhərləyəcəkdi. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar göstərir ki, bu zəhər tacirləri çox vaxt tutulur”.

Arzu Nağıyev deyib ki, narkotiklərin qiyməti artdıqca, cinayətkar qrupların risk iştahı da böyüyür: “Cəmiyyət olaraq anlamalıyıq ki, bu rəqəmlər iqtisadiyyatın deyil, ölümün qiymətidir. Bir kiloqram tiryəkin və ya bir neçə kiloqram həşişin gətirdiyi gəlir bir insanın həyatından və azadlığından daha dəyərli ola bilməz. Belə partiyalar adətən tək satış üçün yox, bir neçə mərhələyə bölünərək regionlara paylanmaq üçün nəzərdə tutulur. Bu da qazancın real miqyasını bir neçə dəfə artırır”.

Deputat qeyd edib ki, qanunsuz dövriyyədə əsas risk yalnız maddələrin miqdarı deyil: “Burada narkobandaların logistika şəbəkəsi, satış nöqtələri yer alır və maliyyə axını – “çirkli pul”ların dövriyyəyə daxil olması baş verir. Bu mənada Bərdədə aşkarlanan partiya, sadəcə, bir əməliyyat yox, daha geniş strukturun izinə düşülməsi ola bilər. Aşkar edilən 8 kiloqramdan artıq narkotik vasitə yalnız hüquqi cinayət faktı deyil, eyni zamanda yüz min manatlıq gizli iqtisadi dövriyyənin ifşasıdır”.

Arzu Nağıyev əlavə edib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin milli təhlükəsizlik konsepsiyasının, sosial siyasətinin və ictimai sağlamlıq strategiyasının ayrılmaz hissəsinə çevrilib.

E.Məmmədəliyev,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət etdi

Next

Azərbaycanda yumurta istehsalı azalıb? – İstehsalçılar deyir ki…

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv