Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bir sancma, bir ölüm: Arılar nə zaman “qatilə” çevrilir?

By Vüsal Rafiqoğlu
02.05.2026 3 Min Read

Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə arı sancan kişi ölüb. Məlumata görə, 48 yaşlı Bakı sakini Nazim Əmrahov rayonun Düyərli kəndinə qonaq gedib. Bağda gəzərkən onu arı sancıb. Bundan sonra vəziyyəti pisləşən kişi xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hər il buna bənzər hadisələr olur və ortaya çoxsaylı suallar çıxır: arı sancması nə zaman həyati təhlükə daşıyır?

Xatırladaq ki, arı zəhəri elmi dildə apiterapiya çərçivəsində tibbdə müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Bu zəhərin tərkibində iltihabəleyhinə, ağrıkəsici və immun sistemi stimullaşdıran maddələr mövcuddur. Dünyada 16 mindən çox arı növü var və onların böyük əksəriyyəti insan üçün təhlükəli deyil. Yalnız kiçik bir hissəsi sürü halında yaşayır və kollektiv müdafiə instinkti səbəbilə daha aqressiv davranır. Ən geniş yayılmış növ isə bal arılarıdır və onlar təbiətin ekosistemində, xüsusilə tozlanma prosesində əvəzsiz rol oynayır.

Lakin mütəxəssislər bildirir ki, bütün bu faydalar arı sancmasının təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə, bəzi hallarda arı sancması son dərəcə ciddi fəsadlara yol aça bilər. Xüsusilə yaz, yay və payız aylarında, arıların daha aktiv olduğu dövrdə sancma halları artır. Payızda isə qida ehtiyatlarının azalması səbəbilə arılar daha aqressiv olur və insanlarla təmas ehtimalı yüksəlir.

Ən böyük risk isə anafilaktik şok ilə bağlıdır. Bu, orqanizmin arı zəhərinə qarşı həddindən artıq güclü allergik reaksiyasıdır və bir neçə dəqiqə ərzində tənəffüs çatışmazlığı, təzyiqin düşməsi, huşun itməsi ilə nəticələnə bilər. Mütəxəssislər xüsusilə vurğulayır ki, belə vəziyyətlərdə təcili tibbi müdaxilə olunmazsa, ölüm riski çox yüksəkdir. Xüsusilə xalq arasında “eşşək arısı” kimi tanınan arılar daha təhlükəli hesab olunur. Onların sancması daha ağrılı olmaqla yanaşı, zəhəri də daha güclü təsir göstərir. Üz, boyun, dil və qırtlaq nahiyəsinə sancma isə ikiqat risklidir, çünki bu zaman tənəffüs yolları şişərək bağlana bilər.

Kütləvi sancmalar da ayrıca təhlükə yaradır. Bir neçə arının eyni anda hücumu nəticəsində orqanizmdə ağır zəhərlənmə, toksik reaksiya inkişaf edə bilər. Bu zaman allergiya olmasa belə, zəhərin miqdarı həyati təhlükə yarada bilər.

Dünyada “qatil arılar” kimi tanınan Afrika bal arıları mövcuddur. Bu arılar son dərəcə aqressivdir və yuvalarını kütləvi şəkildə qoruyurlar. Lakin onların “bir saniyədə öldürməsi” kimi fikirlər elmi baxımdan şişirdilib. Real təhlükə onların çoxlu sayda hücum etməsi və insanın onlarla sancmaya məruz qalmasıdır. Sevindirici haldır ki, bu növə Azərbaycanda rast gəlinmir. Azərbaycanda əsas risk daha çox “eşşək arıları” və adi bal arıları ilə bağlıdır.

Mütəxəssislər qeyd edir ki, arı sancmasından sonra meydana gələn ağrılar sancma sayına, arının iynəsinin uzunluğuna, arının növünə (“eşşək arısı”, vəhşi arı) görə fərqlilik göstərir. Bal arıları adamı sancdıqdan sonra ölür. Lakin “eşşək arıları” və vəhşi arılar kimi növlər birdən çox sanca bilər və yaşamaya davam edə bilər. Arılar sancdıqda ağrı, qızartı və şişkinlik kimi əlamətlərə səbəb ola biləcək toksinlər xaric edə bilərlər. Bəzi insanların bu toksinlərə qarşı  allergiyası var.

Arını iynəsindən yayılan toksinləri azaltmaq üçün dərinin altında qalan iynəni cımbız köməyi ilə çıxarılmalıdır. Arı sancmasında çalışmaq lazımdır ki, zəhərin yayılmasının qarşısını almaq üçün 30 saniyə ərzində arı iynəsi çıxarılsın. Çünki nə qədər uzun müddət qalarsa, bir o qədər zəhərli olar və daha çox reaksiyalar şiddətli olaraq acıverici, ağrılı olar. Daha sonra arının sancdığı yerə buz kompres qoyularaq yarana biləcək şişkinlik və ağrıların qarşısı alınmalıdır. Buz zəhərin bədən tərəfindən sorulmasının qarşısını almaqda da rol oynayır.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Next

Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv