Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Zəhər dolu, partlamağa hazır “saatlı bombalar” – Azərbaycanlılar niyə ölür?

By Vüsal Rafiqoğlu
04.05.2026 3 Min Read

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyinti məhlullarından, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri spirtli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

eyyub son.PNG (353 KB)

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin 2026-cı ilin aprel ayı üçün açıqladığı rəqəmlər sadəcə statistik göstərici deyil, cəmiyyətin daxilində gizlənən və hər an partlamağa hazır olan “saatlı bombaların” xəritəsidir:

“Bir ay ərzində 79 nəfərin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi və onlardan 5-nin həyatını itirməsi məişət vərdişlərimizdən tutmuş, istehlak mədəniyyətimizə qədər bir çox məqamda ciddi boşluqların olduğunu sübut edir. Zəhərlənmələrin strukturuna baxdıqda, dərman preparatlarının yaratdığı fəsadlar vahiməli mənzərə yaradır. Evlərimizdəki dərman qutuları çox vaxt şəfa mənbəyi deyil, nəzarətsiz qaldıqda ölüm saçan bir arsenala çevrilir. Həkim məsləhəti olmadan, qonşu tövsiyəsi ilə qəbul edilən ağrıkəsicilər və ya depressiv anlarda çıxış yolu kimi görülən yüksək dozalı həblər aprel ayında 31 nəfəri ölümün astanasına gətirib. Bu, cəmiyyətimizdə dərman istifadəsi ilə bağlı maarifləndirmənin hələ də bəsit səviyyədə qaldığının acı təzahürüdür. Siyahıdakı ən kəskin məqam isə sirkə turşusu və fosfor üzvi birləşmələr kimi yandırıcı, dağıdıcı maddələrlə bağlıdır. Sirkə turşusu məişətdə adi bir qida qatqısı kimi görünsə də, yanlış əllərdə və ya yanlış qablaşdırmada kimyəvi silaha çevrilir. Aprel ayındakı ölümlərin əsas səbəbi kimi məhz sirkə turşusu və fosfor birləşmələrinin göstərilməsi bu maddələrin orqanizmdə yaratdığı geridönməz dağıntıdan xəbər verir. Onlar daxili orqanları sözün həqiqi mənasında “əridir” və bəzən ən peşəkar toksikoloji müdaxilə belə bu bioloji fəlakətin qarşısında aciz qalır. Zəhərlənmələrin bir hissəsi isə saxta spirtli içki bazarı ilə bağlıdır. Spirtli içki bazarında hələ də mənşəyi məlum olmayan, zirzəmilərdə, antisanitar şəraitdə doldurulan “ölüm şüşələri” ilə doludur! İstehlakçı bilmir ki, o, brend adı altında aldığı şüşədə əslində etil yox, ucuz və qatil metil spirtini evinə aparır”.

“Bu, sadəcə zəhərlənmə deyil, bu, istehlakçının cibinə girib onun canını alan mütəşəkkil bir cinayət zənciridir. Etiketlərin saxtalaşdırılması, aksiz markalarının qeyri-qanuni dövriyyəsi və ən əsası, bəzi ticarət obyektlərinin mənfəət naminə insan həyatını heçə sayması aprel ayında 4 kişinin və 1 qadının həyatına son qoyan o toksik vəziyyəti yaradıb. Bu gün bazarda ucuz qiymətə təklif olunan hər bir “mənşəyi şübhəli” içki əslində kəfən puludur”, – deyə Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlərin ifşa edilməsi də vəziyyəti dəyişmək gücündə deyil:

“Spirtli içkilərin də digər məhsullar kimi yararlılıq müddəti var. Məsələn, araqların yararlılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin üstündə yararlılıq müddəti yazılmayıb. “Spirtli içki uzun müddət qalanda daha yaxşı olar” anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar”.

İnsanların niyə öldüyü sualına gəldikdə, Eyyub Hüseynov deyib ki, burada həm də tibbi savadsızlıq və zamanın itirilməsi dayanır:

“Zəhərlənən şəxslər çox vaxt ilkin əlamətlərin keçib gedəcəyinə ümid edir. Evdə süd içməklə və ya digər primitiv üsullarla özlərini müalicə etməyə çalışırlar. Lakin toksikologiya saniyələrlə ölçülən bir elmdir. Zəhər qana qarışdıqdan, qaraciyər və böyrəkləri sıradan çıxardıqdan sonra edilən hər bir müdaxilə bəzən sadəcə qaçılmaz sonu bir neçə saat ləngidir. İstehlak etdiyimiz hər bir məhsulun tərkibinə, aldığımız hər bir dərmanın dozasına və məişətdə saxladığımız hər bir kimyəvi maddəyə qarşı maksimum diqqətli olmalıyıq. Unutmayaq ki, saxta məhsullara və ehtiyatsızlığa qurban verilən hər bir can cəmiyyətimizin itkisidir”.

E.Məmmədəliyev,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hirkan meşələrində bəzi heyvan növlərinin sayında artım var – Fototələlər maraqlı görüntülər qeydə alıb

Next

İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv