Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Həmin il hamı tərəddüddə idi, Heydər Əliyev isə risk etdi..” – Sabiq nazir

By Vüsal Rafiqoğlu
07.05.2026 3 Min Read

“Heydər Əliyev qaldırdığı hər hansı bir məsələnin həlli üçün sona qədər qətiyyətlə çalışırdı. Məsələn, 1994-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər qeyri-sabit idi. Məhz belə bir şəraitdə Heydər Əliyev “Əsrin Müqaviləsi”ni imzalamaqla Azərbaycana milyardlarla vəsaitin gəlişini təmin etdi. Öz siyasi iradəsi, nüfuzu ilə böyük dövlətləri inandıra bildi ki, Azərbaycanın gələcəyi çox yaxşı və uğurlu olacaq”.

Musavat.com xəbər verir ki, bunu vaxtilə ulu öndər Heydər Əliyevlə çalışmış sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev praktik olaraq sıfırdan hər şey yarada biləcək qədər liderlik xüsusiyyətinə malik idi: “Heydər Əliyev bir məsələnin həllində heç vaxt həvəssizlik nümayiş etdirmirdi. Sadəcə olaraq, məsələni təmkinlə araşdırırdı, hər tərəfini öyrənirdi, təhlil edirdi, hər kəsin fikrinə hörmətlə yanaşırdı. Yekunda isə bir qayda olaraq doğru qərar verirdi.

Heydər Əliyev dahi idi. Onun dahiliyi fəaliyyətinin bütün istiqamətində, hər addımında özünü göstərirdi. Biz maliyyəçi idik. Müzakirə etdiyimiz məsələni hərtərəfli araşdırandan sonra bəzən bizə elə suallar verirdi ki, biz heç öz aramızda o sualı bir-birimizə verməmişdik. Bütün bunlar Heydər Əliyevin dahiliyindən, uzaqgörənliyindən, məntiqinin dərinliyindən və idarəçilik bacarığının yüksəkliyindən irəli gəlirdi”.

Sabiq nazir bildirib ki, Heydər Əliyev dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoyub: “Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi.

Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki, edilən yatırımların 2,2 milyard dolları neftdən kənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı.

Əsrin Müqaviləsi: Azərbaycanın Neft Strategiyasının Zirvəsi,Qlobal Enerji  Uğuru - 2026

Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verilməsi və bununla da ölkədə sahibkar ordusunun yaradılması oldu. Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə çox qısa bir zamanı çərçivəsində nəinki Azərbaycanın kövrək müstəqilliyini qoruyub möhkəmləndirə bildi, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafında və ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı.

Bir sözlə, onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün də cənab Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların bənzərsiz yeni – Azərbaycan modeli meydana gəldi”.

Şahanə Rəhimli,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda bu universitet ləğv edilir? – RƏSMİ

Next

Apteklərdə saxta dərmanlar satılır? – Video

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv