Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır

By Vüsal Rafiqoğlu
08.05.2026 2 Min Read

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin və yüklərin etibarlı daşınması məqsədilə dəmir yolu infrastrukturunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

Musavat.com xəbər verir ki, bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə icra olunan və regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişən strateji layihələr xüsusi əhəmiyyət kəsb edir.

2025-ci il 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib, həmin ilin avqust ayında isə 30 ildən sonra doğma Qarabağa müntəzəm sərnişindaşıma bərpa edilib. Qısa müddət ərzində Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb, təkcə bu ilin birinci rübündə 4000-ə yaxın sərnişin sözügedən marşrutla səyahət edib.

Artan tələbat və dinamik inkişaf fonunda mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi ADY üçün prioritet istiqamətlərdən biridir. Bu çərçivədə növbəti əsaslı təmir və yenidənqurma işlərinə Yevlax–Bərdə dəmir yolu xəttində başlanılması nəzərdə tutulur. Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti  60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.

Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq.

Bununla yanaşı, hazırda ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xəttinin, o cümlədən ötən ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi sürətlə davam etdirilir. Tikinti işləri tam başa çatdıqdan sonra Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi ilə Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası təmin ediləcək.

Həyata keçirilən tədbirlər uzunmüddətli perspektivdə daha etibarlı, təhlükəsiz və müasir dəmir yolu şəbəkəsinin formalaşdırılmasına xidmət edir və strateji əhəmiyyət kəsb edir.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirir və diqqətə çatdırır ki, qeyd olunan tədbirlər sərnişinlərin daha rahat, sürətli və təhlükəsiz səyahətini təmin etmək məqsədilə həyata keçirilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəb bufetlərində TƏHLÜKƏ – Kim nəzarət edir?

Next

Dövlət Məşğulluq Agentliyi 5600 şəxs üçün peşə kursları təşkil edib

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv