Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

By Vüsal Rafiqoğlu
08.05.2026 3 Min Read

Beynəlxalq Talassemiya Günü hər il mayın 8-də bütün dünyada qeyd olunur və bu gün talassemiya xəstəliyindən əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək, cəmiyyətdə maarifləndirməni gücləndirmək məqsədi daşıyır. Beynəlxalq Talassemiya Günü yalnız tibbi əhəmiyyət daşımır, eyni zamanda, insanlarda sosial məsuliyyət hissinin formalaşmasına, xəstələrə qarşı həssas münasibətin yaranmasına xidmət edir. Dünyanın müxtəlif ölkələrində Beynəlxalq Talassemiya Günü münasibətilə konfranslar, maarifləndirici kampaniyalar, qanvermə aksiyaları və sosial layihələr həyata keçirilir.

AZƏRTAC Azərbaycanda talassemiya ilə mübarizə istiqamətində dövlət səviyyəsində görülən genişmiqyaslı işlərə nəzər salır.

Talassemiya hemoqlobinin sintezinin pozulması nəticəsində yaranan irsi qan xəstəliyidir. Hemoqlobin qırmızı qan hüceyrələrinin əsas tərkib hissəsi olub, orqanizmdə oksigenin daşınmasını təmin edir. Talassemiya zamanı hemoqlobin normal şəkildə yaranmadığı üçün qırmızı qan hüceyrələri zəifləyir və tez parçalanır. Bunun nəticəsində insan orqanizmində xroniki qanazlığı meydana gəlir. Xəstəlik genetik olaraq valideynlərdən uşaqlara ötürülür və xüsusilə Aralıq dənizi hövzəsində, Yaxın Şərqdə, Asiyada və Qafqaz bölgəsində daha geniş yayılıb.

Talassemiyanın müxtəlif formaları mövcuddur. Xəstəliyin yüngül formasında insanlar uzun illər ciddi simptom hiss etmədən yaşaya bilirlər. Lakin ağır forma olan talassemiya major zamanı xəstələr daimi müalicəyə ehtiyac duyurlar. Bu xəstəlik, adətən, uşaqlıq dövründən özünü göstərir. Uşaqlarda solğunluq, halsızlıq, iştahasızlıq, zəif inkişaf, nəfəs darlığı və tez yorulma kimi əlamətlər müşahidə edilir. Müalicə gecikdikdə sümük dəyişiklikləri, daxili orqanların böyüməsi və ürək problemləri yarana bilər. Buna görə də erkən diaqnostika həyati əhəmiyyət daşıyır. Talassemiya ilə yaşayan insanlar ömür boyu müəyyən tibbi prosedurlardan keçməli olurlar. Ən geniş istifadə olunan müalicə üsulu müntəzəm qan köçürülməsidir. Qan köçürülməsi xəstənin hemoqlobin səviyyəsini normaya yaxın saxlamağa kömək edir və həyat keyfiyyətini artırır. Lakin tez-tez qan köçürülməsi orqanizmdə dəmirin həddindən artıq yığılmasına səbəb olur. Bu isə qaraciyər, ürək və digər orqanlar üçün təhlükə yaradır. Buna görə xəstələr eyni zamanda artıq dəmiri orqanizmdən xaric edən xüsusi preparatlar qəbul etməli olurlar. Müasir tibdə sümük iliyi və kök hüceyrə transplantasiyası da tətbiq olunur və bəzi hallarda xəstəliyin tam sağalmasına imkan verir.

Talassemiya ilə mübarizədə profilaktika ən vacib məsələlərdən biridir. Xəstəliyin qarşısını almağın əsas yolu nikahdan əvvəl tibbi müayinələrin aparılmasıdır. Talassemiya daşıyıcısı olan şəxslər xüsusi analizlər vasitəsilə müəyyən edilir. Əgər hər iki tərəf daşıyıcıdırsa, gələcək uşağın ağır formalı talassemiya ilə doğulma ehtimalı artır. Bu səbəbdən tibbi məsləhət və genetik maarifləndirmə gələcək nəsillərin sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da nikahdan əvvəl tibbi müayinələrin tətbiqi talassemiyanın yayılmasının qarşısının alınmasına mühüm təsir göstərib.

Talassemiya xəstələrinin həyatında qan donorluğu xüsusi yer tutur. Minlərlə insan yaşamaq üçün donor qanına ehtiyac duyur. Könüllü qanvermə insan həyatını xilas edən ən ali humanist addımlardan biridir. Bir donorun verdiyi qan bəzən bir neçə insanın həyatına ümid olur. Buna görə cəmiyyətdə qanvermə mədəniyyətinin inkişaf etdirilməsi çox vacibdir. Xüsusilə gənclər arasında bu mövzuda maarifləndirmə işlərinin aparılması insanların sosial məsuliyyət hissini artırır.

Azərbaycanda talassemiya ilə mübarizə dövlət səviyyəsində xüsusi diqqət göstərilən səhiyyə istiqamətlərindən biridir. Ölkəmizdə son illərdə bu xəstəliyin qarşısının alınması, erkən diaqnostikası və müalicəsi sahəsində mühüm addımlar atılıb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. 2014-cü ildən isə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb.

Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, xəstəlikdən əlillik və ölüm halları azalıb. Qohum nikahlarının qadağan edilməsi yalnız talassemiya deyil, digər qan xəstəliklərinin azalacağına böyük ümidlər yaradır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Next

32 valideyn polis nəzarətinə götürüldü

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv