Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngilandan Ermənistana SON ŞANS ismarışı – Prezident barışığın ƏSAS şərtini dedi

By Vüsal Rafiqoğlu
11.05.2026 4 Min Read

Dünən – mayın 10-da Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdə köhnə “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı bir neçə mühüm məsələyə toxunub. Bölgədə daimi sülh və əməkdaşlığın bərqərar olması üçün gərəkən mesajlarını verib.

Prezident bu xüsusda ATƏT-in Minsk Qrupunun (MQ) yarıtmaz fəaliyyətindən danışıb. Ötən ilin dekabrından de-yure tarixin zibilliyinə atılmış bu üzdəniraq quruma həmsədr ölkələrin (Rusiya, ABŞ, Fransa) hərəsinin öz marağına görə işğalı rəsmiləşdirmək istəməsinə, ölkəmizə təzyiqlər göstərilməsinə təzədən diqqət çəkib.

Sitat: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.

Ən absurdu odur ki, indi də BMT TŞ-nin daimi üzvləri olan həmin üç dövlət erməni işğalı ilə bağlı özlərinin qəbul elədiyi, səs verdiyi 4 qətnaməni (822, 853, 874, 884) faktiki unutmuşdu. Onları birləşdirən əsas ortaq maraq isə böyük ölçüdə “qalib” ermənilərdən öz mənafeləri naminə istifadə edib bölgədə möhkəmlənməklə bağlı idi. Təbii ki, xristian amili, Türkofobiya da öz sözünü deyirdi…

UNESCO

Təsadüfi deyil ki, işğal dövründə rəsmi Bakının çoxsaylı çağırışlarına rəğmən, BMT-nin qurumu olan və mənzil-qərargahı Parisdə yerləşən YUNESKO bir dəfə də olsun Qarabağa missiya göndərib ermənilərin ərazimizdə törətdikləri vandallıqları sənədləşdirmədi. Bu, onların yadına yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və erməni əhali könüllü köç etdikdən sonra düşdü. O da mifik “erməni mədəni-tarixi irsi”ndən dolayı. Ümid edək ki, təşkilatın misirli yeni Baş direktoru fransız sələfindən fərqli olaraq, vəziyyəti yaxşıya doğru dəyişə biləcək…

Bir daha yada salaq: MQ həmsədrləri illərlə təbliğat aparırdılar ki, guya münaqişənin hərbi həlli yoxdur, Azərbaycanın hesabına kompromis tapılmalı, yəni, Bakı təslimçi sülhə razılaşıb öz ərazilərindən imtina etməli idi. Amma onların gözü qarşısında şəhərlərimiz, qəsəbə və kəndlərimiz, mədəni irsimiz dağıdılırdı, sərvətlərimiz talan edilirdi, amma buna göz yumurdular. Qanunsuz məskunlaşma, tikinti, ora axıdılan böyük vəsaitlərin mənimsənilməsinə heç bir reaksiya verilmirdi.

Nəhayət, zamanı yetişdi: Azərbaycan toparlandı, daxili həmrəyliyi təmin edib öz müzəffər lideri ətrafında birləşdi və qətnamələri özü icra etdi. Pislik özlərinə, MQ-yə qaldı. Bu mənada MQ sözsüz ki, diplomatik utanc, riyakarlıq, “ikili standartlar” və müstəmləkə təfəkkürünün təzahürü kimi diplomatiya tarixində qalacaq…

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

Bu da qətiyyən təsadüfi deyil ki, Bakının İrəvanla sülh müqaviləsi imzalaması üçün iki əsas tələbindən biri məhz Minsk Qrupunun de-yure ləğvi ilə bağlı idi. Özünü artıq ifşa etmiş bir qurum vasitəçiliyə iddia edə bilməzdi. Buna haqqını itirmişdi. Vasitəçiyə ehtiyac da qalmamışdı.

Son illərin təcrübəsi göstərdi ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda müxtəlif məsələlər üzrə daha tez razılığa gələ bilər, nəinki çoxtərəfli masa ətrafında. Çünki zaman göstərdi ki, vasitəçilər heç də həmişə saf məqsədlər güdmür – o ki ola Rusiya və Fransa kimi dövlətlər. Xüsusən də tərəflərdən biri türk etnosunu təmsil edirsə.

Yenə təsadüfi deyil ki, Rusiya rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə qol çəkdiyi üçün Nikol Paşinyanı indiyədək bağışlaya bilmir. Sanki Qarabağ mübahisəli bir ərazi imiş. Eləcə də Fransa, Avropa Parlamenti indiyədək sakitləşməyib. 44+1 günlük müharibədən sonra bu ikiüzlü qurum həyasızcasına ölkəmiz əleyhinə 14 qətnamə qəbul edib!..

Əfsus ki, günü bu gün də Azərbaycandan “xoxan” düzəldib erməni cəmiyyətində Türkə nifrəti körükləyən xarici qüvvələr var. Və bunlar təkcə Rusiyadakı Zatulin çaplı şovinistlər deyil, eyni amanda, Fransada, ABŞ-da, Brüsseldə mənzillənmiş, regionda daimi sülhü və əməkdaşlığı, xalqlar arasında barışığı arzulamayan, qələbəmizi, uğurlarımızı, Qarabağdakı quruculuğu və Böyük Qayıdışı həzm edə bilməyən, ermənilərdən maaş alan digər məkrli çevrələrdir.

Aİ-nin üç ildir sərhədimizdə sülənən casus missiyası da eyni sırada yer alır. Prezident özünü Ermənistana yeni havadar qismində sırıyan bu missiya haqda da onun layiq olduğu sözləri deyib: Sitat: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın “müşahidəçiləri” guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”…

post-img

Doğrudan da, ermənilərin düşməni nə Azərbaycandır, nə də Türkiyə. Olmayıb da. Ən böyük düşmən özləri. Məsələ də ondadır ki, İlham Əliyevin dünənki çıxışı Ermənistanda seçki təbliğat kampaniyası dövrünə düşməsi ilə ikiqat önəm kəsb edir. Yəni, ismarışın ünvanı ilk növbvədə səsverməyə hazırlaşan erməni cəmiyyətidir.

Əsas mesaj isə budur ki, əgər qonşu xalq həqiqətən layiqli və təhlükəsiz gələcək istəyirsə, onda Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini təcili çevirməli, iyunun 7-də revanşistləri qalib etməməli və bir daha “xarici ağa”ların əlində qonşulara qarşı “maşa” olmamalıdır. Yoxsa iyun seçkiləri Ermənistanda sonuncu olacaq…

Siyasət şöbəsi,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avtobusda gəlin köçdü – VİDEO

Next

İlham Əliyevin Zəngilan mesajlarının ana xətti budur-Regionun taleyi artıq xaricdə yazılmır

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv