Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı – FOTOLAR

By Vüsal Rafiqoğlu
12.05.2026 4 Min Read

Qərbi Kaspi Universiteti beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirərək akkreditasiya, keyfiyyət təminatı və müasir təhsil infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edib. Avropanın yüksək nüfuzlu beynəlxalq akkreditasiya agentlikləri – ASİİN (Mühəndislik, informatika, təbiət və riyaziyyat sahələri üzrə Akkreditasiya Agentliyi) və FIBAA (Beynəlxalq Biznes İdarəetməsi Akkreditasiya Fondu) tərəfindən universitetin bir sıra ixtisaslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ali təhsil müəssisəsinin qlobal akademik mühitdə artan nüfuzunun mühüm göstəricilərindən biri hesab olunur.

Musavat.com xəbər verir ki, universitetin son illərdə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası xüsusilə tədqiqat universiteti modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr verib. Son üç-dörd il ərzində universitetin elmi-tədqiqat bazası əhəmiyyətli dərəcədə gücləndirilib, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər tədris və elmi fəaliyyətə cəlb olunub, Universitetdə çalışan gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərdə iştirakı genişləndirilib. Bu yanaşma universitetin elmi nəticələrinin və beynəlxalq elmi platformalarda təmsilçiliyinin artmasına ciddi töhfə verib.

Hazırda Qərbi Kaspi Universiteti 12 ixtisaslaşmış ingilisdilli elmi jurnal nəşr edir. Həmin jurnallarda həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının elmi işləri dərc olunur.Bütün bunların nəticəsi olaraq Universitet dünyada ən yüksək reytinqləri olan “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda, əsasən Q1 və Q2 kateqoriyalı jurnallarda çap olunan məqalələrin sayına görə ölkədə lider mövqeyinə yüksəlmişdir.

2026-cı ildə universitet əməkdaşlarının elmi məqalələrinə edilən istinadların sayına görə Qərbi Kaspi Universiteti ölkə üzrə birinci olub. Bu göstərici universitetin Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə verdiyi töhfəni bir daha təsdiqləyir.

Beynəlxalq akkreditasiya prosesləri çərçivəsində ASIIN və FIBAA beynəlxalq agentliklərin təhsil ekspertləri  universitetə bir neçə dəfə səfər edib. Səfərlər zamanı universitetin akademik proqramları, elmi-tədqiqat fəaliyyətləri, tələbə və profesor-müəllim heyyəti habelə məzunlar və işə götürən tərəfdaş müəssisələrin nümayəndələri ilə görüşərək,  ikili diplom proqramları, innovativ layihələr və beynəlxalq tərəfdaşlıqlar geniş şəkildə məlumatlar əldə ediblər. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olaraq yaradılmış şəraiti yüksək qiymətləndirib.

Qərbi Kaspi Universitetinin bakalavriat səviyyəsi üzrə Biologiya (ixtisas kodu 050505), Su bioresursları və akvakultura (ixtisas kodu 050708), Ekologiya (ixtisas kodu 050504), Meşəçilik (ixtisas kodu 050706), Kompüter mühəndisliyi (ixtisas kodu 050631), Kompüter elmləri (ixtisas kodu 050509), İnformasiya texnologiyaları (ixtisas kodu 050616), İnformasiya təhlükəsizliyi (ixtisas kodu 050615), Cihaz mühəndisliyi (ixtisas kodu 050624), Mexatronika və robototexnika mühəndisliyi (ixtisas kodu 050629) ixtisasları, habelə magistratura səviyyəsi üzrə Biologiya (ixtisas kodu 060505) ixtisasının Genetika, Molekulyar biologiya ixtisaslaşmaları, Ekologiya (ixtisas kodu 060510) ixtisasının- Ətraf mühitin mühafizəsi və bərpa metodları ixtisaslaşması, beynəlxalq proqram akkreditasiyasından uğurla keçib.

Bununla yanaşı, Qərbi Kaspi Universitetinin İqtisadiyyat (ixtisas kodu 050405), Maliyyə (ixtisas kodu 050406), Marketinq (ixtisas kodu 050407), Menecment (ixtisas kodu 050408) və Biznesin idarə edilməsi (ixtisas kodu 050402) ixtisasları 2026-cı ilin mart ayında FIBAA-nın akkreditasiya agentliyi tərəfindən Avropa təhsil standartlarına  uyğun hesab olunub. Bu akkreditasiyalar tələbə və məzunların beynəlxalq təhsil və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradır.

Eyni zamanda Qərbi Kaspi Universiteti lider mövqeyini davam etdirərək  2026-cı ilin aprel ayında ASİİN beynəlxalq akkreditasiya agentliyi tərəfindən institusional akkreditasiya qiymətləndirilməsindən də uğurla keçib. Bu uğur universitetin ümumilikdə Avropa ali təhsil məkanının keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Akkreditasiya proseslərinin nəticəsi olaraq universitetdə laboratoriya və tədqiqat infrastrukturu daha da gücləndirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən laboratoriyalar tələbələrin praktiki bacarıqlarının inkişafına, innovativ layihələrin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində fəaliyyət göstərən “Ağıllı cihazlar mexanikası” laboratoriyası, “Deeptech süni intellekt tədqiqat və hesablama” laboratoriyası, “Data analitika və şəbəkələşmə” laboratoriyası, “Kompüter mühəndisliyi” laboratoriyası, “Geomatika” laboratoriyası, “Kimya və ətraf mühitin monitorinqi” laboratoriyası, “Genetika və molekulyar biologiya” laboratoriyası , “Biotexnologiya” laboratoriyası Tədqiqat Mərkəzinin “ Ekoloji və biomüxtəliflik tədqiqatlar”, “ Meşə artımının təhlili və dendroxronologiya”, “Qida mühəndisliyi” laborotoriyaları universitetin elmi potensialının əsas göstəricilərindən hesab olunur.

Eyni zamanda Biznes və idarəetmə Məktəbində “Birja əməliyyatlarının simulyasiya” laboratoriyası, Filologiya və Tərcümə Məktəbində yaradılmış “Linqvistika” Tədqiqat Mərkəzi , Siyasi və İctimai Elmlər Məktəbində fəaliyyət göstərən “Siyasi Analiz və Diplomatik Simulyasiya” laboratoriyası, eləcə də Dizayn Məktəbinin xüsusi emalatxanaları universitetin multidissiplinar elmi-tədqiqat imkanlarını daha da genişləndirir.

Beynəlxalq akkreditasiya göstəriciləri, müasir elmi infrastruktur və artan elmi nəticələr Qərbi Kaspi Universitetinin qlobal təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm nailiyyətlər əldə etdiyini bir daha təsdiqləyir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gəncədə qadın körpüdən çaya yıxılıb

Next

Prezident BP-nin baş icraçı direktorunu qəbul etdi – FOTOLAR

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv