Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İlham Əliyevin beşillik proqramları: uğurlar, problemlər və yeni hədəflər

By Vüsal Rafiqoğlu
26.05.2026 5 Min Read

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi. Müşavirədə Baş nazirdən tutmuş Kənd təsərrüfatı nazirinə qədər hökumət üzvləri də iştirak edirdilər. İclasda çıxış edən İlham Əliyev sözə bu cümlələrlə başladı:

“Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi”.

Prezidentin bu sözlərindən də aydın olur ki, o, Azərbaycanın iqtisadi inkişafını taleyin ümidinə buraxmamış, hakimiyyətə gəldiyi ilk gündən məsələyə planlı və proqramlı yanaşmış, ölkəmizin bu günlərə gəlib çıxmasında öz əqli potensialından və təcrübi biliklərindən maksimum istifadə etmişdir. Nəzərə alsaq ki prezident Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur və iş təcrübəsinə elə həmin ali məktəbin müəllimi kimi başlayıb, onun ölkə təsərrüfatının inkişafına planlı layihələrlə yanaşması təəccüblü görünməz. Belə ki, 5 illik plan və proqramlar təsərrüfata sovet yanaşması idi və etiraf edək ki, o dövrlərdə SSRİ-nin inkişafına böyük töhfələr vermişdir. O başqa məsələdir ki, SSRİ-nin ABŞ və NATO ilə rəqabətə girməsi və silahlanmaya böyük vəsaitlər ayırması, sosializmin qüsurlu nəzəriyyələri bu müsbət tendensiyaların da üstündən xətt çəkmişdir.

Bununla belə, yaşadığımız tarixin müsbət təcrübələrindən faydalanmaq və ölkə iqtisadiyyatının inkişafına nail olmaq ən doğru addımlardan idi və planlı təsərrüfatın uğurlarına imza atmaq çox da uzun çəkmədi. İlham Əliyev hakimiyyətinin ilk 10 illiyində Azərbaycan 5 illik planların müsbət nəticələrini gördü. Ölkə başçısı

Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. İlham Əliyev 2014-cü ilə aid bir çıxışında bu faktı etiraf edərək deyirdi: “Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir”.

Elə həmin hazırlanan Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan bir neçə layihədən 2-si birbaşa aqrar sektorla əlaqədar idi:

“*kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;
* taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi”.

Dövlət proqramında yer alan bu tezislər onu göstərir ki, Azərbaycan prezidenti ölkənin inkişafı layihələrində kənd təsərrüfatına böyük diqqət ayırmışdır. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatında məhsuldarlıq ildən ilə artmış, böyük inkişaf mərhələsindən keçmişdir. Prezident özü də ötən günkü çıxışında bu faktı dilə gətirərək, xüsusilə pambıqçılıq sahəsində əldə olunmuş nailiyyətləri misal gətirmişdi:

“Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur”.

5 illik dövlət proqramlarının həyata keçirilməyə başlandığı 2004-cü ildən indiyədək 22 il keçir. Bu isə o deməkdir ki, Azərbaycan bu il 5-cı 5 illik proqramını həyata keçirir. Bu 5 illik proqramlarda təbii ki, özünü doğruldan addımlar olduğu kimi, doğrulmayan ümidlər də var. Əslində bu da təəccüblü deyil. 5 illik proqramlar təkcə istehsalın artırılması üçün həyata keçirilmir. Həm də Azərbaycan iqlimi üçün hansı sahənin daha münbit olduğunu təsbit etmək məqsədi güdür. Prezidentin çıxışında da bu aydın sezilirdi. Bəlli olurdu ki, ölkə başçısının xüsusilə ilk 5 illik proqramlarda taxılçılığın inkişafına bəslədiyi ümidləri tam doğrulmayıb. Prezident həmin illərdə özümüzü taxılla 100% təmin edəcəyimizə inanırdı. Amma bu müddət ərzində taxılçılığın inkişafına yönəldilmiş bütün səylər istənilən nəticəni vermədi. Azərbaycan özünün taxıl təminatının ancaq 55%-ni istihsal edə bildi: “Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır”.

Sözsüz ki, hər bir ölkənin torpaq potensialı yalnız bəzi bitkilərin yetişdirilməsi üçün münbitdir. Kənd təsərrüfatı sahəsində hansı sektorun daha rentabelli olduğunu yalnız təcrübələr yolu ilə öyrənmək mümkündür. Azərbaycan da bu təcrübəni real iş əsnasında öyrənir və daha rentabelli sahələrə yönəlir.

Qeyd edim ki, Prezident İlham Əliyevin aqrar sektora diqqəti sayəsində bu sahəyə hər il 100 milyonlarla vəsait ayrılıb. Fəaliyyətə başladığı dövrdən etibarən, təkcə “Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikalarının, o cümlədən kombaynların alınmasına ümumilikdə 446 milyon manatdan çox vəsait xərclənib. Nəticədə ölkəyə “John Deere”, “New Holland”, “Claas” və “Sampo” kimi müasir brendlərdən ibarət minlərlə yeni taxılyığan və pambıqyığan kombaynlar gətirilib. İndiyədək ölkəyə 1800-dən çox taxılyığan kombayn gətirilərək lizinq yolu ilə fermerlərin istifadəsinə verilib. Bundan əlavə, aqrar sektorun təsərrüfat işlərinə həvəsləndirilməsi üçün hər il xeyli miqdarda subsidiyalar, güzəştli krefirlər ayrılıb. Təkcə bu il kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi tədbirlərinə 1,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Subsidiyalar fermerlərə müxatəlif sahələr üzrə verilib. 2026-cı ildə əsasən 3 istiqamət üzrə subsidiyaların verildiyi bildirilir: əkinçilik, məhsuldarlıq və heyvandalıq. Hətta bu sahədə arılar da unudulmayıb. Hazırda hər arı ailəsi üçün fermerlər 10 manat subsidiya alırlar. Əlbəttə ki, bu vəsaitlər fermerləri öz işgüzarlıqlarını artırmasına xidmət edib.

Aqrar sektora ayrılan bu vəsaitlər və məhsuldarlığın artırılması istiqamətində aparılan müşahidələr rentabelli sahələrin təsbit olunması və əsasən bu istiqamətlərin inkişafına daha çox diqqət ayrılmasını şərtləndirib. Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Prezident qarşısında verdiyi hesabata görə, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malikdir.

Nazirin də qeyd etdiyi kimi, kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, “eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində öz töhfəsini verən çoxfunksional bir sahədir”. Regionlarda məşğulluğun, demək olar, 50 faizinin məhz kənd təsərrüfatı sahəsində təmin olunduğunu nəzərə alsaq, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasətlər sözsüz ki, ölkə əhalisinin rifahını yüksəltməyə xidmət edir. Bütün bunları nəzərə alıb mən aqrar sektor çalışanlarına uğurlar arzulayır, Prezidentimizin və xalqımızın onlara bəslədiyi ümidləri doğruldacaqlarına inanıram.

WhatsApp Image 2026-05-26 at 11.46.27.jpeg (134 KB)

Mürvət Həsənli,
Kənd Təsərrüfatı Nazirliyinin yanında İctimai Şuranın sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabahın hava proqnozu AÇIQLANDI

Next

İradə, bayraq və dövlətçilik əbədiyyəti

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv