Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Müzəfər Ali Baş Komandanın, Müzəffər Ordunun və Müzəffər Xalqın Günüdür – 26 iyun

By Vüsal Rafiqoğlu
22.06.2026 3 Min Read

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir dövlət quruculuğu və hərbi strukturun formalaşması günü deyil. Bu gün, eyni zamanda, millətin öz varlığını, istiqlalını və suverenliyini qorumaq üçün ayağa qalxdığı, nəfəsini, qüvvəsini, qəlbini silaha, sipərə və bayrağa çevirdiyi müqəddəs bir anın simvoludur. Bu günün mənası tarixi qanunauyğunluqla yanaşı, milli şüurun dərin qatlarına nüfuz etmiş, hər bir vətəndaşın ruhunda daşıdığı qürur və məsuliyyət kimi ifadə olunur.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib.

Bu əlamətdar tarix Azərbaycan Ordusunun rəsmi şəkildə yaradıldığı gündür. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələri yaradıldı və dövlətin hərbi dayaqları formalaşdırıldı.

Müasir Azərbaycan Ordusunun əsasını və inkişaf istiqamətini müəyyən edən şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu deyən deputat bildirib: “Ümummilli Liderin ordu quruculuğu sahəsindəki strateji baxışı, gələcəyə hesablanmış uzaqgörən siyasəti və xalqın orduya inamını bərpa edən liderlik keyfiyyətləri bu gün qüdrətli Silahlı Qüvvələrimizin təməlini təşkil edir. Təsadüfi deyil ki, dahi rəhbər hələ sovet dövründə, 1970-ci illərdən etibarən milli ordu quruculuğuna hazırlıq prosesini başlatmışdı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Daha da vacib məqamlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu lisey müstəqillik illərində Azərbaycan Ordusunun əsas zabit kadr mənbəyinə çevrilmişdi.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü və daxili siyasi xaos, silahlı qüvvələrin vahid komandanlıqdan məhrum olması, nizamsız silahlı dəstələrin mövcudluğu ölkənin gələcəyini sual altına qoymuşdu. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ilk növbədə, dövlətin sabitliyini ordu quruculuğu prosesini prioritet istiqamətlərindən biri elan etdi.

1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Müdafiə Nazirliyi strukturlaşdırıldı, digər dövlətlərin hərbi akademiyaları ilə əməkdaşlıqlar genişləndirildi və ən əsası hərbi-siyasi qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunmağa başlandı.

Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Türkiyə, Pakistan, İsrail, İtaliya kimi qabaqcıl ölkələrlə qurulan əməkdaşlıq nəticəsində ordunun arsenalı müasir dronlar, yüksəkdəqiqlikli artilleriya və müdafiə sistemləri ilə zənginləşdirilib. Bu prosesin məntiqi nəticəsi isə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında aydın şəkildə göründü.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın erməni tapdağında qalmış, hər bir guşəsində erməni vandalizminin izlərini daşıyan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı. Bu tarixi Qələbə həm də Ümummilli Lider Heydər Əliyevin arzusunun gerçəkləşməsi idi. Məhz bu səbəbdən 26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən müqəddəs bir tarixdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümüdür.

Azərbaycan ordusu yurdun səsi, xalqın nəfəsi və dövlətin ürəyidir. Bu ürək döyündükcə biz yaşayırıq, bu nəfəs gəldikcə biz güclənirik.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var.

Hər bir Azərbaycan vətəndaşı kimi Laçın rayon sakinləri də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirirlər. Qəti əmindirlər ki, ordumuzun gündən-günə artan qüdrəti   sayəsində vətənimizin müdafiəsi keçilməz olacaqdır.

Azərbaycan Silahlı Qüvvələrinin  qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

Bir sözlə, 26 iyun Müzəfər Ali Baş Komandanın, Müzəffər Ordunun və Müzəffər Xalqın Günüdür.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Emin Ağalarov işçilərini belə danladı, iradlar yağdırdı: Sea Breeze-də təftiş var – VİDEO

Next

Müzəffər və Qalib Ordumuz

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv