Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İnternet Asılılığı və Onun Fəsadları

By Vüsal Rafiqoğlu
23.06.2026 2 Min Read

Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, internetin həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə səbəb olmuşdur. İnternet artıq sadəcə bir məlumat mənbəyi deyil, həm dəəyləncə, təhsil, ünsiyyət və iş platforması kimi müxtəlif sahələrdə geniş istifadə olunur. Lakin bu rahatlığın arxasında bir təhlükə də gizlənir: internet asılılığı.
İnternet asılılığı, insanın gündəlik həyatını və fəaliyyətini mənfi təsir altına salacak dərəcədə internetdən asılı hala gəlməsi vəziyyətidir. Bu, psixoloji və sosial problemlərlə nəticələnə bilər. Xüsusilə yeniyetmələr və gənclər bu vəziyyətdən daha çox təsirlənirlər. Bəzən bu asılılıq real həyatdan uzaqlaşma, ailə və dost münasibətlərinin zəifləməsi, təhsildən yayınma və hətta depressiya ilə nəticələnə bilər.
Araşdırmalar göstərir ki, uzun müddət internetdə vaxt keçirən şəxslərin diqqət və yaddaş problemləri yaranır. Bu insanlar real həyatda özlərini ifadə etməkdə çətinlik çəkirlər və getdikcə sosial tənhalığa doğru irəliləyirlər. Sosial mediada başqalarının həyatını izləmək və onları öz həyatı ilə müqayisə etmək isə özgüvən əskikliyinə gətirib çıxarır. İnsanlar özlərini daim başqaları ilə müqayisə edir və bu da psixoloji təzyiq yaradır.
İnternet asılılığının daha bir təhlükəli tərəfi isə fiziki sağlamlıqla bağlıdır. Uzun müddət kompüter və ya telefon qarşısında vaxt keçirmək görmə zəifliyi, bel və boyun ağrıları, yuxusuzluq və piylənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Hərəkətsiz həyat tərzi təkcə fiziki deyil, həm də zehni yorğunluğa gətirib çıxarır.
Bəzi hallarda internet asılılığı, şəxsin özünü real həyatdan tamamilə ayırmasına səbəb olur. Bu vəziyyətə düşən insanlar virtual dünyada “xoşbəxtlik” axtarır, amma real həyatda özlərini tənha və məqsədsiz hiss edirlər. Onlar ailə münasibətlərindən uzaqlaşır, dərs və iş performansları aşağı düşür və cəmiyyətdən təcrid olunurlar.
İnternetdən istifadə tamamilə pis bir hal deyil. Əksinə, düzgün və məqsədli istifadə edildikdə, bu texnologiya həyatımızı asanlaşdırır və inkişaf etdirir. Mühüm olan sərhədləri düzgün müəyyənləşdirmək və bu sərhədləri aşmamaqdır. Valideynlər, müəllimlər və cəmiyyət internetin faydaları ilə yanaşı, onun yaratdığı təhlükələri də izah etməli, uşaqları və gəncləri maarifləndirməlidirlər.
İnternetdən səmərəli istifadə üçün vaxt planlaması vacibdir. Gün ərzində internetə sərf edilən vaxtı məhdudlaşdırmaq, fiziki fəaliyyətlərlə məşğul olmaq, kitab oxumaq, ailə və dostlarla zaman keçirmək, real həyatda maraq dairələri tapmaq bu asılılığın qarşısını almağın əsas yollarındandır.
Təhsil müəssisələri də bu istiqamətdə aktiv olmalı, internet mədəniyyəti mövzusunda maarifləndirici tədbirlər keçirməlidir. Məktəblərdə “rəqəmsal savadlılıq” dərsləri təşkil edilərək, uşaqlara internetdən düzgün istifadə qaydaları öyrədilməlidir. Valideynlər isə uşaqları ilə daha çox vaxt keçirməli, onlara diqqət göstərməli və davranışlarını izləməlidirlər.
Sonda qeyd etmək lazımdır ki, internet XXI əsrin ən böyük ixtiralarından biridir. Lakin bu ixtira, yanlış istifadə edildikdə, insan həyatını mənfi istiqamətə yönləndirə bilər. Odur ki, balanslı və şüurlu istifadə bu texnologiyanın cəmiyyətə fayda verməsini təmin edə bilər. Unutmayaq: internet bizim üçün yaradılıb, biz internet üçün yox!
Pedaqoq, gənc yazar Məmmədova Əsmər

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

65-dən sonra yeni artım ola bilər – Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA

Next

Türkiyədə güclü PARTLAYIŞ:2 ölü, 2 yaralı var

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv