Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Ali məktəbə girmək asan, bitirmək çətin olmalıdır? – İki rəy

By Vüsal Rafiqoğlu
24.06.2026 3 Min Read

“Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və Xəzər TV televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır: “Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni, qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir”.

Nazir nə dərəcədə haqlıdır? Dünya təcrübəsi nə deyir? Doğrudanmı ali məktəbə girmək asan, onu bitirmək isə çətin olmalıdır?

Vüsal Kərimli: Tələbələri işaxtaran deyil, sahibkar kimi yetişdirməliyik |  AzEdu.az

Mövzu ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimli Musavat.com-a danışıb. Ekspert bu məsələlərdə nazirin fikri ilə tam razı olmadığını deyib: “Dünyada universitetlərə qəbul olmağın asan olduğu və ya Azərbaycandakı qədər çətin olmadığı fikri ilə tam şəkildə razılaşmaq mümkün deyil. Bu, ilk növbədə hansı ölkədən, hansı universitetdən və həmin universitetin hansı təhsil modelindən söhbət getməsindən asılıdır. Dünyanın aparıcı universitetlərinə qəbul olmaq heç də asan proses deyil.

Əksinə, bu, kifayət qədər ciddi kompetensiyalar, yüksək akademik göstəricilər və müxtəlif bacarıqlar tələb edən mürəkkəb bir prosedurdur. Amma onun bir fikri ilə razıyam ki, bəli, ali təhsili bitirmək çətin olmalıdır və dünyanın bir çox ölkələrində də məhz belədir. Daha çox mənfəət yönümlü fəaliyyət göstərən universitetlərdə tələbə qəbulu nisbətən rahat həyata keçirilir, yəni, qəbul şərtləri o qədər də sərt olmur.

Lakin həmin ali təhsil müəssisələrində məzun olmaq daha çətin prosesə çevrilir. Çünki bu universitetlər eyni zamanda, kommersiya maraqlarını da nəzərə alır. Bu baxımdan hesab edirəm ki, balansın qorunmasına xüsusi diqqət yetirilməlidir və bu məsələdə kifayət qədər həssas yanaşma tələb olunur”.

Vüsal Kərimlinin fikrincə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq o qədər də çətin deyil: “150–200 balla universitetlərə qəbul olan tələbələr var. Təbii ki, bu göstəricilər ixtisas qruplarından, ixtisaslaşmalardan və konkret ixtisaslardan asılı olaraq dəyişir. Amma ümumilikdə düşünmürəm ki, Azərbaycanda universitetə qəbul olmaq çətin prosesdir. Hətta deyərdim ki, universiteti bitirmək də o qədər çətin deyil”.

Ekspert qeyd edib ki, burada əsas diqqət təhsil proqramlarına və onların keyfiyyətinə yönəldilməlidir: “Elə bir sistem qurulmalıdır ki, tələbə məzun olduqda öz ixtisası və peşə sahəsi üzrə kifayət qədər ciddi bilik, bacarıq və kompetensiyalara sahib olsun. Təəssüf ki, bu gün biz bunu tam şəkildə müşahidə edə bilmirik. Təbii ki, burada bir neçə universitet istisna təşkil edir. Lakin ümumi mənzərə haqqında eyni fikri söyləmək mümkün deyil. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, diqqət məhz keyfiyyət istiqamətinə yönəldilməlidir.

Təhsil proqramlarının akkreditasiyası məsələsinə daha ciddi yanaşmalıyıq. Halbuki bu proses çoxdan həyata keçirilməli idi. Açığı, bu sahədəki gecikmələrin səbəblərini anlamaq çətindir. Ölkə üzrə proqram akkreditasiyasının ləngiməsi, eləcə də vahid təhsil standartlarının tətbiqində yaşanan gecikmələr universitetlərin daha keyfiyyətli təhsil təklif etməsinə mane olur və ya onların qarşısında əlavə çətinliklər yaradır”.

Ekspert vurğulayıb ki, bakalavr təhsilinin müddətinin 4 ildən 3 ilə endirilməsi məsələsi də müəyyən hallarda məqsədəuyğun hesab edilə bilər: “Dünyada belə təcrübələr mövcuddur. Təbii ki, bu yanaşma bütün ixtisaslara şamil edilə bilməz. Lakin elə ixtisaslar var ki, həmin sahələr üzrə tələbələrin 4 il təhsil almasına ciddi ehtiyac olmur. Bu baxımdan bəzi konseptual dəyişikliklərin həyata keçirilməsi ilə bir sıra problemləri tənzimləmək və nəticə etibarilə təhsildə daha yüksək keyfiyyətə nail olmaq mümkündür. Amma yenə də öz fikrimdə qalıram və istərdim ki, məhz bu məqam xüsusi diqqətə çatdırılsın: Azərbaycanda universitetlərə qəbul olmaq çətin deyil”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ət məhsullarının üzərindəki möhürlərlə bağlı iddialara AQTA-dan CAVAB

Next

Nazirlik hava ilə əlaqədar əhaliyə müraciət etdi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv