Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Dünya isti hava şoku yaşayır – bəşəriyyəti nə gözləyir?

By Vüsal Rafiqoğlu
24.06.2026 3 Min Read

Dünyada temperatur getdikcə artır. Meteoroloqların son günlər haqqında danışdığı “heat dome” – yəni istilik qübbəsi məhz buna bənzəyir. Atmosferdə yaranan güclü yüksək təzyiq sahəsi isti havanı böyük bir ərazinin üzərində saxlayır, buludların əmələ gəlməsinə mane olur və günəş şüalarının yer səthini fasiləsiz qızdırmasına şərait yaradır. Nəticədə temperatur günbəgün yüksəlir, quraqlıq dərinləşir, meşə yanğınları və enerji böhranları artır. Hazırda Avropa məhz belə bir istilik qübbəsinin təsiri altındadır.

İsti hava yaxın günlərdə də davam edəcək?

Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, alimlər bunu təkcə növbəti isti yay deyil, qlobal iqlim sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

Fransa, İspaniya, İtaliya, Almaniya və Böyük Britaniyada temperatur normadan 10-18 dərəcə yüksək qeydə alınır. Bir sıra bölgələrdə 40 dərəcə həddi keçilib. Britaniyada nadir hallarda tətbiq edilən qırmızı istilik xəbərdarlığı elan olunub, İtaliyanın onlarla şəhərində fövqəladə rejim tətbiq edilib, Fransada isə məktəblər bağlanır, nəqliyyat sistemləri məhdudiyyətlərlə işləyir. Maraqlıdır ki, söhbət yalnız insanların narahatlığından getmir. İstilik artıq dövlətlərin iqtisadiyyatını da vurmağa başlayıb. Avropada elektrik enerjisinə tələbat rekord səviyyəyə çatıb. Kondisionerlərin kütləvi istifadəsi enerji sistemlərinə əlavə yük yaradır. Böyük Britaniya və Almaniyada elektrik enerjisinin topdansatış qiymətləri son illərin ən yüksək səviyyəsinə yüksəlib. Fransada isə transformatorların sıradan çıxması nəticəsində minlərlə insan işıqsız qalıb.

Mütəxəssisləri daha çox narahat edən isə istilik qübbəsinin yeni formalaşmağa başlayan El-Ninyo hadisəsi ilə eyni vaxta təsadüf etməsidir.

BMT-nin Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq edir ki, 2026-cı ilin yayında El-Ninyo hadisəsinin yaranma ehtimalı 80 faizdən çoxdur, onun ilin sonuna qədər davam etmə ehtimalı isə 90 faizə yaxındır. ABŞ-ın İqlim Proqnozlaşdırma Mərkəzi artıq El-Ninyo şəraitinin formalaşdığını açıqlayıb. El-Ninyo Sakit okeanın ekvatorial hissəsində suyun normadan artıq isinməsi nəticəsində yaranır və bütün planetdə hava sistemlərini dəyişdirir. Tarix göstərir ki, güclü El-Ninyo illərində dünyanın müxtəlif bölgələrində quraqlıq, daşqın, meşə yanğınları və ərzaq böhranları kəskin artır.

İsti hava nə vaxta kimi davam edəcək?

“Reuters”in təhlilinə görə, xüsusilə qəhvə, kakao və şəkər istehsal edən ölkələr ciddi risk altındadır. Cənub-Şərqi Asiyada və Afrikada quraqlıq ehtimalı yüksəlir, Cənubi Amerikada isə əksinə, güclü yağışlar və daşqınlar gözlənilir. Bu isə dünya bazarlarında ərzaq qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər. BMT artıq 22 ölkədə yaşayan 8,8 milyon insanın El-Ninyo riskindən qorunması üçün təcili maliyyə proqramı hazırlayıb. Təşkilatın hesablamalarına görə, vaxtında tədbirlər görülməsə, milyonlarla insan ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Alimlər bildirirlər ki, istilik qübbələri və El-Ninyo əvvəllər də olub. Lakin bu dəfə vəziyyəti fərqləndirən amil qlobal istiləşmədir. Planetin orta temperaturu sənaye inqilabından bəri təxminən 1,3 dərəcə artıb. Bu səbəbdən eyni meteoroloji hadisələr əvvəlkindən daha dağıdıcı nəticələr verir.

Musavat.com xəbər verir ki, Britaniya mediasında dərc olunan təhlillərdə isə qeyd olunur ki, hazırkı istilər artıq 2003-cü ildə Avropada on minlərlə insanın ölümünə səbəb olmuş məşhur istilik dalğası ilə müqayisə edilir. Fərq ondadır ki, alimlər belə hadisələrin artıq istisna yox, yeni norma halına gəldiyini bildirirlər. Fransada günlərlə davam edən istilər nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə məktəb bağlanıb, bəzi enerji obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Avropanın ən məşhur turizm məkanlarında belə fəaliyyətə məhdudiyyətlər tətbiq olunur.

Azərbaycan da qlobal iqlim sistemindən kənarda deyil. Son illər ölkədə yay aylarında daha uzunmüddətli isti hava dalğaları, su ehtiyatlarının azalması və quraqlıq risklərinin artması müşahidə olunur. El-Ninyo və qlobal istiləşmənin eyni vaxtda təsiri Cənubi Qafqazda da temperatur rekordlarının yenilənməsi ehtimalını artırır.

Bu gün Avropanı bürüyən istilik qübbəsi əslində gələcəyin xəbərçisidir. Dünyanın aparıcı media qurumlarının son günlərdə yayımladığı materiallar göstərir ki, bəşəriyyət artıq hava haqqında gündəlik söhbətlərdən deyil, təhlükəsizlik, enerji, ərzaq və iqtisadiyyat məsələsindən danışır. Atmosfer üzərimizdə görünməz bir qapaq yaradıb və alimlərin əsas sualı “qapaq nə vaxt açılacaq və açıldıqdan sonra bizi hansı yeni ekstremal hava hadisələri gözləyəcək” şəklindədir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiya artımı ilə bağlı mühüm xəbər

Next

Azərbaycan orta güc modelini uğurla nümayiş etdirirFOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv