Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkədə adambaşına sığorta haqqı nə qədərdir? – RƏSMİ

By Vüsal Rafiqoğlu
24.06.2026 3 Min Read

Müasir dövrdə qlobal iqtisadiyyatın üzləşdiyi geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırmışdır. Bu gün sığorta maliyyə itkilərinin kompensasiyası ilə yanaşı, iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin edilməsində mühüm mexanizm kimi çıxış edir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.

Onun sözlərinə görə, son illərin beynəlxalq hesabatları sığorta sektorunda dərin struktur dəyişikliklərinin baş verdiyini göstərir: “Allianz Global Insurance Report 2026 göstərir ki, qlobal sığorta sektoru 6.9 trilyon avroluq həcm və 7.1%-lik artım tempi ilə dayanıqlı genişlənmə mərhələsindədir. BlackRock Global Insurance Report 2025 sığorta sektorunda mühüm struktur transformasiyanın baş verdiyini göstərir. Belə ki, sığorta şirkətlərinin təxminən 30 faizi özəl bazarlara investisiyaların artırılmasını planlaşdırır, 87 faizi hibrid aktivlərin idarə edilməsi (hibrid asset management) modelinə keçid edir, 73 faizi isə süni intellekt və data analitikası kimi texnoloji həlləri aktiv şəkildə tətbiq edir. Eyni zamanda, şirkətlərin təxminən 70 faizi ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir. Bu göstəricilər sığorta sektorunun investisiya davranışında daha yüksək gəlirli aktivlərə yönəlmə, idarəetmədə çeviklik və texnoloji transformasiya hesabına daha dayanıqlı və diversifikasiya olunmuş modelə keçdiyini təsdiqləyir. Global Insurance Market Index hesabatı göstərir ki, qlobal sığorta bazarı 2022–2023-cü illərdə yüksək artım mərhələsindən sonra 2024-cü ildə stabilləşmə mərhələsinə keçmiş, 2025–2026-cı illərdə isə ardıcıl eniş dinamikası ilə yumşaq bazar (soft market) mərhələsinə daxil olmuşdur. Bu dinamika bir tərəfdən sığorta məhsullarının əlçatanlığının artmasını, digər tərəfdən isə risklərin daha geniş və çevik şəkildə təmin olunmasına şərait yarandığını ifadə edir. Forumun gündəliyində yer alan özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət riskləri, həyat və sağlamlıq sığortası, peşəkar təhsil və sığorta brokerliyi kimi mövzular sektorun gələcəyini müəyyən edən strateji istiqamətləri əhatə edir. Bu mövzuların beynəlxalq ekspertlərlə birgə müzakirəsi həm qabaqcıl təcrübələrin öyrənilməsi, həm də Azərbaycan sığorta bazarının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir”.

V.Qasımlı qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb: “Son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir. Belə ki, 2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb. Müsbət tendensiya adambaşına düşən sığorta haqlarında da özünü göstərir. Belə ki, bu göstərici 2022-ci ildə 95 manat olduğu halda, 2025-ci ildə 147 manata yüksəlib. Bununla yanaşı, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 faizdən 1,17 faizə çatıb. O cümlədən, 2022–2025-ci illər dövründə həyat və qeyri-həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) fərqli dinamikalar nümayiş etdirib. Belə ki, həyat sığorta şirkətlərində ROA göstəricisi təxminən 8 faiz səviyyəsində sabit qalıb, qeyri-həyat sığorta şirkətlərində isə 4 faizdən 7 faizə qədər yüksəlib. Onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin (həyat və qeyri-həyat sığorta növləri üzrə) ümumi sayının yetkin əhali arasında payı 25 faiz təşkil edib. “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində isə bu göstəricinin 32 faizə çatdırılması hədəflənib. Qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sektorun yeni inkişaf modelinə keçidini sürətləndirir. Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm baza yaradır. Bu kontekstdə, sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası funksiyası ilə məhdudlaşmayaraq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş bir missiya daşıyacaqdır”./İqtisadiyyat.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan orta güc modelini uğurla nümayiş etdirirFOTO

Next

Sinoptiklərdən iyunun 25-i ilə bağlı XƏBƏRDARLIQ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv