Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yayın “olmazsa-olmazı”… – Azərbaycanda bu məhsul bahalaşacaq?

By Vüsal Rafiqoğlu
24.06.2026 2 Min Read

“Yaxın vaxtlarda pomidorun qiymətində ciddi artım müşahidə oluna bilər”.

Bu barədə Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda bazarda satılan pomidorların böyük hissəsi istixanalarda yetişdirilən məhsullardır. Fermer qeyd edib ki, yaxın günlərdə açıq sahələrdə yetişən pomidorlar satışa çıxarılacaq və onların qiyməti daha yüksək olacaq: “Bu il pomidorun məhsuldarlığında ciddi azalma müşahidə edilir. Əgər ötən il bir koldan 120-170 ədəd pomidor yığılırdısa, hazırda bu göstərici 25-30 ədəd arasında dəyişir. Məhsulun azlığı qiymətlərə birbaşa təsir göstərəcək və pomidor bahalaşacaq”.

Anar Abbasovun sözlərinə görə, hazırda alıcılar vəziyyətin ciddiliyini tam hiss etmirlər:

“İnsanlar hələlik bunun fərqində deyil, çünki qiymətlər nisbətən aşağıdır. Biz hər gün sahələrdə müşahidələr aparırıq və vəziyyəti yaxından izləyirik. Açıq sahələrdə yetişən pomidorlar bazara çıxarıldıqdan sonra alıcılar qiymət fərqini aydın şəkildə hiss edəcəklər”.

"Gübrələrin keyfiyyətsiz olması məhsuldarlığı aşağı salır"-Vahid Məhərrəmov

Lakin kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, bu açıqlama əsaslandırılmayıb. Musavat.com-a açıqlamasında o bildirdi ki, ayrı-ayrı şəxslər ölkədə hansı həcmdə pomidor istehsal olunduğunu bilə bilməz: “Bu məlumatı Dövlət Statistika Komitəsi müvafiq orqanlardan əldə etdiyi məlumatlar əsasında dövrlər üzrə hesabatlar şəklində təqdim edir. Ancaq hazırda Azərbaycandan Rusiyaya göndərilən pomidorun satış imkanları zəifdir. Rusiyaya Azərbaycandan böyük həcmdə pomidor çıxarılır.

Amma şimal ölkəsində pomidor satışı ilə məşğul olan soydaşlarımız ziyana işləyirlər. Ukrayna kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan böyük bir bazarı dronlarla vurub. Nəticədə orada pərakəndəlik yaranıb. Həmçinin, artıq Rusiyanın özünün istehsal etdiyi məhsul da bazara çıxarılıb ki, daha ucuz qiymətə təklif edilir. Buna görə də Azərbaycandan göndərilən pomidorun satış imkanları bir qədər daralıb. Belə vəziyyətdə yerli sahibkarlar satış üçün nəzərdə tutulan pomidoru daxili bazara yönəltməli olacaqlar.

Yəqin Rusiyada mövcud olan bu siqnal artıq yerli sahibkarlara da çatıb. Ona görə də bu sahədə ajiotaj yaratmağa ehtiyac yoxdur. Əksinə, mövcud vəziyyətdə yaxın zamanlarda daxili bazarda pomidorun qiymətində enməni müşahidə edəcəyik. Belə ajiotaj yaradanlar olmasa, bazarda qiymət dəyişikliyi stabil diapazonda baş verəcək”.

Qeyd edək ki, bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri aprel ayına nisbətən 0,1 % azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,6 % artıb. Dövlət Statistika Komitəsinin iyunun əvvəlinə olan məlumatına görə, ay ərzində ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

Next

Azərbaycanda yaşlıların ən çox yaşadığı BÖLGƏLƏR

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv